Luiş Froiş

Luiş Froiş
port. Luís Fróis
Doğum tarixi 1532[1]
Doğum yeri
Vəfat tarixi 8 iyul 1597(1597-07-08)[1]
Vəfat yeri
Fəaliyyəti missioner, yazıçı, ilahiyyatçı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Luiş Froiş (port. Luís Fróis) – XVI əsrin ikinci yarısında Yaponiyada faəliyyət göstərilmiş Portuqaliya missioneri.

Luiş Froiş 1532-ci ildə Portuqaliyanın Lissabon şəhərində doğulmuşdur.[3] 1563-cü ildə Yaponiyaya gəlmiş, Makaoda keçirdiyi iki il istisna olmaqla, həyatının qalan hissəsini Yaponiyada keçirmişdir.[3] Yaponiyadakı həyatı boyunca Aşikaqa Yoşiteru, Oda Nobunaqa, Toyotomi Hideyoşi, Otomo Sorin, Konişi Yukinaqa kimi dövrün nüfuzlu şəxsləri ilə tanış olmuşdur.

Müşahidə qabiliyyəti və diqqətliliyi ilə seçilən Froiş Yaponiyadakı missionerlik fəaliyyəti haqqında Avropaya ətraflı hesabatlar göndərmişdir.[3] Ən məşhur əsəri 1549-93-ci illərdə Yaponiyanın xristianlıq tarixindən də bəhs edən "Yaponiya tarixi" ("Historia de Japam") əsəridir.[3] Bundan əlavə, Yaponiya adətləri, Hideyoşinin Koreya yürüşüToyotomi Hidetsuqunun süqutu barədə yazılar yazmışdır.[3] 1597-ci ildə Naqasakidə ölmüşdür.[3]

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Deutsche Nationalbibliothek Record #118890492 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. 1 2 3 4 5 6 Kodansha Encyclopedia of Japan
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). II cild (Const–F). Tokio: Kodansha. 1983. səh. 340. ISBN 0-87011-622-3. İstifadə tarixi: 11 avqust 2022.