Lövhəbığlar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Lövhəbığlar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Lövhəbığlar (lat. Scarabaeidae) — Sərtqanadlılar dəstəsinə (lat. Coleoptera) aid olub, özündə 27800 növü birləşdirən fəsilə. Demək olar ki, hər il fəsilənin əlamətlərini daşıyan 200-ə yaxın yeni növ təsvir olunur. Azərbaycanda lövhəbığlar fəsiləsinə aid növlərin sayı 132-dir.
Fəsiləyə daxil olan növlər lövhəvari bığcıqları və irəli çıxmayan üst çənələri ilə seçilir. Qara, metal, yaşıl, qonur-qırmızı, parlaq və digər rənglərdə olurlar. Növlərin bədənlərinin uzunluğu 5–38 mm-dir.
2 əsas sistematik və ekoloji qrupa bölünür: xırıldaqlar — lat. Melolonhinae və peyin böcəkləri — lat. Coprophaga. Bundan başqa,lövhəbığların saprofaq olan bəzi növləri bitki qalıqlarının parçalanması prosesində mühüm rol oynayaraq torpağı üzvi maddələrlə zənginləşdirirlər (Anisoplia cinsinin sürfələri). Xırıldaqlar — bitkiyeyəndir. onlar xırıldaqlardan bığcıqların sancağının salanmaması ilə seçilirlər. Sürfələri torpaqda, çürük oduncaqda yaşayır. Kənd təsərrüfatı və meşə təsərrüfatının təhlükəli zərərvericilərinin çoxu xırıldaqlara aiddir. Kərkədan böcəklər (Dynastinae) lövhəbığ böcəklərdən ən iriləridir. Başında və önkürəyində cürbəcür artımlar, buynuzlar, dişciklər, qabarlar vardır.
Fəsilənin əksər növləri istisevən olmasına baxmayaraq, qütbətrafı ərazilər istisna olmaqla Yer kürəsinin hər yerində yayılmışdır. Ən çox növ müxtəlifliyinə tropik ölkələrdə rast gəlinir.
Fəsiləyə daxil olan növlərdən ziyanvericilik xüsusiyyətinə görə taxıl sümürtkəni (Anisoplia austriaca Hrbst.), ağqalxanlı sümürtkən (Brancoplia leucaspis Lap.), tarla sümürtkəni (Anisoplia segetum Hbst.), xaçlı Qafqaz sümürtkəni (Anisoplia farraria Er.) taxıl zəmilərinin; may böcəyi (Melolontha aceris Fald.), haşiyəli maralça (Oxythera cinctella Schaum.) meyvə; Zaqafqaziya mərmər xırıldağı (Polyphylla olivieri Cast.) isə üzüm bağlarının təhlükəli zərərvericilərindən hesab olunur. Müxtəlif növləri parazit qurdların, nematodların və tikanbaşlıların aralıq sahibidir. Onthaphagus cinsinə mənsub olan bəzi kiçik böcəklər antisanitar şəraitdə yaşayan insanlarda, xüsusən də uşaqların bağırsaqlarında vaxtaşırı ağrılar və ishalla müşahidə olunan "skarabiaz" adlanan xəstəlik törədir.