Mühərrik yağları

Mühərrik yağlarıporşenli və fırlanan daxiliyanma mühərriklərinin yağlanması üçün istifadə olunan yağlar.

Təyinatından asılı olaraq yağlar dizel mühərrikləri üçün yağlara, benzin mühərrikləri üçün yağlara və hər iki növ mühərriklər üçün universal motor yağlarına bölünür. Bütün müasir mühərrik yağları baza yağları və onların xassələrini yaxşılaşdıran aşqarlardan ibarətdir.

Mühərrik yağları iş qabiliyyətinin temperatur məhdudiyyətinə görə yay, qış və bütün mövsümlər üçün nəzərdə tutulan yağlara bölünür. Baza yağı kimi müxtəlif özlülüyü olan distillə komponentləri, qalıq komponentləri, distillə və qalıq komponentlərinin qarışığı, eləcə də sintetik məhsullardan (poli-alfa-olefinlər, alkylbenzollar, mürəkkəb efirlər) istifadə olunur. Mövsüm yağlarının əksəriyyəti aşağı özlülüklü əsasları makropolimer aşqarlarla qatılaşdırmaq vasitəsilə alınır.

Mühərrik yağları baza yağının tərkibinə görə sintetik, mineral və qismən sintetik yağlara ("yarısintetik" mineral və sintetik komponentlərin qarışığı) bölünür.

Dünyada ən birinci mühərrik yağı 1873-cü ildə amerikalı həkim Con Ellis tərəfindən patentləşdirilmişdi. Ellis xam neftin xassələrini tibbi məqsədlər üçün tədqiq edərkən xam neftin yaxşı yağlayıcı xassələrə malik olduğunu aşkar etmişdi. Ellis eksperimental mayeni buxar mühərriyinin ilişmiş qapağına tökmüş və nəticədə qapaqlar daha rahat hərəkət etməyə başlamış və Con Ellis dünyada ilk mühərrik yağı brendini – Valvoline qeydiyyatdan keçirmişdir.

Mühərrik yağlarına qoyulan ümumi tələblər

[redaktə | mənbəni redaktə et]
Avtomobil üçün istifadə olunan mühərrik yağı.

Mühərrik yağı mühərriyin mühüm elementidir. Yağ yalnız xassələrinin mühərriyin yağlayıcı sistemində onun məruz qaldığı termiki, mexaniki və kimyəvi təsirlərə uyğun olduğu halda funksiyalarını uzun müddət və etibarlı yerinə yetirə bilər. Mühərriyin quruluşu, onun istismar şərtləri və yağın xassələrinin qarşılıqlı uyğunluğu mühərrikin yüksək etibarlılığının şərtidir. Müasir mühərrik yağları aşağıda göstərilmiş bir çox mühüm tələblərə cavab verməlidir:

  • •mühərrik detallarının təmizliyini təmin edən yüksək yuyucu, dispersiyaedici-sabitləşdirici və müxtəlif həlledici xassələri;
  • • yüksək termiki və termooksidləşdirici sabitlik yağlara porşenləri soyutmaq, onların istismar müddətini artırmaq imkanı verir;
  • • yüksək yeyilməyə və korroziyaya qarşı xassələr;
  • • köhnəlməyə və xarici təsirlərə qarşı davamlılıq;
  • • yüksək yüklənmə və ətraf mühitin yüksək temperaturu şəraitində etibarlı yağlanma;
  • • işlənmiş qazların neytrallaşma sistemi katalizatorları ilə uyğunluğu;
  • • yağın reqlamentləşdirilmiş şəraitdə nəql edilməsi və saxlanması zamanı yüksək sabitliyi;
  • • yüksək və aşağı temperaturlarda az köpüklənmə;
  • • az miqdarda buxarlanma, dəm qazının az miqdarda əmələ gəlməsi.

Bəzi yağlara xüsusi əlavə tələblər qoyulur. Belə ki, makropolimer aşqarlarla qatılaşdırılmış yağlar mexaniki termiki destruksiyaya qarşı davamlı olmalıdır. Gəmidə istifadə olunan dizel yağları üçün xüsusilə aşqarların rütubətə davamlılığı və su ilə emulsiya əmələ gətirmə qabiliyyətinin zəif olması vacibdir.

