Lonqiskvama (lat. longisquama insignis) — qədim sürünən quş növü.
Bu növə aid fosil 1970-ci ildə Qırğızıstanda rus paleontoloqu Aleksandr Şarov tərəfindən tapılmışdır. Ancaq elm adamları tərəfindən şərh edilərək ictimaiyyətə xəbər verilməsi 1999-cu ildə mümkün olmuşdu. Həmin dövrə qədər isə, bu fosil SSRİ Elmlər Akademiyası nəzdindəki Moskva Paleontologiya İnstitutunda qorunmuş və çox məhdud sayda qərb elm adamı tərəfindən məhdud müddət ərzində tədqiq edilmişdi.[1]