London Grammar | |
---|---|
Musiqiçi məlumatları | |
Fəaliyyət illəri | 2009-cu ildən |
Janrlar | |
Albom şirkətləri | Columbia Records |
londongrammar.com | |
Vikianbarda əlaqəli mediafayllar |
London Grammar – 2009-cu ildə Nottinqemdə yaranmış ingilis indi-pop qrupu. Hanna Reyd, Den Rotman və Dominik "Dot" Meycordan ibarətdir.[9] Onların debüt minialbomu (EP) "Metal & Dust" 2013-cü ilin fevralında Metal & Dust Recordings[10] tərəfindən yayımlanıb. Qrupun debüt studiya albomu (LP) olan "If You Wait" isə bir neçə ay sonra, sentyabrda işıq üzü görüb. Albom Böyük Britaniya Albomları Çartında 2-ci yerə yüksəlmiş və Britaniya Fonoqrafiya Sənayesi (BPI) tərəfindən İkili Platin sertifikatı almışdır. Qrupun ikinci studiya albomu "Truth Is a Beautiful Thing" 2017-ci ilin iyununda çıxıb və Böyük Britaniyanın Albomlar Çartında 1-ci pilləyə çatıb. Ən son albomları Californian Soil 16 aprel 2021-ci ildə işıq üzü görüb. Bu, Birləşmiş Krallıqda onların ikinci ardıcıl 1 nömrəli albomu oldu.
London Grammar qrupunun musiqisi melanxolik gitara, yüksək tembrli vokal, depresiv sözlər və tez-tez trip-hop və rəqs təsirlərini nümayiş etdirən "mühit, efir və klassik səslərin qarışığı"[11] kimi təsvir edilmişdir. Hanna Reydin güclü vokalı Cudi Tzuke və Florens Uelş ilə müqayisə edilir.[12] Mahnıları yazanda qrupun hər üzvü öz töhvəsini verir, Reydin dediyi kimi: "Sözləri mən yazıram. Amma mahnıları hər üçümüz yazırıq. Dot fortepiano hissəsi və ya musiqi partiturasını yazacaq,, Dan bir neçə gitara əlavə edəcək."[13] O, mahnıları "emosional təsirlənmiş" kimi təsvir edir və "həyatıma gələn və gedən insanlar haqqında" yazdığını dedi.[14]
Studiya albomları