Loqos

Loqos q.yun. λόγος – Yunan dilindəki ilkin mənası söz, sonralar isə düşüncə, fikir, anlam, əql kimi mənaları da ehtiva etmişdir. İlk dəfə heraklitin təlimində dünyanın ümumi qanunauyğunluğu mənasında irəli sürülmüş fəlsəfi termin.[1]

Loqosun mənası

[redaktə | mənbəni redaktə et]

Loqos Yunan fəlsəfəsində kainatın sirri mənasındadır. Aləmdə olan dəyişmələr və harmoniyanın təcəssümüdür. Kainata hakim olan zəkanın ümumuləşdirilmiş adıdır. Orta əsrlərdə Loqos “tam ağıl” və ya “son səbəb” kimi ərəb dilinə tərcümə edilmişdir. İudaizmdə Loqos Allahın qüdrəti və hakimiyyəti mənasında işlədilmişdir. Xristian fəlsəfəsi və sxolastikasında Loqosa daha geniş yer verilmiş və onu söz hesab etmişlər. Loqos “kəlmə” mənası daşımış və müxtəlif hermenvtik metodlarla təfsir və təvil edilmişdir. Loqos tarixin müxtəlif dövrlərində müxtəlif mənalar kəsb etdiyindən bu araşdırmada qısa olaraq, onun mahiyyət və manası xristianlıq sxolastikasında tədqiq olunmuşdur.[2]


Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Fəlsəfə Terminlərinin İzahlı Lüğəti, Adilə Nəzərova, səh 124". 2020-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-16.
  2. Loqos və mahiyyəti, Ələddin Məlikov, Elm və Həyat jurnalı, 467-468