Mak adası

Mak adası
tay เกาะหมาก
Ümumi məlumatlar
Sahəsi 16 km²
Uzunluğu
  • 7,5 km
Eni 6 km
Əhalisi 403 nəfər (2007-ci il)
Yerləşməsi
11°49′07″ şm. e. 102°28′44″ ş. u.HGYO
Ölkə  Tailand
Akvatoriya
Mak adası xəritədə
Mak adası
Mak adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ko Mak (tay เกาะหมาก) — elə də böyük olmayan tropik ada. Siam körfəzinın şərqində qərarlaşır. Materiklə arasında məsafə 35 kimlometrdir. İnzibati cəhətdən Taylandın Trat vilayəti ərazisinə daxildir. Adada iki kənd mövcuddur. Kəndlərdə ümumilikdə 403 nəfər yaşayır (2007).

Mak adasının mənası (tay หมาก) tərcümədə Areca nut[1] palmasının tayca mənasını kəsb edir.

Adanın ilk sakini Çao Sıasenq olmuşdur. O, V Ramenin dövründə yeridilən çin siyasətinin nəticəsi olan birliyə daxil idi. İlk adada yaşayanlar Kakos palmalarından təşkil olunan plantasiyalar salmışdır. Bir müddət sonra adanı öz həmkarı olan Plian Tavetxikuna satır. 1904-cü ildə Siam ərazilərinin bir qismi Fransız Hind-Çininə verildikdən sonra Tavetxikun materikdə özünün bütün imkankarını itirdiyindən bütünlüklə adaya köçür.[1][2][3]

Adaya tam köçdükdən sonra onlar burada buddist məbədi inşa etdirirlər. Sonra da işçilər cəlb etməklə yeni ərazilərdə əkin işləri aparılır. Burada Kakos və kauçuk ağacları əkilərək plantasiyalar salınır. Adada ərazilərin hamısı Plian Tavetxikunun törəmələrinə məxsusdur. Onlar günümüzdədə adada yaşayırlar. Ərazilərdən əldə edilən əsas gəlir plantasiyalardan əldə edilir. Turizmə maraq göstərmirlər. Əkinı yararlı ərazilərdı günümüzdə belə kakos palması və kauçuk ağacları əkilir.[1][2][3]

Adada turizm 1987-ci ildən zəif də olsa inkişaf edir. Bu zaman adada sahil xətti uzadılmış, ilk otel inşa edilmişdir. Hazırda adada beş otel var. Daimi olaraq bərələrlə materik arasında əlaqə taradılır.[1][2][3]

Ko Mak adası.

Mak adası Çan arxipelaqının tərkibinə daxildir. Sahəsinə görə ÇanqKud adasından sonra üçüncüdür. Elə özüdə bu iki adanın arasında yerləşir. Hamar səthə malik olduğundan piyada və velossipedlə asanlıqla dolaşılmağa imkan verir. Adanın sahəsi 16 km² təşkil edir. Sahil xəttinin uzunluğu 27 metrdir. Adanın mərkəzi təpəlikdir. Sahilləri qumlu çimərlikdən ibarətdir.

Ada yaxınlığında elədə böyük olmayan kiçik adalar vardır. Şimal-şərqindən 1 km aralıda Kradat adası, cənub-qərbində yerləşən buxtada Rayanq-YayRayanq-Nok adaları müvafiq olaraq 300, 800 m aralıda yerləşir. Şimal-qərbində yerləşən buxtada isə PhiKham adaları müfafiq olaraq 400 və 500 metr məsafədə yerləşir.

Mak adasında kütləvi turist axınları müşahidə edilmir. Əsasən insanlar bura sakit istirahət üçün gəlirlər.

Burada çimərlik və adada gəzintidən başqa yaxınlıqdakı adalara getmək, balıq tumaq olar. Ümumi xərc 250 tay batına bərabərdir.

Burada bazar, xəstəxana, iki internet klub və kiçik mağazalar vardır.

  1. 1 2 3 4 "Ko Mak: Sonuncu cənnət adası". 2016-11-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-02.
  2. 1 2 3 Koh Mak History Arxivləşdirilib 2014-04-13 at the Wayback Machine — Koh Mak Island guide (ing.)
  3. 1 2 3 ประวัติศาสตร์เกาะหมาก(History) Arxivləşdirilib 2022-01-22 at the Wayback Machine — Ilovekohmak.com (tay.)