Mühərrik yağlarının kimyəvi tərkibi üzrə təsnifatı

[redaktə | mənbəni redaktə et]

Kimyəvi tərkibinə görə bütün yağlar iki böyük qrupa bölünür: mineral və sintetik. Ancaq 1999–2003-cü illərdə "sintetik" sözünün mənası bir qədər dəyişdi və indi sintetik mühərrik yağı – mineral yağın kimyəvi emalı vasitəsilə alınır və ya kimyəvi yolla sintez olunurdu. Yarısintetik yağlar – mineral və sintetik mühərrik yağlarının qarışığıdır. Baza mühərrik yağı tərkibində aşqar olmayan mühərrik yağıdır. Bütün baza mühərrik yağları aşağıdakı qruplara bölünür:

  • I – neftin həlledicilər vasitəsilə selektiv təmizlənməsi və parafinsizləşdirilməsi üsulu ilə alınmış baza yağları (adi mineral yağlar);
  • II – tərkibində az miqdarda aromatik birləşmələr və parafinlər olan yüksək oksidləşdirici sabitliyə malik yüksək dərəcədə təmiz baza yağları (hidrotəmizləmə keçmiş yağlar – təkmilləşdirilmiş mineral yağlar);
  • III – katalitik hidrokrekinq vasitəsilə alınmış yüksək özlülük indeksli baza yağları;
  • IV – polialphaolefinlər (PAO) əsasında sintetik baza yağları;
  • V — əvvəlki qruplara daxil olmayan digər baza yağları (mürəkkəb efirlər, qlikollar və s.).

Müasir baza yağlarının əksəriyyəti bir neçə baza yağı qrupları və aşqar paketlərinin qarışığı əsasında hazırlanır, bu da ayrı-ayrı qrupların nöqsanlarını aradan qaldırmağa imkan verir.

Əvvəllər bütün mühərrik yağları –qatqısız təmiz mineral yağlar idi, və istehlakçı üçün yağın özlülüyünü bilmək kifayət idi ki , onun xüsusiyyətlərini və hansı bir mühərrikdə tətbiq olunmasını bilsin. Buna görə də bu təsnifatdan müvəffəqiyyətlə istifadə olunurdu və faktiki olaraq XX əsrin qədər yeganə təsnifat kimi tətbiq edilirdi, lakin İkinci Dünya müharibəsi neft kimyasının inkişafına, xüsusilə də sütrtkü materiallarının kimyasına güclü təkan verdi. Müharibə dövründən qalmış ağır yük avtonəqliyyatında geniş tətbiq olunan müasir gücləndirilmiş dizel mühərrikləri üçün daha mükəmməl və xüsusi yağlar tələb olunurdu. Motor yağlarının istehsalında aşqarlardan geniş istifadə edilməsi yağ bazarlarına ilkin sintetik əsaslı yağların çıxarılmasına səbəb oldu Bütün bunlar, mühərrik yağlarının təsnifatına yenidən baxılmasını tələb etdi.

SAE təsnifatı

[redaktə | mənbəni redaktə et]

Motor yağlarının birinci təsnifatı SAE (ing. “Society of American Engeneeres”) 1911 ildə Amerikanın avtomobil mühəndislərinin cəmiyyəti tərəfindən təqdim edilib. Bu təsnifat üzrə yağlar özlülükdən asılı olaraq bir neçə kateqoriyalara bölünür. SAE təsnifatı hal-hazırda da istifadə olunmaqdadır.

