Liverpul FK-nun tarixi (1985-hazırda)

1985-ci ildəki Eyzel faciəsinə görə, məşqçi Feqan istefa verdi. Co Feqandan sonra, baş məşqçilik postuna Kenni Dalqliş keçir. O, oynayan məşqçi olur. Kenninin dövründə "Liverpul" 3 dəfə liqada 1-ci olur, 2 dəfə İngiltərə kubokunu qazana bilir. 1985/86 sezonunda "Liverpul" klassik dublya imza atır. Həmin sezon "Liverpul" həm çempionatı, həm də İngiltərə Kubokunu qazana bilir. 15 aprel 1989-cu ildə "Hillsboro" faciəsi baş verir. 96 "Liverpul"lu həlak olur.

1988/89 sezonu "Liverpul" pərəstişkarları üçün ən drammatik sezon oldu. "Arsenal"ın "Liverpul"la eyni xalı olmasına baxmayaraq, top fərqində "kanonirlər" "qırmızılar"dan üstün oldular. Çempion "Arsenal" olur.

1989/90 mövsümündə Dalqliş mersisaydlılarla 5-ci mövsümündə 3-cü dəfə İngiltərə çempionu oldu. Həmin vaxtdan bəri 20 ildən çox vaxt keçsə də, bu hələ ki “Liverpul”un sonuncu qızıl medallarıdı.

1991-ci il fevralın 22-də Dalqliş istefa verdi. Ondan sonra bir neçə il ərzində komandaya müxtəlif məşqçilər gətirilsə də, onların nəzərə çarpan uğuru olmadı. Nəhayət, “Liverpul” axtardığı çalışdırıcını 1998-ci ildə tapdı. Fransa millisinin sabiq baş məşqçisi Jerar Ulye çətin tapşırığın öhdəsindən gəlməyi bacardı. Məhz onun rəhbərliyi altında qırmızılar klub tarixinin ən uğurlu mövsümlərindən birini keçirdilər. 2000-2001 mövsümündə “Liverpul” İngiltərə Liqa kubokunu, İngiltərə kubokunu, Uefa kuboku və superkubokunu qazandı. Məhz Ulyenin dövründə Mersisayd klubunda Stiven Cerrard və Maykl Ouen kimi istedadlı futbolçuların ulduzu parlamağa başladı. Amma tədricən Ulye mediyanın təzyiqinə tab gətirməməyə başladı. Fransalı mütəxəssis müdafiə futboluna üstünlük verdiyi üçün tənqid olunurdu. 2003-04 mövsümünün gedişində komanda uzun müddət qələbəyə həsrət qalanda isə rəhbərliyin səbir kasası daşdı. Nəticədə Ulye istefaya göndərildi.

Bundan sonra “Liverpul”da Rafael Benites erası başladı. İspaniyalı məşqçinin gəlişiylə bərabər Maykl Ouen 8 milyon funt sterlinq müqabilində Madrid “Real”ına keçdi. Əvəzində isə Milan Baroş, Xabi Alonso və Luis Qarsiya kimi futbolçular gətirildi. Bu cür dəyişiklik avtomatik olaraq Benitesi qınaq obyektinə çevirdi. Ancaq ispaniyalı çalışdırıcı təzyiqlərə fikir vermirdi. Müəyyən vaxtdan sonra o, özünü doğrultdu. Çünki Benites futbol dünyasının bəlkə də heç vaxt unutmayacağı o möhtəşəm qələbənin memarlarından biri oldu.

Jürgen Klopp Beləliklə, 2005-ci il mayın 25-i. Çempionlar Liqasının finalı. İstanbulun “Atatürk” stationu. “Liverpul” “Milan”a qarşı. Ilk hissədən sonra İtaliya klubu 3:0 hesabıyla öndə idi. Sonrasını isə Stiven Cerrardın dilindən eşidək: “Fasilə zamanı hamımız məğlubiyyətlə barışmışdıq. Yalnız Rafael Benites bizi hələ heç nəyin itirilmədiyinə inandırmağa çalışırdı. Düzü, onun sözləri də bizə kömək etmirdi. Çox məyus idik. Amma fasilədən sonra meydana qayıdarkən baş verənləri sözlə ifadə etmək çox çətindi. Tribunalarda olan “Liverpul” azarkeşləri bir ağızdan klubun himnini oxuyurdular. Həmin vaxt başa düşdük ki, qələbəyə hələ də inananlar var”. “Liverpul” həqiqətən də həmin unudulmaz oyundan qələbəylə ayrıldı. Bütün İngiltərə, futbol dünyası mersisaydlıları alqışlamağa başladı.

Amma bundan sonra “qırmızılar” İngiltərə və Avropa futbolunda mövqelərini itirməyə başladılar. O vaxtdan bəri komandada bir neçə məşqçi dəyişib, bir sıra ulduz futbolçular oynayıb, amma bütün bunlar nəticə vermir. Hazırda “Liverpul”u Jürgen Klopp çalışdırır. Almaniyalı mütəxəssis öz oyun fəlsəfəsi ilə azarkeşlərdə böyük ümidlər yaradıb.