Mahmud Xudaverdiyev (Tacikistan)

Mahmud Xudaverdiyev
tac. Маҳмуд Туронович Худойбердиев
Şəxsi məlumatlar
Doğum tarixi 18 oktyabr 1964(1964-10-18)
Vəfat tarixi ehtimal ki, 2001
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Rütbəsi polkovnik
Döyüşlər
Təltifləri "Qırmızı ulduz" ordeni "Şəxsi cəsarətə görə" ordeni "İgidliyə görə" medalı

Mahmud Xudaverdiyev (tacik :Махмуд Худойбердиев; 18 oktyabr 1964ehtimal ki, 2001) — Tacikistanda üsyançıların lideri. O, əvvəlcə Tacikistan prezidenti Emoməli Rəhmonun müttəfiqi olsa da, sonralar müxalifətçi olmuşdur. Xudaverdiyev Tacikistan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş üzvü və Sovet Ordusunun keçmiş mayorudur. O, həmçinin Tacikistan ordusunun birinci briqadasının komandiri vəzifəsində çalışmışdır.[1]

1964-cü il oktyabrın 18-də Qorqontəpə şəhərində inşaatçı ailəsində anadan olmuşdur. O, yarı özbək və yarı tacikdir.[2][3] 1985-ci ildə Almatı Ali Ümumqoşun Komandanlıq Məktəbini bitirdikdən sonra Əfqanıstanda Sovet qoşunlarının məhdud kontingentinin tərkibində 70-ci Əlahiddə Mühafizə Motorlu Atıcı Batalyonunun 1-ci motoatıcı batalyonunun kəşfiyyat taqım komandiri kimi xidmət etmişdir. O, bu əsnada yaralanmışdır. 1990-cı ildə Tacikistana getmişdir. Xudaverdiyev Sovet İttifaqının yenidən qurulmasını dəstəklədiyini bildirmişdir.[3]

Xudverdiyev "Qırmızı ulduz" ordeni, "Şəxsi igidliyə görə" ordeni"İgidliyə görə" medalı ilə təltif edilmişdir.[4]

  1. "Война и мир / Таджикский след". www.kommersant.ru (rus). 1997-01-28. 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-14.
  2. Uzbeks Chronology Arxiv surəti 22 oktyabr 2006 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2006-10-22 at the Wayback Machine Center for International Development and Conflict Management
  3. 1 2 Uprising quashed in Tajikistan: Further cataclysms expected Arxivləşdirilib 2007-09-30 at the Wayback Machine The Jamestown Foundation
  4. "Палач против Гитлера. Истории таджикских уголовников, дехкан и учителей, ставших командирами гражданской войны". Медиазона Центральная Азия (rus). 2023-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-05.