APİ təsnifatı

[redaktə | mənbəni redaktə et]

1947-ci ildə Amerika Neft İnstitutu (American Petroleum İnstitute, APİ) öz təsnifatını irəli sürdü. Bu təsnifat üzrə yağlar mühərriyin konstruksiya və istismar şəraitindən asılı olaraq üç kateqoriyaya (Grades) bölündü: Reqular ("adi"), Premium ("yüksək keyfiyyətli") və Heavy duty HD (ağır iş şəraiti üçün). Regular kateqoriyalı yağlar – gucləndirilməmiş və zəif gücləndirilmiş köhnə model mühərriklərində istifadə edilən aşqarsız adi mineral yağlar idi. Premium kateqoriyalı yağlar – tərkibində yeyilməyə və oksidləşməyə qarşı aşqarlar olduğu üçün yağın mühafizəedici xassələrini yaxşılaşdırıb və müasir yüksək gücləndirilmiş mühərriklərdə istifadəsi zamanı yağdəyişmə müddətinin uzaldılmasına imkan yaradırdı. Heavy Duty HD yağları – ağır iş şəraitində istismar edilən mühərriklər üçün nəzərdə tutulurdu, və tərkibində yeyilməyə və oksidləşməyə qarşı aşqarlardan əlavə yuyucu (detergentlər) – motorda çöküntü əmələ gəlməsinin və dispersedici (dispersantlar) yağda yaranan kirlənmənin çökməsinin qarşısını alan – aşqarlar da var idi. Sonralar Super Heavy Duty (xüsusi ağır iş şəraiti üçün) kateqoriyalı – tərkibində yüksək qatılıqda yuyucu aşqarları olan və itiyerişli dizel mühərriklərində istifadə üşün nəzərdə tutulan – yağlar təqdim edildi. 1969–1970-ci illərdə APİ, ASTM və SAE tərəfindən təmamilə yeni təsnifat sistemi işlənib hazırlandı. Hal-hazırda bu sistemdən qismən istifadə olunur. Yeni təsnifatın əsas prinsipi – yağların iş şəraitinə görə kateqoriyalara bölünməsindən imtina edilməsi idi. Belə ki, müasir mühərriklərin modernləşməsi yeni, daha yüksək kateqoriyalı yağların istifadəsinə təkan verdi. Yeni yağların adlarında əlifba sırası ilə hərflər qoyulurdu və avtomobilin istehsalı ilindən asılı idi. Məsələn, 1968–1972-ci il istehsalı olan benzin mühərrikli avtomobillər üçün SC kateqoriyasından aşağı olmayan yağlar tövsiyə edilirdi. 1972-ci ildə təsnifata yeni SE kateqoriyası daxil edildi. Bu kateqoriyalı yağlar xüsusən 70-ci illərdə ABŞ-də istehsal edilən, sürtkü yağlarına daha sərt tələblər qoyan yuxarıvallı mühərriklər üçün idi (ГОСТ üzrə keçmiş SSRİ-nin "Г" qrup yağlarının analoqudur). Amerika istehsalçıları tərəfindən daha mükəmməl konstruksiyalı motorlarına keçidi, havaya zəhərli tullantılarının buraxılmasına qoyulan tələblərin sərtləşdirilməsi və yağ dəyişmə intervalının 15000 milə (24 000 km) qədər yüksəldilməsi ilə əlaqədar 1979–1980-ci illərdə motor yağlarının təsnifatına növbəti SF və enerjiqənaətli yeni Long Life kateqoriyalı yağlar daxil edildi. 2017-ci ilin vəziyyətinə görə SJ, SL, SM və SN kateqoriyalar aktualdır. Hal-hazırda SA-SH kateqoriyaları yağlar texniki cəhətdən köhnəlmiş sayıldığı üçün, APİ onların keyfiyyətinə də zəmanət verə bilmir.

ESCS təsnifatı

[redaktə | mənbəni redaktə et]

