Luan Namta Muzeyi — Louan Namta Əyaləti Muzeyi kimi də tanınan, Laosun Luan Namta şəhərində yerləşən muzeydir. Daha çox antropoloji muzey kimi tanınan muzeydə yerli əhali ilə bağlı və etnik geyimlə bağlı çoxlu əşya toplanmışdır.[1] Xamu bürünc təbillər, toxuculuq, keramika, əmək alətləri, məişət əşyaları, əl silahları və Buddizm ilə əlaqəli əşyalar muzeydə sərgilənir.[2][3]