Macarıstan Milli Bankı

Macarıstan Milli Bankı
Magyar Nemzeti Bank
Loqonun şəkli
Yerləşməsi
47°30′12″ şm. e. 19°03′07″ ş. u.HGYO
Ölkə
Ünvan Budapeşt şəhəri Belvaroş rayonunun Azadlıq meydanı
Ümumi məlumatlar
Yaranma tarixi 24 iyun 1924
Ehtiyatları $44.8 milyard (31 dekabr 2014)[1]
Valyuta Macarıstan forinti
HUF (ISO 4217)
Baza hesabaalma norması 0.90% (may 2016)[2]
Baza depozit norması 0.90% (may 2016)
Sələfi Kral Macarıstan Dövlət Bankı
Digər məlumatlar
Saytı mnb.hu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Macarıstan Milli Bankı (mac. Magyar Nemzeti Bank (MNB) ― Macarıstanın mərkəzi bankı və Avropa Mərkəzi Banklar Sisteminin (ESCB) bir hissəsi. Macarıstan Milli Bankı 1924-cü ildə quruldu və Kral Macarıstan Dövlət Bankının yerinə keçdi. Macarıstan Milli Bankı beynəlxalq münasibətlərinə və beynəlxalq iqtisadi qurumların və maliyyə təşkilatlarının (AB, BVF, IƏİT, BHB) peşəkar forumlarında iştirakına xüsusi əhəmiyyət verir.

Onun əsas məqsədi qiymət sabitliyidir, amma eyni zamanda o, milli valyuta olan forinti buraxmaq, dövriyyədəki pula nəzarət etmək, mərkəzi bankın təməl məzənnəsini təyin etmək, rəsmi valyuta məzənnələrini dərc etmək və valyuta məzənnəsinə təsir göstərmək üçün xarici valyuta ehtiyatlarını və qızılı idarə etmək məsuliyyətlərini daşıyır.

Macarıstan Milli Bankının sədri Baş nazirin təklifi ilə Macarıstan Prezidenti tərəfindən altı illik müddətə təyin edilir. Macarıstan Milli Bankının ən vacib qərar qəbul edən orqanı Valyuta Şurasıdır. Binası Budapeşt şəhəri Belvaroş rayonunun Azadlıq meydanında, ABŞ səfirliyinin binası yanında yerləşir.

MNB ortamüddətli məqsədli inflyasiya göstəricisini təxminən 3% civarında saxlayır. Bu Avropada qiymət sabitliyi üçün ümumi qəbul edilmiş inflyasiya səviyyəsindən bir qədər yüksəkdir və Macarıstanın Avropanın digər ölkələrinə çatmağa kömək etmək üçün istifadə olunur.[4] Macarıstan Mərkəzi Bankı ilə bağlı Qanununda deyilir: "MNB-nin əsas məqsədi qiymət sabitliyinə nail olmaq və onu qorumaqdır. MNB əsas məqsədinə xələl gətirmədən və sərəncamında olan valyuta-kredit siyasəti alətlərindən istifadə edərək hökumətin iqtisadi siyasətini dəstəkləməlidir.

Demonetezasiyaya uğramış və ya zədələnmiş valyuta bankın baş ofisində və eləcə də onun iki regional ofisində dəyişdirilə bilər.

  1. "The World Factbook – Central Intelligence Agency". Cia.gov. 12 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 October 2017.
  2. "EN". Mnb.hu. 24 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 October 2017.
  3. 1 2 Global LEI index.
  4. "EN". English.mnb.hu. 26 September 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 October 2017.