Liv Ulman

Liv Ulman
ing. Liv Johanne Ullmann
Liv Ulman 2014 Toronto Beynəlxalq Film festivalında
Liv Ulman 2014 Toronto Beynəlxalq Film festivalında
Doğum adı Liv Johanne Ullmann[1]
Doğum tarixi (85 yaş)
Doğum yeri Tokio, Yaponiya, Yaponiya
Vətəndaşlığı Norveç Norveç
Həyat yoldaşı İnqmar Berqman
(1965–1970)
Draqan Babiç
(?-?)
Uşağı Lin Ulman (Berqman ilə)
Partnyorları
Fəaliyyəti Aktrisa,
Fəaliyyət illəri 1957-indiyədək
Mükafatları Knight Grand Officer of the Order of Saint Olav
Dram janrında ən yaxşı qadın roluna görə Qızıl qlobus mükafatı
IMDb ID0880521
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Liv Ulman (ing. Liv Johanne Ullmann; 16 dekabr 1938[2][3][…], Tokio[4]) — Norveçli Aktrisa və kinorejissor. Tokioda dünyaya gələn aktrisa karyerasına 1957-ci ildə başlamışdır. Filmlərdə əllidən çox rol alan Liv, özünün rejissorluq etdiyi beş film var. Ulman hal-hazırda qızı və nəvələri ilə birgə Norveçdə yaşayır.

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

Liv Ulman 16 dekabr 1939-cu ildə Tokio şəhərində norveç əsilli ailədə dünyaya göz açıb. Məktəb təhsilini bitirdikdən sonra sənədlərini Londondakı İncəsənət Dram məktəbinə verib. Oranı bitirdikdən sonra ailəsi ilə birlikdə Norveçə köçür.[5]

Səhnədən "Persona"ya

[redaktə | mənbəni redaktə et]

Sənətə teatrdan gələn aktrisanın ilk rolu 1957-ci ildə Stavanqere şəhərində fəaliyyət göstərən "Roqaland" teatrında olur. Tamaşa zamanı Livi səhnədə görən rejissor İnqmar Berqman aktrisa ilə tanış olub onu çəkəcəyi "Persona" filminə dəvət edir.[6][7] Həddindən artıq utancaq və sadə xasiyyətli Liv İnqmar Berqmanın bu təklifinə hədsiz şad olsa da çox həyəcanlanır.

Həmin vaxt Livin iyirmi beş Berqmanın isə qırx altı yaşı olur. "Persona" filminin çəkilişləri vaxtı onlar bir-birlərinə aşiq olurlar. Liv daha gənc olduğundan hislərini daha tez büruzə verir. Xatirələrində hər səhər göz yaşları içərisində ayılıb çəkilişə getdiyini deyən Ulman rejissorun da ona biganə qalmadığını belə qeyd edir:

" Çəkiliş arası fasilələrdə mən həmişə bir kənara çəkilib kitab oxuyurdum. Operatorla Berqman isə elə hey məşğul olurdular. Onlar kameradan uzqlaşmasalar da mən hərdən bir onlar tərəfə nəzər yetirəndə Berqmanın daima mənə tərəf baxdığını görürdüm. Bu isə mənim xoşuma gəlirdi. "

Rejissor isə Livə yazdığı məktublarının birində məhəbbətini belə izhar edir:

" Sevgili Liv, hər yerdə varsan. Pəncərədən süzülən işıqda, yataqda, stulda, hamamın qapısında…

Səni şüşə divarın arxasından görmək mənə cəhnənnəm əzabı yaşadır. Mənimlə bir əlaqə yaratmağın üçün dua edirəm. Sanki vücudumda dəri yoxmuş kimi bütün qəlbim səni arzulayır. Qadınlığın və şəfqətinlə məni al və qollarınla qucaqla.

"

Aktrisanın Forye adasındakı həyatı

[redaktə | mənbəni redaktə et]
Liv Ulman, 1966.

"Persona" filminin çəkilişləri bitən kimi Liv əşyalarını da yığışdırıb Norveçə geri dönür. Onu bu addımı atmağa aradakı yaş fərqinin çoxluğu və Berqmana daha çox bağlanma qorxusu vadar edir. Berqman isə firkiləşmədən bir neçə gün sonra Ulmanın ardınca Norveçə gedir. Onu tanıyan bir neçə yaxın adamdan və ən yaxın rəfiqəsi Bibi Andersondan Livi xəbər alıb onun yaşadığı evə gəlir və aktrisaya məhəbbətini bildirib onunla birlikdə yaşamasını xahiş edir, lakin həmin vaxtı onlar hər ikisi ailəli idilər. Liv isə Berqmandan uşaq gözləyirdi. Aktrisa qeyri-münasibətini ərinə açıqlamağa ürək etmir. Bu barədə anası qədər sevdiyi qaynanasına məktub yazıb ərinin evini tərk edir.

Berqman onu ilk dəfə tanış olduqları Baltik dənizinin sahilində yerləşən Forye adasına gətirir. Orada isə Livi inanmayacağı bir sürpriz qarşlıayır. Berqman onların birgə yaşayacağı evi məhz həmin adada inşa etdirir. Onlar qanuni nikaha girməsələr də həmin gündən etibarən birlikdə yaşamağa başlayırlar.