1952-ci ildə APİ ilə ASTM İnternational (American Society for Testing and Materials) əməkdaşlığı ilə motor yağlarının yeni ESCS – Engine Service Classification System təsnifatı qəbul edildi. Bu təsnifatda ilk olaraq "yağın istismar kateqoriyası" (Service Category), və həmçinin yağların benzin və dizel mühərrikləri üçün bölünməsi qəbul edildi. Benzin mühərrikləri üçün yağlar – ML, MM və MS kateqoriyalı yağlardır. ML(L – light) kateqoriyalı yağlar – yüngül gücləndirilmiş, çöküntü əmələ gəlməsinə az meylli olan motorlarda, MM (M -Medium) – mülayim və sərt iş rejimində işləyən, karterində yüksək temperatur olan, çöküntü əmələ gəlməsinə və diyircəklərin korroziyasına meylli olan mühərriklərdə, MS (S-Severe) – konstruksiya xüsusiyyətlərinə əsasən sürtkü yağlara əlavə tələblər qoyan mühərriklərdə istifadəsi üçün nəzərdə tutulurdu. Dizel mühərrikləri üçün yağlar – DG, DM və DS kateqoriyalı yağlardır. Dizel yağları eyni qaydada təsnif edilirdi. 1955 və 1960-cı illərdə bu təsnifat üzrə yağlara qoyulan tələblərə yenidən baxıldı və dəqiqləşdirildi. Bundan əlavə 1958, 1964 və 1968-ci illərdə yüksək MS kateqoriyalı yağlar üçün yeni standart və sınaq üsulları qəbul edildi, lakin 50–60 illərdə texnikanın inkişafı, mühərriklərin konstruksiyalarında gedən inkişaf, yağlar üçün yeni təsnifatının yaranmasını zəruri etdi. 1969–1970-ci illərdə APİ, ASTM və SAE tərəfindən motor yağları üçün tamamilə yeni təsnifat işlənib hazırlandı. Yeni təsnifatın əsas prinsiplərindən biri kateqoriyaların ləğv edilməsi və müasir mühərriklərdə istifadəsi üçün nəzərdə tutulan və daha sərt tələblərə uyğun olan yeni nəsl yüksək kateqoriyalı sürtkü yağları idi ki, onların adlarında əlifba sırası ilə hərflər qoyulurdu. Bu təsnifat üzrə bütün motor yağları "servis" (S) – benzin və "kommersiya"(C) – dizellər motorları üçün təsnifatlandırıldı.(o dövrdə ABŞ-də yalnız yük maşınlarında və digər kommersiya nəqliyyatında istifadə olunurdu). Belə ki, əvvəlcədən yağlar üçün 8 kateqoriya nəzərdə tutulmuşdur: bunlardan dördü benzin – SA, SB, SC və SD, dördü dizellər üçün – CA, CB, CC və CD. S

  • A kateqoriyalı yağlar – aşqarsız olub, köhnə ML yağlarına uyğun "yüngül şəraitdə istismar üçün", və 1920–1940-cı illərdə isrehsal olunan motorlar üçün nəzərdə tutulurdu.
  • SB kateqoriyalı yağlar – aşqarlı olub MM yağlarına uyğun və 1960-cı illərə qədər istehsal olunan motorlar üçün idi.
  • SS və SD kateqoriyalı yağlar – 1964 və 1968-ci illərin redaksiyası üzrə MC və SD yağlarına uyğun, və o dövrün ən müasir mühərrikləri, yəni 1967-ci ildən əvvəl və sonra istehsal edilən mühərriklər üçün nəzərdə tutulurdu.

İLSAC təsnifatı

[redaktə | mənbəni redaktə et]

1992-ci ildə İLSAC (İnternational Lubricant Standartization and Approval Commitee -Sürtkü yağlarının sertifikasiya və standartlaşdırması üzrə beynəlxalq komitə) özünə məxsus təsnifatını təklif etdi. Bu təsnifat APİ təsnifatı ilə paralel olaraq yenilənirdi. İLSAC üzrə təsnifatlandırılan yağların kateqoriyaları (GF-1-dən GF-5 qədər) bütövlükdə APİ –dən SH və sonrakı kateqoriyalarla analoji olmaqla bərabər ekoloji və enerjiyə qənaət baxımından daha sərt tələblər qoyurdu. 2016-cı ildə nəzərdə tutulan CF-6 kateqoriyasının qəbul edilməsi yeni yağlara təzə metodikaların hazır olunamaması səbəbindən 2018-ci ilə keçirildi. Bu təsnifat əsas etibarilə Amerika və Yaponiya istehsalçıları tərəfindən tətbiq edilir.

