Makaron şirniyyatı | |
---|---|
![]() | |
Mənşəyi | |
Tərkibi | |
Əsas |
Makaron (fr. macaron, /makaʁɔ̃/) —Yumurtanın ağından, şəkər tozundan, ovulmuş badamlardan hazırlanmış Fransız şirniyyatıdır.
Adətən peçenye formasında olub, ikisinin arasına krem və ya cem qoyulur. İtalyanca makaron "dağıtmaq, parçalamaq" mənasındadır. Onun əsas inqrediyenti badam ovuntusudur. Hazır şirniyyatlar yumşaq olub, üzəri hamar olur, ağızda əriyir, müxtəlif dadda olurlar.
Makaronun resepti üzərində daima münaqişələr mövcuddur. Belə ki, elə düşünürlər ki, makaron məhz İtaliyanın Venesiya bölgəsində yaradılıb. Bəzi fərziyyələrdə isə 791-ci ildə Fransanın Kormeri bölgəsində meydana gəlmişdir. Bəzi rəvayətlərə görə şirnini Fransaya İtaliyalı aşbazlar tərəfindən Yekatirina Mediçinin II Henrix ilə nikahından sonra gətirilmişdir.1830-cu ildə makaronları likör ilə təqdim edirdilər. Son illərdə isə iki peçenini birləşdirərək arasına krem çəkərək şirni kimi təqdim edirlər. Həmçinin Fransanın müxtəlif şəhərlərində belə makoranın resepti müxtəlifdir. Belə ki, XVI əsrdə Amenedə meyvə, badam və baldan ibarət idi. Fransada McDonald’s da makaronlar satılır. 2010-cu ildə makaronlar artıq ABŞ-da ən məşhur desertlərdən oldu. Pasxa bayramında şokoladlı makaronlar müxtəlif fiqurlarda hazırlanırdı.