Günün çox hissəsini öz otağında ssenarilərini yazmaqla, kitab oxumaqla keçirən Berqman Livə qarşı çox qısqanc və tələbkar olur. Evə heç kimi qonaq qəbul etməməyi və onun icazəsi olmadan harasa getməyi aktrisaya qadağan edir. Bir müddət sonra aktrisa analıq səadətini yaşayır. 1966-cı ildə onların Linn adlı qızları dünyaya gəlir, lakin qızlarının olması belə onların ailəsindəki söz-söhbəti azaltmır. Əksinə rejissor hər gün daha çox qısqanc və dözülməz olmağa başlayır. O, Livi ətrafda olan hər kəsə qısqanır, onu evdən bayıra buraxmır, çəkilişlər zamanı isə aktrisaya olmazın əziyyətlər verməyə başlayır. Ulmanın sadə və həlim xasiyyəti ailəsində baş verənləri sakitliklə qarşılamağa məcbur edir, lakin vəziyyət getdikcə dözülməz həddə çatır. İnqmar Berqman və Liv ayrılmağa qərar verirlər. Aktrisa qızının və özünün əşyalarını yığıb evi tərk edərək Norveçə ailəsinin yanına yola düşür. Oradakı teatrda işə düzələrək işləməyə başlayır.

Ulmana yollanan məktub

[redaktə | mənbəni redaktə et]

Ara sıra aktrisaya məktub yazan İnqmar bir məktubunda belə yazır:

" Liv, indi bu ayrılığın nə qədər lazımlı olduğunu anlayıram. Əks halda bir-birimizi oda atmış olacaqdıq. Və biz hələ də yaşamağı bacara bilərik. Daima fiziki və mənəvi ağrı duyuram. Sən məni başa düşürsən. Səni sevirəm. Mənim kiçik və sevgili dostum. "

Berqmanla ayrılığı həzm edə bilməyən aktrisa özünü bütünlüklə teatrdakı işinə həsr edir. Elə həmin ərəfədə Liv Hollivudda filmə çəkilmək üçün yaxşı təkliflər alır. Tezliklə Hollivuda gelən aktrisa gözlənilməz tamaşaçı sevgisi ilə rastlaşır. Ard-arda dörd filmə çəkilən Liv xeyli teleşouların, proqramların qonağı olur. Elə həmin dövrdə onun "Dəyişikliklər" adlı avtobioqrafik kitabı çap olunur. Aktrisa kitaba uşaqlıq, gənclik illərindən bəhs edən xatirələrini daxil edir. Həmçinin çəkildiyi filmlərdə baş verən maraqlı əhvalatları, İnqmarla olan bərabərlikləri zaman yaşananları da qeyd etməyi unutmur. Gündən günə məşhurlaşan aktrisa tezliklə digər məşhur rejissorlardanBerqmandan iş təklifləri almağa başlayır.

Aktrisa ilə Berqmanın ailə həyatı müvəffəqiyyətsiz olsa da, onların dostluğu və işbirliyi uzunmüddətli olur. Belə ki, sonralar ona məşhurluq gətirən ən yaxşı rollarını İnqmar Berqmanın filmlərində yaradır. "Canavar vaxtı", "Qorxu", "Pıçıltı və qışqırıq", "Payız sonatası", "Sarabanda" kimi filmlərə çəkilən aktrisa 90-cı illərin əvvəlində özünü rejissor kimi də sınayaraq beş film çəkir.[8]

Heç vaxt ailə həyatı qurmayan aktrisanın adı həm də rus rejissoru Andrey Konçalovski ilə hallanır. Aktrisaya vurğun olan Konçalovski onu özünün axtarıb tapdığını bir günün içərisində təyyarə ilə Norveçə uçduğunu qeyd edir. Rejissorun hər hansısa iş təklifi edəcəyini gözləyən aktrisa onunla görüşüb işlədiyi teatrın kafesində nahar edir, lakin Liv biləndə ki, Konçalovski ancaq onu görmək üçün Norveçə gəlib bundan xeyli mütəəssir olur. Liv rejissoru evinə qonaq dəvət edir. Onlar gecə səhərə qədər şərab içib söhbətləşirlər.

Sonralar o, Konçalovskinin dəvəti ilə bir neçə dəfə Moskvaya səfər edib maraqlı kino layihələrdə iştirak edir. Aktrisa sonuncu dəfə 2013-cü ildə Georq Massın "İki həyat" filminə şəkilib. Liv Ulman hal-hazırda qızı və nəvələri ilə birgə Norveçdə yaşayır.

  1. (unspecified title). Rivista del Cinematografo.
  2. Liv Ullmann // Internet Broadway Database (ing.). 2000.
  3. Liv Ullmann // filmportal.de. 2005.
  4. Deutsche Nationalbibliothek Record #118625233 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5.  (ing.) "Liv Ullmann Biography (1939—)" Arxivləşdirilib 2020-05-24 at the Wayback Machine. FilmReference.com. 15 avqust 2010.
  6.  (ing.) "A Filmmaker's Hold on His Muse" Arxivləşdirilib 2019-05-23 at the Wayback Machine. The New York Times. 13 sentyabr 2014.
  7.  (ing.) "Liv the Life" Arxivləşdirilib 2014-09-14 at the Wayback Machine. W Magazine. 13 sentyabr 2014.
  8.  (ing.) http://articles.latimes.com/2013/feb/01/entertainment/la-et-cm-jessica-chastain-miss-julie-liv-ullman-20130131 Arxivləşdirilib 2013-06-21 at the Wayback Machine

Xarici keçdirlər

[redaktə | mənbəni redaktə et]