ACEA təsnifatı

[redaktə | mənbəni redaktə et]

1996-cı ildə ACEA (Association des Constructeurs Européens d’Automobiles- Avropa Avtomobil İstehsalçıları Birliyi) tərəfindən yeni versiyada hazırlanmış, motor yağları üçün birinci standart işıq üzü qördü və yeni redaksiyalarda 1998, 1999, 2002, 2004, 2007, 2008, 2010, 2012 və 2016-cı illərdə istehsalçı və istehlakçılara təqdim edildi. Bu təsnifat üzrə tətbiq sahəsindən asılı olaraq yağlar bir neçə qrupa bölündü: A/B – benzin və dizel mühərrikləri üçün adi yağlar; C- katalitik neytrallaşdırıcılara uyğun yağlar; E – yüksək yüklənmiş ağır iş şəraitində işləyən dizellər üçün yağlar. Təsnifatda xüsusi diqqət Euro ailəsinin avropa ekoloji standartlarına uyğun olunmasına verilir.

JASO təsnifatı

[redaktə | mənbəni redaktə et]

1998-ci ildə JASO (Japanese Automotive Standards OrganizationAvtomobil Sənayesi sahəsində standartlar üzrə Yapon təşkilatı) tərəfindən 4-taktlı motosikl mühərrikləri üçün JASO T 903 standartı qəbul edildi.

TITAN ATF 5005 motor yağı (FUCHS Europe Schmierstoffe GMBH)

[redaktə | mənbəni redaktə et]

Almaniyanın FUCHS Europe Schmierstoffe GMBH şirkətinin istehsal etdiyi TITAN ATF 5005 motor yağı — avtomobillərin avtomat sürət dəyişmə qutularında istifadə edilən məhsuldur.

TITAN ATF 5005 motor yağı — avtomat sürət dəyişmə qutularından başqa sükan idarəetməsinin hidrogücləndiricilərində, nəqliyyat və texnikanın hidrosistemlərində istifadə olunur.

TITAN ATF 5005 GM DEXRON III (H) и FORD MERCON V spesifikasıialarına uyğundur.

TITAN ATF 5005 motor yağı — müasir avtomobil, mikroavtobus və yüngül kommersiya avtomobilərinin avtomat çoxpilləli sürət dəyişmə qutularında, hidravlik konverterlərdə, retarderlərdə, hidtravlik sistemli sükan idarəetməsində, hidromuftalarda, digər aqreqat və hidrosistemlərdə aşağıda qeyd olunan spesifikasiyalar, icazə və tövsiyələrə uyğun olaraq istifadə olunur. İstehsalçıların icazələri:

  • MAN 339 TYPE V2
  • MAN 339 TYPE Z2
  • MB Bİ.236.6
  • VOITH 55.6336. XX (G 1363)
  • ZF TE-ML 04D, 14B, 16L, 17C

Tətbiqi üçün tövsiyələr

[redaktə | mənbəni redaktə et]
  • DEXRON III (H)
  • ALLİSON TES 295
  • ALLİSON TES 389
  • BMW 83 22 0 403 248
  • BMW 83 22 9 407 807
  • BMW 83 22 9 407 858
  • BMW 83 22 9 407 859
  • FORD MERCON V
  • MAN 339 TYPE Z3
  • OPEL 19 40 707
  • VOLVO 97341
  • ZF TE-ML 02F, 11B, 14C

Tətbiqinin üstünlükləri

[redaktə | mənbəni redaktə et]
  • TITAN ATF 5005 motor yağı – istənilən temperatur şəraitində yüksək istismar xassələrinə malikdir.
  • Yeyilmə, korroziyaya və çöküntü əmələ gətirməsinə qarşı yüksək mühafəzəedici xassələrə malikdir.
  • Uzunmüddətli yüksək temperaturda və gücləndirilmiş iş rejimində işləyərkən yağın köpüklənməməsinə zəmanət verilir.
  • Optimal şəkildə balanslaşdırılmış aşqar paketi oksidləşməyə və köhnəlməyə qarşı yüksək davamlığını təmin edir. Bu da ilkin yağın xüsusiyyətlərini və göstəricilərinin bütün istimar müddətində saxlanılmasına imkan yaradır.

