Lütfullah Təbrizi | |
---|---|
benqalca:মীর্জা লুৎফুল্লাহ তবরীজী | |
Doğum tarixi | |
Doğum yeri | Surat, Qucarat, Böyük Moğol imperiyası |
Vəfat tarixi | Dəqiq bilinmir |
Vəfat yeri | Dəkkən yaylası, Maratha imperiyası |
Dini | İslam |
Fəaliyyəti |
Dəkkə və Orissa canişinliyi Şairlik Xəttatlıq |
Fəaliyyət illəri | 1728-ci ildən ölümünə qədər |
Lütfullah Təbrizi və ta II Mürşüdqulu xan (benqalca:মীর্জা লুৎফুল্লাহ তবরীজী) — XVIII əsrdə fəaliyyət göstərmiş təbrizli siyasi xadim. O, Cahangirnagarkı Naib Nazim kimi Benqal nəvvablarının hakimiyyəti altında Dəkkə və Orissa şəhərlərinin hakimi olmuşdur. Lütfullah, həm də xəttat olmuş,[1] Sərşəhr təxəllüsü ilə şeirlər yazmışdır.[2]
Azad əl-Hüseyninin "Naubahar-i-Mürşid-Qulu-Xani" kitabı Lütfullaha həsr edilmişdir və o, kitabda Aşağı Tipperanın fatehi kimi təqdim edilir.[3] Ona qədər Tippera yalnız nominal olaraq moğol hakimiyyəti altında olmuş, lakin Lütfullahın Naib Nazim kimi canişinliyi dövründə tam olaraq ilhaq edilmişdir.[4][5]
O, Benqal nəvvabı kimi fəaliyyət göstərən və Əfşar türklərindən olan Məhəmmədşüca xan Avşarın qızı ilə evlənmiş və onun tərəfindən yüksək vəzifələrə təyinat almışdır.
Mirzə Lütfullah 1684-cü ildə Qucaratın Surat şəhərində dünyaya gəlmişdir. Onun atası Hacı Şükrüllah əslən Səfəvi imperiyasının Təbriz şəhərində idi və Surata mühacirət etmişdi. Lütfullah Ağa Həbibullah İsfahaninin rəhbərliyi altında təhsil almışdır.[6]
Atasının ölümündən sonra Lütfullah Suratdan Benqal bölgəsinə getdi ə buradakı fəaliyyətləri nəticəsində Benqal nəvvabının sarayında tacir kimi şöhrət qazandı. Lütfullah Şüca-əd-din Məhəmməd Xanın qızı Dürdanə Bəyim Sahibə ilə evlənmişdi. Cütlüyün Mirzə Məhəmməd Yəhya xan Bahadır adlı oğulları və iki qızı olmuşdur. Onların böyük qızlarının adı Benqali Bəyim Sahibə və ya digər adı ilə Mehman Bəyim idi. Kiçik qızları isə Əla-əd-din Məhəmməd xanın arvadı idi.[7]
1728-ci ildə Lütfullah qayınatası və Benqal nəvvabı Şüca-əd-din Məhəmməd xan tərəfindən Cahangirnagarın hakimi təyin edildi.[8] Bu təyinatla ilə birlikdə Lütfullaga II Mürşüdqulu Xan titulu da verildi.[9] Lütfullah Təbrizi öz canişinliyi dövründə Çovk Bazar böğlgəsində xeyli dükanlar tikdirdi.[10] Onun Cahangirnagar canişinliyi və ya nizamatı bütün Benqal bölgəsinin şərq hissəsini əhatə etməkdə idi. Bundan başqa, Dəkkə şəhərinə nəzarət etmə də onun səlahiyyətlinə daxil idi. Lütfullahı məşhurlaşdıran əsas amillərdən biri onun o vaxta qədər yalnız nominal olaraq moğol hakimiyyətində olan Aşağı Tipperanı tam olaraq ilhaq etməsidir.[4]
1734-cü ildə Lütfullah Orissa nizamatı və ya canişini təyin edildi. Onun yerinə isə Dəkkə nizamı/canişini olaraq Məhəmmədşüçanın varisi Sərfəraz xan təyin edildi. Benqal nəvvabı və Lütfullahın qayınatası olan Şüca-əd-din Məhəmməd xan və ya digər adı ilə Məhəmmədşüca xan Avşarın 1739-cu ildə vəfat etməsindn sonra yerinə onun oğlu, Lütfullahın qaynı Sərfəraz xan keçdi. Onun özünün canişinlərindən olan Alıverdi xan uzun müddət idi ki, enqal nəvvabı olmaq istəyirdi. Onun üsyana başlamasından sonra 10 aprel 1740-cı ildə Mürşidabad yaxınlığında baş vermiş Giriya döyüşü nəticəsində Alıverdi xan yeni Benqal nəvvabı oldu. Lütfullahın qaynı və müttəfiqi olan Sərfəraz xan döyüşdə öldürüldü. Orissanın Benqal nəvvablığına daxil olmasına baxmayaraq, Alıverdi xan Orissanın itaət qərarını ala bilməmişdi. Lütfullah xan onu nəvvab olaraq tanımaqdan imtina etmişdi. Lütfullah xan bu qərar da özünün kürəkəni Mirzə Ağa Məhəmməd Baqerin də dəstəyini qazanışdı. Öz kürəkəni Mirzə Ağa Baqer ilə birlikdə, Lütfullah Orissadakı Kuttakdan Balasoreyə irəlilədi. O, 1740-cı ilin dekabr ayında Bihardakı Phulvari Şərif bölgəsində düşərgə saldı. 3 mart 1741-ci ildə baş vermiş döyüş zamanı Lütfullah ağır yaralandı və məğlub edildi. Döyüşdən qaçdıqdan sonra o, Baqer ilə birlikdə Cənubi Hindistandakı Maçilipatnama yollandı. Onun Orissadan ayrılmasından sonra Aliverdi xan Seyid Əhməd xanı Orissanın naib nizami təyin etdi.[8][11][12][13][14]
Dəkkəndə Lütfullah Heydərabad nizamına xidmət etdi və həyatının yerdə qalan hissəsini orada yaşadı. Onun ədəbi fəaliyyətinin əsas məhsulu olaraq "Maxmur" əsəri hesab edilir.