Lora Buş | |
---|---|
ing. Laura Lane Welch Bush | |
Doğum tarixi | |
Doğum yeri | |
Həyat yoldaşı |
|
Uşaqları | 2 |
Milliyyəti | amerikalı |
Təhsili |
|
Fəaliyyəti | ABŞ Prezidenti Corc Buşun həyat yoldaşı |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Lora Buş (ing. Laura Lane Welch Bush; 4 noyabr 1946[1][2][…], Midlend[d], Texas) — ABŞ-nin 45-ci Prezidenti Corc Buşun həyat yoldaşıdır. 1977-ci ildə Corc Buş ilə ailə həyatı qurmuşdur. Onların 2 uşaqları vardır. 2001–2009-cu illərdə ABŞ-nin birinci ledisi olmuşdur.
Lora Buş 1946-cı ildə Texas ştatının Midlend şəhərində anadan olmuşdur. Ali təhsilini Dallas şəhərində almışdır. Buranı bitirdikdən sonra Texas Universitetinə daxil olmuşdur. 1977-ci ildə Corc Buş ilə ailə həyatı qurmuşdur. Onların 2 əkiz qız övladı (Barbara və Cenni) olur.
1990-cı illərdə Corc Buş Texas ştatının qubernatoru olan zaman Lora Buş şagirdləri məktəbə daha yaxşı hazırlamaq üçün xüsusi proqramlar keçirirdi. Həmçinin, müxtəlif xeyriyyə tədbirləri hazırlamışdı. 20 yanvar 2001-ci il və 20 yanvar 2009-cu illər ərzində ABŞ-nin birinci ledisi seçilir.