Hidromexaniki və hidrohəcmli ötürücülər üçün yağlar

[redaktə | mənbəni redaktə et]

Hidromexaniki və hidrohəcmli ötürücülər üçün yağlar – hidromexaniki ötürücülər mühərrikdən ötürülən fırlanma anının və fırlanma tezliyinin mütamadi dəyişilməsini təmin edirlər. ötürmə prosesi işçi maye ilə (aşağı özlülü yağla) doldurulan boşluq əmələ gətirən təkərli pərli nasosun və turbinin hesabına həyata keçirilir. Nasosdan mayenin aldığı enerji turbinlə aparılan vala ötürülür. Hidromexaniki ötürücülər konstruksiyasına görə hidromuftalara və hidrotransformatorlara bölünürlər. Hidrotransformatorlar iki təkərlə(nasoslu və turbinli) təchiz olunub, hər ikisi vallarda bərabər fırlanma momentinə malikdir. Normal rejimdə hidromuftaln f.i.ə. 0,95–0,98 təşkil edir.

Xüsusiliyi və tətbiq şəraiti

[redaktə | mənbəni redaktə et]

Hidromexaniki ötürücülər üçün yağların təyinatının xüsusiliyi və tətbiq şəraitləri onlara olan aşagıdakı tələbləri(bir sıra hallarda ziddiyyətli) müəyyənləşdirilmişdir:

  • işçi temperaturların bütün intervalında asan yağlamağa malik olmalıdır;
  • friksion disklərin ilişməsini təmin edən zəruri friksion xassələri t.min etməlidir;
  • diyircəkli yastıqların dişli ötürücülərin və baçqa sürtünən hissələrin yeyilməsini azaltmalıdır;
  • sürtünmə zonasından istiliyin ötürülməsini təmin etməklə və yeyilmə məhsullarını və digər mexaniki qarışıqları çıxarmalıdır;
  • metalları korroziyadan qorumalı, sıxlaşdırıcılar dağıtmamalıdır;
  • sabit tərkibə malik olmalı, buxarlanma və parçalanma xassələrinin kimyəvi proseslərlə dəyişmələrinə qarşı dayanıqlı olmaqla çöküntülər əmələ gətirməlidirlər. Hidromexaniki ötürücülər qutusu olan texnikalarda A və МГТ növlü yağlar geniş işlədilir. A-tərkibində antioksidləşdirici və yeyilməyə qarşı(ДФ-11) detergent- dispersiyalı(МАСК), depressorlu (ПМД-Д) və köpüklənməyə qarşı(ПМС-200А) aşqarlar olan, poliizobutilenlə qatılaşdırılmış dərin selektiv təmizlənmiş yağdır. Avtomobillərin və digər maşınların hidromexaniki ötürücülər qutusunda və hidrotrasformatorlarda bütün mövsümlü yumşaq iqlim rayonlarında işlədilir. Yüksək termiki oksidləşdirmə sabitliyinə, yaxşı temperatur xassələrinə malikdir. Hidromexaniki ötürücülərdə yağların tətbiq şəraitinin öz xüsusiyyətləri vardır. Əsas təyinatını – enerjinin ötürülməsini yerinə yetirərək, yağlar, həmçinin sürtünmə hissələrinin yağlanmasını təmin edirlər. МГТ əvəzedici yağ növüdür. A növlü yağ МГТ növlü yağla istənilən nisbətdə uyğunlaşır, müxtəlif hidravlik sistemlərdə, hidroamortizatorlarda və rulun hidrogücləndiricilərində işçi maye kimi tətbiq oluna bilər. МГТ – tərkibində yüksəkkeyfiyyətli aşqarlar kompleksi olan, aşağı molekulyar polimerlərlə qatılaşdırılmış zəif özlülüyə malik aşağı temperaturda donan yağdır. Bütün mövsümlü 500C-dək, A növlü yağlar analoji tətbiq olunur. A növlü yağ əvəzedicidir.

