Maalot qətliamı | |
---|---|
Ümumi məlumatlar | |
33°01′00″ şm. e. 35°17′10″ ş. u.HGYO | |
Tarix | 15 may 1974 |
Ölü sayı |
|
Yaralı sayı |
|
Vikianbarda əlaqəli mediafayllar |
Maalot qətliamı (ivr. הפיגוע במעלות, ərəb. مذبحة معالوت) — 1974-cü il mayın 13-dən mayın 15-dək Maalot şəhərində Fələstinin Azadlığı Uğrunda Demokratik Cəbhə (DFLP) terror təşkilatının yaraqlıları tərəfindən İsrail vətəndaşlarına qarşı törədilmiş qətliam. Livanla sərhəddən İsrailə daxil olan 3 terrorçu müxtəlif yerlərdə 4 mülki vətəndaşı qətlə yetirib və ələ keçməkdən yayınaraq Netiv Meir məktəbində ən azı 89 nəfəri girov götürüb, bundan sonra İsraildən 26 yoldaşının azad edilməsini tələb ediblər[1].
Təxminən on saat davam edən binanın mühasirəsindən sonra xüsusi təyinatlılar hücuma cəhd etdilər, lakin terrorçular özlərini öldürməzdən əvvəl 25 nəfəri öldürməyə və ən azı 30 girovu yaralamağa nail oldular. Ümumilikdə qətliam nəticəsində 29 nəfər həlak olub ki, onların da əksəriyyəti Netiv Meir məktəbində girov saxlanılan uşaqlardır.