Lısa-Gora dağı | |
---|---|
pol. Łysa Góra | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 594[1] |
Yerləşməsi | |
50°51′36″ şm. e. 21°02′52″ ş. u.HGYO | |
Ölkə | Polşa |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Lısa-Gora (pol. Łysa Góra[2]) — Polşa ərazisində dağ. Dağ Sventokşiski massivində yerləşir. Hündürlüyü 594 metrdir. Zirvə bu massivdə hündürlüyünə görə ikincidir (Lısisa - 612 m). Dağın zirvəsinə və yamaclarına müxtəlif istiqamətdə piyada cığırları salınmış. Dağ zirvəsində paqanizmə məxsus müqəddəs məkanın qalıqları var. Bundan başqa ərazidə XI əsrə məxsus Müqəddəs Xaç Benediktinski monastrı mövcuddur. Diqqət çəkən tikililərdən biri də "Sventı-Kşij" teleqülləsidir. Dağla bağlı həmçinin yerli əfsanələr mövcuddur. Şabaş cadugəri haqqında olan əfsanə daha populyardır.
Lısa-Gora dağı əsasən kvarsit və kembri dövrünə məxsus şistlərdən ibarətdir. Zirvə Lısogpra massivinin şərq hissəsində yerləşir. Hündürlüyünə Sventokşiski silsiləsində ikincidir. Lısa-Gora dağı Sventokşiski Milli Parkının ərazisinə aiddir. Dağ bölgənin önəmli ekskursiya marşrut nöqtələrindən birirdir.
Qədim dövrlərdə Lısa-Gora dağı müqəddəs yer hesab olunurdu. Yana Dluqoşanın əlyazmalarında bu ərazidə üç allahın şərəfinə məbədin ucaldılması haqqında məlumat var. Dağın yuxarı hissəsində U şəkilli kvarsit daşlarından ibarət qədim divar qalıqlarına rast gəlinir. Tikililərin yaşı VIII-X əsrlərə aid edilir. Qalıqların ümumi uzunluğu 1,5 km, hündürlüyü isə 2 metrdir. Məbəd Polşa xristinalığı qəbul etdikdən sonra tərk edilmiş. Şabaş cadugəri haqqında olan əfsanə yəqin ki, daha qədim adətlərlə bağlıdır[3].
Qədim məbədin yaxınlığında Benediktinski monastırı inşa edilmiş. Əfsanələrə görə monastırı 1006-cı ildə Polşa kralı Cəsur Boleslav inşa etdirmiş. Mütəxəssislər isə monastırı XI əsrə aid edirlər. Monastır dəfələrlə dağıdılmış və yenidən inşa olunmuşdur.
Ərazinin digər görməli yerlərindən biri də Sventı-Kşij teleqülləsidir. 157 metrlik beton qüllə 166-cı ildə inşa olunmuş.