Klübersynth GH 6-80 reduktor yağı

[redaktə | mənbəni redaktə et]

Klübersynth GH 6-80 yağı

[redaktə | mənbəni redaktə et]

Klübersynth GH 6-80 yağı – poliqlikol əsaslı reduktor yağıdır. Sürtünməyə qarşı yüksək stabilliyə malikdir və sürtünmə zamanı materialın yeyilməsi nəticəsində çuxurların əmələ gəlməsinə qarşı müqaviməti ilə xarakterizə olur. Bu yağın yeyilməyə qarşı yüksək müdafiə xassəsinə malik olduğu FAG FE 8 stendində aparılan sınaqların nəticələri ilə təsdiq olunur. Klübersynth GH 6-80 yağı xüsusən oksidləşməyə və qocalmağa qarşı davamlıdır. Klübersynth GH 6-80 yağı yaxşı özlülük-temperatur xassələrinə malikdir və yüksək temperaturlarda yaxşı işləmə qabiliyyəti ilə fərqlənir.

Klübersynth GH 6-80 yağı qurdvari reduktorların polad/bürünc və ya polad/boz çuqun cütlüklərinin yağlanması üçün xüsusi olaraq hazırlanmışdır. Bu yağın tətbiqdə böyük üstünlüyü - xüsusi poliqlikol yağlarının istifadəsi nəticəsində sürtünmə əmsalının azaldılması, həmçinin yağın tərkibinə lazımi aşqarların əlavə edilməsi nəticəsində əldə edilən yağın yeyilmə səviyyəsinin aşağı olmasıdır. Klubersynth GH 6 - 80 həmçinin konik və təkər dişliklərinin, yuvarlanan və düz rulmanların, eləcə də bütün növ dişli muftaların, xüsusən də yüksək temperaturda yağlanması üçün istifadə oluna bilər, həmçinin yük, sürücü və nəqliyyat zəncirlərinin yağlanması üçün uyğundur. Klubersynth GH 6 - 80 yağı “Hilti reduktorlarını” yağlamaq üçün istifadə olunur, sürət qutusunun metal hissələrinin yeyilməsinin qarşısını alır. Bu yağın istismar müddəti təxminən 200.000 mil / saatdır.

Tətbiq üçün tövsiyyələr

[redaktə | mənbəni redaktə et]

Klübersynth GH 6 yağları batırmaqla, sirkulyasiya və ya püskürtmə üsulları ilə tətbiq oluna bilər. Onlar mineral yağlar və sintetik karbohidrogenlərə əsaslanan yağlarla qarışmırlar. Əvvəllər istifadə edilmiş yağı Klübersynth GH 6 ilə əvəz etməzdən əvvəl yağlama qurğuları təmizlənməlidir və reduktor qutuları və ya qapalı yağlama sistemləri Klübersynth GH 6 yağı ilə yuyulmalıdır. Klübersynth GH 6 yağları demək olar ki, bütün əlvan metallara qarşı neytral davranır.

  1. Классификация масел по SAE. www.tnk-oil.ru. Проверено 19 ноября 2015.
  2. http://standards.sae.org/j300_200711/ SAE J300–2007
  3. Моторные масла // Большая Советская энциклопедия (в 30 т.) / А. М. Прохоров (гл. ред.). — 3-е изд. — М.: Сов. энциклопедия, 1974. — Т. XVII. — С. 63–64. — 616 с.
  4. Ершов Б.В., Залетаев М.В., Ульянецкий А.М., Юрченко М.А. Техническое обслуживание автомобилей. — Киев: Вища школа, 1969. — 446 с.
  5. http://autoexpert-consulting.com/news/oil/467-novye-masla-ot-kompanii-fuchs-europe.html.
  6. Масла, вырабатываемые предприятиями Миннефтехимпрома СССР. Каталог-справочник под ред. В.М.Школьникова. Москва –ЦНИИТЭнефтехим −1986.
  7. ГОСТ 12337–84.