Lüdmila Rudenko

Lüdmila Rudenko
rus. Людми́ла Влади́мировна Руде́нко
Ölkə SSRİ SSRİ
Doğum tarixi
Doğum yeri Poltava (hal-hazırda Ukraynanın ərazisidir), SSRİ
Vəfat tarixi (81 yaşında)
Vəfat yeri Leninqrad, SSRİ
Titulu Beynəlxalq Usta
Dünya çempionluğu 1950-53
Mükafatları "Şərəf nişanı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lüdmila Rudenko (rus. Людми́ла Влади́мировна Руде́нко; 27 iyul 1904[1]4 mart 1986[2], Leninqrad) — SSRİ şahmatçısı və qadınlar arasında 1950-ci ildən 1953-cü ilə qədər şahmat üzrə dünya çempionu.

Həyatı və dünya çempionluğu

[redaktə | vikimətni redaktə et]

Lüdmila Rudenko 1904-cü il iyunun 27-də anadan olmuşdur. Şahmatla 10 yaşından məşğul olmağa başlamışdır. İlk dəfə 1926-cı ildə "Komsomolskaya pravda" qəzetinin təşkil etdiyi turnirdə çıxış etmiş və sonuncu yerlərdən birini tutmuşdur. Lakin iki il sonra Moskva çempionatında bütün görüşlərdə qalib gələrək, çempion adını qazanmışdır.

Leninqrada köçdükdən sonra onun qələbələr seriyası bir-birini əvəz edir. O 9 dəfə Leninqrad şəhər çempionu adını əldə edir. Müharibədən sonra Rudenko yenidən şahmatla ciddi məşğul olmağa başlayır. 1950-ci ildə keçirilən yarışlarda uğurla çıxış edərək, dünya çempionu adını qazanır. İki il sonra isə yenidən SSRİ çempionu olur.[3]

  1. Hosch W. L. Ludmilla Vladimirovna Rudenko // Encyclopædia Britannica (ing.).
  2. Hosch W. L., Bell A. Ludmilla Vladimirovna Rudenko // Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
  3. Azər Zeynallı, Pərviz Əliyev, şahmat aləminə səyahət, səh. 91 Bakı 1986.