Madura adası

Madura adası
ind. Pulau Madura
Ümumi məlumatlar
Sahəsi 4250 km²
Hündür nöqtəsi 471 m
Əhalisi 3.739.614 nəfər (2013-cü il)
Yerləşməsi
8°36′00″ c. e. 119°30′00″ ş. u.HGYO
Ölkə  İndoneziya
Madura adası xəritədə
Madura adası
Madura adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Madura adası (ind. Pulau Madura) — İndoneziyaya məxsus olan ada. Malay arxipelaqına daxildir. Yava adasından Madura boğazı ilə ayrılır. Adanın sahəsi 4250 km² təşkil edir. Maksimal hündürlüyü 471 metrdir. Ada 2013-cü il məlumatına görə əhalisinin sayı 3,7 milyon nəfərdir. Onların böyük əksəriyyəti maduralılardır. İnzibati cəhətdən Şərqi Yava vilayəti ərazisinə daxildir. Nisbətən iri taşayış məntəqləri — Pamekasan, Banqkalan, Samkanq, Sumenep. Adı çəkilən şəhərlər öz növbəsində adanın ərazisini əhatə edən dairələrin mərkəzidir. Adanın tarixi gəlir mənbəyi maldarlıq və duz hasilatıdır.

Fiziki-coğrafi xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]
Madsura adasının fiziki xəritəsi

Coğrafi yerləşmə

[redaktə | vikimətni redaktə et]

Madura adası Yava adasının şimal-şərqində yerrləşir. Malay arxipelaqının Böyük Zond adaları qrupuna daxildir. Sakit okean akvatoriyasında yerləşir. Sahillərini BaliYava dənizinin suları yuyulur. Madura Yava adasından 4 km enə malik Madura boğazı ilə ayrılır. Hər iki ada 2009-cu ildə Suramadu körpüsü vastəsi ilə birləşdirilmişdir[1]

Maduranın cənub-şərqində və Madura boğazında çoxlu sayda kiçik adalar vardır. Madura adasının sahəsi 4250 km²-dir. Ada şərqdən qərbə doğöru uzanır. Sabilləri əsasən hamardır. Bircə cənub-şərq sahilləri nisbətən girintili-çıxıntılıdır. Onun uzunluğu 160 km, enuim isə 40 km-dir.

Madura boğazına aşılam mənzərə

Madura adasının relyefi əsasən təpəlidir. Ən hündür hissə adanın şimal-şərqində yerləşir. Şaksimal hündürlük 471 metrdir — Tembuku təpəsi (ind. Gunung Tembuku). Ada əsasən Mergel və əhəngdaşından təşkil olunmuşdur. Karst mənşəlli coğrafi obyektlərə sahibdir.

İqlimi ekvatorialdır. Qonşu yava adasına nisbətdə nisbətən quraqdır. Quraq mövsüm Mlay arxipelaqına daxil digər adalardakı kimi mayın sonlarından başlayır oktyabra qədərdavam edir. Rütubətli mövsüm isə noyabrdan başlayır və aprelə qədər davam edir. Yağıntıların böyük qismi dekabr-fevral ayları düşür. Adaya il ərzində 1500 mm yağıntı düşür. Orta illik temperatur 27 °C-dir.

Adanın cənub hissəsində savanna bitkiləri, mərkəzi və şərq hissədə tropik meşələr yayılmışdır.

Maduralı qadın milli geyimdə

Adada nəqədər əhalinin yaşaması barədə məlumatı dəqiq vermək mümkün deyil. Buna səbəb əhalinin siyahıya alınmasının bir başa ada üzrə deyil dörd dairə üzrə aparılmasıdır. 2013-cü il məlumatına əsasən Madura vilayətində ümumilikdə 3 739 614 nəfər yaşayır. Ada əhalisinin təqribi olaraq 3,6 milyon nəfər olması ehtimal edilir[2].

Ada əhalisinin 90 % köklü əhali olan maduralılardır. Burada həm də yavalılar və İndoneziyanın digər xalqlarının nümayəndələri yaşayır. Üstəlik az sayda oldsa belə ərəb və çin kökənli əhaliyə belə rastlamaq mümkündür.

Əhallisinin demək olar ki, hamısı islam dininin sünni məzhəbində etiqad edirlər. Az miqdarda xristianlıq, buddizm və induizm yayılmışdır. Bu isə əhalinin cəmi 0,3 % təşkil edir.

Əhalinin böyük əksəriyyəti İndoneziya dilini bilir. Ancaq gündəlim məiətdə madura dilindəndə istifadə edir.

  1. "Resmikan Suramadu, SBY Disambut Tarian Buang Sial" (indoneziya). Detik. İstifadə tarixi: 2015-05-14.[ölü keçid]
  2. "Proyeksi Penduduk Pertengahan Tahun Menurut Kabupaten/Kota 2010 - 2013" (indoneziya). Badan Pusat Statistik Propinsi Jawa Timur. 2015-05-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-22.