Məhəmməd Kürd Əli | |
---|---|
ərəb. مُحمَّد كُرد عليّ | |
Doğum tarixi | 1876[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1953[1][2][…], 2 aprel 1953 və ya 4 fevral 1953 |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Məhəmməd Kürd Əli (ərəb. محمد كرد علي) (1876[1][2][…], Dəməşq – 1953[1][2][…], 2 aprel 1953 və ya 4 fevral 1953, Dəməşq[3]) — Suriya yazıçısı, tarixçisi, jurnalisti, pedaqoqu, ictimai xadimi.
Kasıb kürd torpaq sahibinin ailəsində anadan olmuşdur. Anası çərkəz mənşəli idi.[4] 1892-ci ildə Fransa missionerlik məktəbini bitirmişdir. XIX əsrin sonlarından jurnalistika ilə məşğul olmuşdur. O, Misir maarifçiləri Məhəmməd Abdo, Mustafa Kamil və başqalarından təsirlənmişdir. 1908-ci ildə Dəməşqdə ictimai-siyasi və ədəbi jurnalı olan "Əl-Müqtabas"ı təsis etmiş, lakin jurnal tezliklə Osmanlı hakimiyyəti tərəfindən antitürk olduğu üçün qadağan edilmişdir. 1919-cu ildə yaradılmasının təşəbbüskarı və Dəməşqdə Ərəb Elmlər Akademiyasının ilk prezidenti olmuşdur.[5]