Məhbusların gəzintisi | ||
---|---|---|
| ||
Rəssam | Vinsent van Qoq | |
Tarixi | 1890 | |
Üslubu | məişət janrı | |
Texnikası | yağlı boya | |
Ölçüləri | 80 sm × 64 sm | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyi | |
Saytı | vggallery.com/painting/p… | |
İnventar nömrəsi | Ж-3373 | |
Vikianbarda əlaqəli mediafayllar |
"Məhbusların gəzintisi" — Vinsent van Qoqun 1890-cı ilin fevral ayında çəkdiyi rəsm əsəri. Qustav Dorenin "Qala" (1872) qravürinin surəti.
Rəsmdə məhbusların dairəvi hərəkət etməyə məhkum olduqları balaca və dar həbsxana həyətinin quyusu təsvir olunmuşdur. Rəsm əsəri mavi-yaşıl qammada yerinə yetirilmişdir.
"Məhbusların gəzintisi" rəssamın fikrincə qapalı dairəyə bənzəyən həyatın rəmzidir. Ön plandakı mərkəzi fiqur üzləri yalnız bir neçə mazokla çəkilmiş digər məhbuslardan fərqli olaraq daha fərdiləşmiş olandır. Bu personajda van Qoqun özünün cizgiləri sezilir.
1888-ci ilin dekabr ayının sonunda Van Qoqda ruhi xəstəliyin ilk tutması baş verdi, tezliklə tutmalar təkrarlanmağa başladı və o könüllü olaraq Arl yaxınlığında, Sen-Remidə, keçmiş Avqustin monastırında yerləşən Müqəddəs Pavel psixiatrik xəstəxanasına getdi. Xəstəxanada Van Qoq 1889-cu ilin mayından 1890-cı ilin mayına qədər qaldı. Bu xəstəxananın direktoru — doktor Peyon və Van Qoqun qardaşı — Teo rəssamın işləyə bilməsi üçün bütün şəraiti yaratmağa çalışırdılar.
Xəstəxanada olarkən, Van Qoq naturadan rəsm çəkə bilmirdi, buna görə də o litoqrafiyaları, qravüraları və digər sənətkarların qara-ağ reproduksiyalarını əsərləri üçün natura kimi istifadə etməyə başladı. Bu dövrdə o, xüsusilə, Millenin, Rembrandtın, Delakruanın və Domyenin qravyuralarının surətini çəkirdi.
Bir dəfə o, qardaşı Teodan Reqamenin "Katorqa" qravürasını göndərməsini xahiş etdi, amma görünür, Teo, onu tapa bilməyib və Van Qoq Qustav Dore tərəfindən B. Jerraldın "London" (1872) kitabı üçün çəkilmiş "Qala" qravürasının üzərində işləməyə başladı.
Qustav Dorenin qravürasında "məhbusların paradı"-nın baş verdiy Nyu-Geyt həbsxanasının altıbucaqlı həyəti təsvir edilib. Bu "paradın" mahiyyəti o idi ki, cinayətkarları dəfələrlə xəfiyyələrin qarşısından keçirdirdilər ki, həmin şəxslər onları yaxşı yadda saxlaya bilsinlər.
Van Qoq qravüranı bəzi dəyişikliklərlə çəkmişdir :