Lofoten adaları | |
---|---|
norv. Lofoten | |
Ümumi məlumatlar | |
Ümumi sahəsi | 1227 km² |
Hündür nöqtəsi | 1161 m |
Əhalisi | 24.014 nəfər (2012-ci il) |
Yerləşməsi | |
68°19′59″ şm. e. 14°39′59″ ş. u.HGYO | |
Ölkə | Norveç |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Lofoten adaları (norv. Lofoten) — Norveç dənizində, Norveçin şimal-qərbində yereləşən arxipelaq. Arxipelaqın sahəsi 1227 km², əhalisi 24 014 nəfər[1] (01. 06. 2013) təşkil edir.
Lofoten adı (q.skan. Lófót) ilk əvvəllər Vestvaqoya adasına şamil edilirdi. İlk kəlmə olan ló — "vaşaq", ikincisi isə — fótr "pillə" mənasını verir. Görünür bu adaların pilləvari quruluğu ilə əlaqədardır.
Adalar olduqca qayalıqdır və bir-birindən ensiz boğazlara ayrılır. Maksimal hündürlüyü 1161 metrdir. Arxipelaq materikdən Vestfiordla ayrılır.
Ada bir neçə iri adadan və çoxlu sayda su səthi qayalardan ibarətdir.
1 dekabr 2007-ci ildə E10 avtomagistralı istifadəyə verilir. Bu magistral adaları körpü və tunellərlə bir-birinə birləşdirir
Əhalisinin əsas məşğuliyyəti Qoyunçuluq və balıqçılıqdır. Ən çox tuutulan balıq Atlantik treskasıdır.
Adaların qütb dairəsi daxilində yerləşməsinə və hatta Verxoyansk, Oymyakondan da şimalda yerləşməsinə baxmayaraq Qolfstrim cərəyanının hesabına havanın temperaturu ilin ən soyuq aylarında belə 0 °C-dən aşağı düşmür.