Cənubi Vyetnamda yerləşdirilmiş Avstraliya kontingenti Sayqondan şərqdə yerləşən Fuoktuy (indiki Baria-Vunqtau) vilayətinin təhlükəsizliyinə cavabdeh idi. 1966-cı il avqustun 17-dən 18-nə keçən gecə Avstraliyanın əsas bazası Nuydat ağır minaatan atəşinə məruz qalmış, nəticədə 20-dən çox əsgər yaralanmışdır. 18 avqustda səhər saatlarında Avstraliya kral alayının 6-cı batalyonu "D" bölüyünə atəş mövqelərini tapmaq əmri verilmişdi. Ərazidə aparılan daraqlar zamanı tərk edilmiş mövqelər aşkar edilmişdi. Sonra bölük Lonqtan rezin plantasiyasının dərinliyinə doğru irəliləyərək Vyetkonq qüvvələrinin düşmənin buraxdığı izləri izləmişdi.
15:40-da avstraliyalılar bir neçə CVMAC partizanları ilə ilk əlaqə qurmuşdular. Qısa müddətdən sonra bölük minaatanlardan atəşə tutulmağa başlamış və onun sağ cinahında gedən 11-ci taqım sayca dəfələrlə üstün düşmən qüvvələrinin hücumuna məruz qalmışdı. Həmin andan etibarən taqım və bütün bölük sağ qalmaq üçün şiddətli döyüşlər aparmışdı. rəsmi Avstraliya hesablamalarına görə, 2,500 nəfərdən ibarət gücləndirilmiş 275-ci CVMAC alayı 100-ə yaxın əsgərə qarşı vuruşmuşdu. Avstraliyalılar Nuydatdan artilleriya dəstəyi, eləcə də Amerika təyyarələri və iki Avstraliya "UH-1" helikopterindən müəyyən dəstək almışdılar. Güclü tropik leysan nəticəsində vəziyyət ciddi şəkildə mürəkkəbləşmişdi. Döyüş başlayandan bir neçə saat sonra "A" bölüyü zirehli transportyorlarla "D" bölüyünün dəstəyinə gələrək Vyetkonq qüvvələrinin arxa cəbhəsinə zərbələr endirmişdilər. Gecə düşəndə CVMAC qüvvələri döyüş meydanını avstraliyalılara buraxaraq geri çəkilmişdi.
Anderson, Paul. When the Scorpion Stings: The History of the 3rd Cavalry Regiment, Vietnam, 1965–1972. Crows Nest, New South Wales: Allen & Unwin. 2002. ISBN1865087432.
Dennis, Peter; Grey, Jeffrey; Morris, Ewan; Prior, Robin; Bou, Jean. The Oxford Companion to Australian Military History (Second). Melbourne: Oxford University Press. 2008. ISBN978-0195517842.
Grandin, Robert. Battle of Long Tan: As Told by the Commanders. Sydney: Allen & Unwin. 2004. ISBN1741141990.
Horner, David, redaktorDuty First: A History of the Royal Australian Regiment (Second). Crows Nest, New South Wales: Allen & Unwin. 2008. ISBN978-1741753745.
Kuring, Ian. Redcoats to Cams: A History of Australian Infantry 1788–2001. Loftus, New South Wales: Australian Military Historical Publications. 2004. ISBN1876439998.
McAulay, Lex. The Battle of Long Tan: The Legend of Anzac Upheld. London: Arrow Books. 1986. ISBN0099525305.
McGibbon, Ian. New Zealand's Vietnam War: A History of Combat, Commitment and Controversy. Auckland: Exisle. 2010. ISBN978-0908988969.
McNeill, Ian. To Long Tan: The Australian Army and the Vietnam War 1950–1966. The Official History of Australia's Involvement in Southeast Asian Conflicts 1948–1975. II. St Leonards, New South Wales: Allen & Unwin. 1993. ISBN1863732829.
McNeill, Ian; Ekins, Ashley. On the Offensive: The Australian Army and the Vietnam War 1967–1968. The Official History of Australia's Involvement in Southeast Asian Conflicts 1948–1975. VIII. St Leonards, New South Wales: Allen & Unwin. 2003. ISBN1863733043.
Mollison, Charles. Long Tan and Beyond: A Company 6 RAR in Vietnam 1966–67 (2nd). Woombye, Queensland: Cobb's Crossing. 2005. ISBN0975750712.
O'Neill, Robert. Vietnam Task: The 5th Battalion, The Royal Australian Regiment, 1966/67. Melbourne: Cassell Australia. 1968. OCLC20116.
Palazzo, Albert. Australian Military Operations in Vietnam. Australian Army Campaigns Series. III. Canberra: Army History Unit. 2006. ISBN1876439106.
Smith, Harry; McRae, Toni. Long Tan: The Start of a Lifelong Battle. Newport, New South Wales: Big Sky Publishing. 2015. ISBN9781922132321.
Taylor, Jerry. Last Out: 4 RAR/NZ (ANZAC) Battalion's Second Tour in Vietnam. Crows Nest, New South Wales: Allen & Unwin. 2001. ISBN1865085618.
Burstall, Terry. The Soldiers' Story: The Battle at Xa Long Tan Vietnam, 18 August 1966. St Lucia, Queensland: University of Queensland Press. 1987. ISBN0702220027.
Cameron, David. The Battle of Long Tan: Australia's Four Hours of Hell in Vietnam. Melbourne: Penguin Random House. 2016. ISBN9780670078271.
Carland, John. Stemming the Tide: May 1965 to October 1966. The United States Army in Vietnam. Washington, D.C.: Center of Military History, US Army. 2000. ISBN1931641242.