Lorenzo Buffon

Lorenzo Buffon
Ümumi məlumatlar
Tam adı Lorenzo Buffon
Doğum tarixi 19 dekabr 1929(1929-12-19)[1] (94 yaş)
Vətəndaşlığı İtaliya İtaliya
Boyu 1.81 m
Mövqeyi Qapıçı
Klub haqqında məlumat
Klub karyerasını bitirib
Karyerası
Gənclik karyerası
İtaliya Portoqruaro—Summaqa
Klub karyerası[* 1]
1948—1949 İtaliya Portoqruaro 34 (-30)
1949—1959 İtaliya Milan 275 (-312)
1959—1960 İtaliya Cenoa 20 (-26)
1960—1963 İtaliya İnter Milan 79 (-69)
1963—1964 İtaliya Fiorentina 1 (-2)
1964—1965 İtaliya İvrea 11 (-?)
Milli yığma[* 2]
1951—195? İtaliya İtaliya U-21
1952—196? İtaliya İtaliya B
1958—1962 İtaliya İtaliya 15 (-17)
Məşqçisi olduğu klublar
1977—1978 Sent-Encelo

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lorenzo Buffon (it. Lorenzo Buffon; 19 dekabr 1929[1]) — italiyalı futbolçu, qapıçı. Beynəlxalq futbol tarixi və statistikaları federasiyası keçirtdiyi sorğuya əsasən o, "İtaliyada XX əsrin ən yaxşı qapıçıları" siyahısında 8-ci yer tutur.

Lorenzo gənc karyerasını «Portoqruaro» klubunda başlıyır, sonralar isə Milanın heyətində İtaliya A Seriyasında debüt edir. Tezliklə Milanda o, əsas heyətdə yerini möhkəmləndirir, əsas qapıçısı olur və bu klubla İtaliya çempionu olur (1954-55, 1956-57 və 1958-59 mövsümlərində). İllər keçdikçə onu daha az oyuna salırlar, və Narçiso Soldanla heyətə düşmək üçün mübarizə aparır. 1958-ci ildə o, milliyə dəvət alır və ilk oyunlarından birində Fransa millisinə qarşı oyunuyur, sonunda hesab 2:2 olur. 1959-cu ildə Buffon Cenoaya keçir, amma orda yalnız bir sezon qalır və Milana geri qayıdır. 1962-ci ilin dünya çempionatından sonra o, karyerasında ən çətin vəziyyətə düşür: millidə yerini itirir və sonra «Fiorentina» komandasına ehtiyat qapıçı kimi transfer olunur. Bu klubda isə o, yalnız bir qarşılaşma keçirir, o da ki çempionatın ən axrıncı oynunda. Onun sonuncu klubu İvrea sayılır, və beləliklə o, karyerasını Seria C-də bitirir. Seria A-da o, ümümlikdə 376 oyun keçirmişdir, millidə isə 16.

Hazırda Lorenzo Buffon İtalyanın Latizan şəhərində yaşıyır və Milanın bu rayonda seleksiyaçısıdı.

Marağlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Müasir dövrün ən yaxşı qapıçılarından olan Canluici Buffon Lorenzo Buffonun uzaq qohumudu (Lorenzo Buffon Canluicinin babasının əmisi oğludu)
  • Ələkbər Məmmədov məhz bu qapıçıya 1955-ci ildə San Siroda 4 qol vurmuşdu
  1. 1 2 Lorenzo Buffon // Transfermarkt (çd.). 2000.