Lərgə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Lərgə |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Lərgə (lat. Vicia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Bu bitkini ərzaq, yem və texniki məqsədlər üçün becərirlər. Yem məqsədi üçün onun dənindən, yaşıl kütləsindən və küləşindən istifadə edilir. Toxumun tərkibində 23-34% zülal, 24-45% sulu karbonlar, 0,5-0,7% yağ, 4,0-4,6% sellüloza və 2,0-2,5% kül vardır. Lərgə dəni dad keyfiyyətinə və həzm olunmasına görə noxud və mərcimək dənindən geri qalır. Ondan sənayedə yüksək keyfiyyətli kazein kleyi alırlar. Faner, parça və plastmas alınmasında istifadə olunur.
Yaşıl kütləsində 20% xam zülal, 2,9% yağ, 42,8% azotsuz ekstraktiv maddələr var. Küləşində 6,8% protein və 15,4% azotsuz ekstraktiv maddələr olur.
100 kq yaşıl kütləsində 17, otunda 49,5, silosunda 17,8 və quru vegetativ kütləsində 28,7 yem vahidi vardır.
Lərgə digər dənli-paxlalı bitkilərdən fərqli olaraq quraqlığa, duza, zərərverici və xəstəliklərə davamlıdır.
Bitkinin tarixi və yayılması. Lərgənin vətəni xırda toxumlular üçün cənub-qərbi Asiya, iri toxumlular üçün isə Aralıq dənizi ölkələri hesab olunur. Lərgə Hindistan, İran, Əfqanıstan və Türkiyədə də becərilir. Rusiyada Tatarıstan və Başqırdıstan ərazilərində eyni zamanda Ukraynada becərilir.
Azərbaycanda lərgə əsasən Astara, Lənkəran, Masallı və Cəlilabad rayonlarında becərilir. Hər hektardan orta hesabla 15-20-30 və 45 sentner dən, 250-300 sentner yaşıl kütlə məhsulu verə bilir.
Lərgə lathyrus cinsinə aiddir. Səpin lərgəsi (sativus) gövdəsi 100 sm-ə qədər hündürlüyündə zərif, düz və dördüzlüdür. Gövdə zərif olduğu üçün zəif də olsa yerə yatır. Aşağı hissəsində daha çox budaqlanır. Yarpaqları cütlələkşəkillidir.
Çiçəkləri yarpaq qoltuğunda 1-2 ədəd yerləşir. Ləçək yarpaqları ağ, göy, bənövşəyi, çəhrayı rənglidir. Əksər hallarda çarpaz tozlanır. Paxlası ellips yaxud xətkeş formalı, bir tərəfi tikiş boyu geri çevrilmiş dalğalıdır. Hər paxlada 2-5 toxum olur. Toxum paz şəkilli, yastıbucaqlı kimidir. Müxtəlif rənglidir. 1000 ədədinin kütləsi 50-60 qram arasında dəyişir.
Lərgə toxumları 2-30C temperaturda cücərməyə başlayır. Optimal temperatur 8+130C-dir. Cücərti alındıqdan 80-100 gün sonra vegetasiya müddəti başa çatır. Çiçəkləmə dövrü uzun olur. Digər dənli-paxlalı bitkilərə nisbətən torpağa az tələbkardır.
Havanın bioloji azotunu udmaq, torpağı qida maddələri ilə zənginləşdirməkdə birillik lüpin və yem paxlasından geri qalır. Quraqlığa çox davamlıdır. Nəmliyin az olduğu quraq şəraitdə yerüstü kütləni az əmələ gətirir və qısa müddətdə yetişir. Nəmlik artıq olduqda askoxitoz və pas xəstəliklərinə tutulur.
Becərilmə texnologiyası. Növbəli əkində gübrələnmiş məşğullu heriyə əkilən buğdadan sonra yerləşdirilir. Lərgə herik bitkisi kimi də becərilə bilər. Gübrələrə çox tələbkardır. Toxumlar səpindən əvvəl rizotorfinlə (nitragin) işlənilməlidir.
Torpağın becərilməsi və səpinə hazırlanması noxudda olduğu kimidir. Səpin üçün mütləq kütləsinə görə seçilmiş dərmanlanmış iri toxumlar işlədilməlidir.
Azərbaycanda lərgəni payızda, qışqabağı erkən yazda və yayda (kövşən yerinə) əkmək olar. Ən yaxşı səpin üsulu darcərgəli və adi cərgəvi üsuldur. Bu üsullarda toxumun iriliyindən asılı olaraq hektara 1,0-1,4 milyon ədəd və ya 120-200 kq toxum səpilməlidir.
Toxumlar adətən 6-8 sm, yüngül torpaqlarda 10 sm-ə qədər və ağır gilli torpaqlarda 4-5 sm dərinliyə basdırılır.
Vegetasiya müddətində lərgə hektara 700-900 m³ norma ilə 3-4 dəfə suvarılır.
Birinci suvarma budaqlanma fazasında, 2-ci çiçəkləmədə, 3-cü dən əmələ gəlmə dövründə aparılır.
Paxlası nisbətən az açılır, ona görə də dən itkisi az olur. Lərgəni bir başa kombaynla və ya hissə-hissə üsulla yığmaq olur. Birbaşa kombaynla yığımda barabanla deka apasındakı məsafə artırılır, dövrlər sayı dəqiqədə 500-ə qədər azaldılır.
Hissə-hissə yığıma paxlaların 60-80%-i saraldıqda başlamaq olar. Ot biçən maşınlarla kütlə biçilib lay kimi sərilməli və quruduqdan sonra kombaynlarla döyülməlidir.
Lərgə dənli taxıl bitkiləri üçün yaxşı sələf olduğundan sahə dərhal küləşdən təmizlənməli və payıza qədər taxıl səpininə hazırlanmalıdır.