Livan milliyətçiliyi — Livan xalqını ərəb dünyasından müstəqil ayrı bir millət hesab edən milliyətçi ideologiya. İdeologiya Livan xalqını birbaşa finikiyalıların nəslindən hesab edir.
Livanda yaşayan dürzi və maruni icması XVIII əsrin əvvəllərində Cəbəl-Lübnan mütəsərrifliyi "maruni–dürzi dualizmi" kimi tanınan idarəetmə və sosial sistem vasitəsilə müasir Livan dövlətinin formalaşmasında mühüm rol oynamışdır.[1] Bu ideologiya 19-cu əsrdə marunilər və dürzilər arasında Livan dağında baş verən məzhəb müharibəsindən qaynaqlanır. Bu, ilk növbədə ərəb milliyətçiliyinə qarşı çıxmaqda və yeni yaranmaqda olan Livan ölkəsinin varlığına haqq qazandırmaqda bir vasitə kimi xidmət etmişdir.
XX əsrdə, xüsusən də Livanda vətəndaş müharibəsi zamanı Livan milliyətçiliyi "Kətaiblər", Livan Qüvvələri, Milli Liberal Partiyası, həmçinin "Sidr mühafizəçiləri", Milli Blok və Livan Yeniləmə Partiyası kimi sekulyar hərəkatlar ilə əlaqələndirilmişdir. Bu, həmçinin Əməl hərəkatının şiə müsəlmanları və onun silahlı qanadı olan Livan Müqavimət Alaylarının mərkəzi ideologiyası arasında mövcud idi.[2] Hazırda "Hizbullah"a tabe olan çox konfessiyalı Livan Müqavimət Briqadaları arasında mövcuddur.[3] Nəticədə, Livan milliyətçiləri heç vaxt vahid blok yaratmamış, ideoloji cəhətdən çox fərqlidirlər. Onlar hansı müttəfiqlərin seçiləcəyinə dair fərqli fikirlərə malikdirlər və bunların hamısı konfessionalizm daxil olmaqla müxtəlif amillərin təsiri altındadır.
Livan milliyətçiliyi Livan sərhədlərindən kənara çıxan irredentist fikirləri özündə cəmləşdirir və bütün qədim Finikiya torpaqlarını indiki Livan ətrafında birləşdirməyə çalışır.[4] Bu ondan irəli gəlir ki, indiki Livan Suriyanın Aralıq dənizi sahilləri və İsrailin şimalı təxminən qədim Finikiyaya uyğun gələn ərazidir və buna görə də livanlıların əksəriyyəti həmin regionun qədim Finikiya əhalisi ilə eyniləşir.[5]
the Maronites and the Druze, who founded Lebanon in the early eighteenth century.