Maksim Marinin | |||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
rus. Максим Маринин | |||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Maksim Viktoroviç Marinin | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Rusiya | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Volqoqrad, Rusiya | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 188 sm. (6 ft 1 in) | ||||||||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | Fiqurlu кonкisürmə | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəsmi saytı | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Maksim Marinin (rus. Максим Маринин; d. 23 mart 1977, Volqoqrad, Rusiya) — Rusiyanı təmsil edən fiqurçu. Maksim Marinin, Totmyanina ilə birgə 1997-ci ildən 2006-cı ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Totmyanina və Marinin cütlüyü, 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarında qızıl medala sahib olub.
Totmyanina və Marinin cütlüyü, həm də 2002 və 2003-cü illərdə baş tutan Dünya Çempionatlarının gümüş medalına, 2004 və 2005-ci illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub, 2002 və 2005-ci illərdə ISU Qran-Pri Finalında qızıl medala, üç dəfə (2002, 2003 və 2004-cü illərdə) isə Rusiya Çempionatının qızıl medalına sahib olub.
Totmyanina və Marinin cütlüyü, ISU Çin və Yaponiya Qran-Priləri istisna olmaqla, digər dörd Qran-Pri mərhələsinin hamısında qalib olmağı bacaran azsaylı idmançılardandır. Totmyanina və Marinin cütlüyü 2 dəfə Fransa Qran-Prisinin (2002 və 2005-ci illərdə), 2 dəfə Kanada Qran-Prisinin (2002 və 2003-cü illərdə), 2 dəfə Rusiya Qran-Prisinin (2003 və 2005-ci illərdə) və 1 dəfə ABŞ Qran-Prisinin (2002-ci il) qalibi olub.
Karyerası ərzində 50 yarışa qatılan Totmyanina və Marinin cütlüyü, onların 20-də qızıl medal, 8-də gümüş medal, 7-də isə bürünc medal qazanıb. 2007-ci ildə Rusiya Federasiyası Prezidenti Vladimir Putin tərəfindən "Şərəf" ordeni ilə təltif ediliblər.
Maksim Marinin 1977-ci il martın 23-də Volqoqrad şəhərində anadan olub.
Maksim Marinin balerina Natalya Somova ilə ailəlidir, 2007-ci il doğumlu Artyom adında bir oğlu və 2012-ci doğumlu Ulyana adlı bir qızı var.
Totmyanina və Marinin cütlüyü 1998–1999-cu illər mövsümündə Fransa və Rusiya Qran-Prilərində mübarizə apardı. Totmyanina və Marinin cütlüyü əvvəlcə 20–22 noyabrda Fransanın Paris şəhərinin ev sahibliyində baş tutan ISU Fransa Qran-Prisində mübarizə apardı.[1] Qısa və sərbəst proqramlarda beşinci pillələrin sahibi olan Totmyanina və Marinin, ümumi nəticədə 7.5 balla Fransa Qran-Prisini yeddi idmançı sırasında beşinci pillədə başa vurdu.[1][2][3]
26–30 noyabrda isə Rusiyanın ev sahibliyində ISU Rusiya Qran-Prisi baş tutdu.[4] Qısa və sərbəst proqramlarda altıncı pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 9.0 balla Rusiya Qran-Prisini 8 idmançı sırasında altıncı pillədə başa vurdu.[4][5][6] Mövsüm ərzində Fransa və Rusiya Qran-Prilərində medala sahib ola bilməyən Totmyanina və Marinin cütlüyü, ISU Qran-Pri Finalına vəsiqə qazana bilmədi.
Totmyanina və Marinin cütlüyü 1999-cu ilin 4–8 yanvarında baş tutan Rusiya Çempionatında mübarizə apardı. Qısa proqramda 2-ci, sərbəst proqramda isə üçüncü pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 4.0 balla Rusiya Çempionatını bürünc medalla başa vurdu. Həmin nəticəyə əsasən Totmyanina və Marinin cütlüyü, yanvarda Çexiyada baş tutacaq Avropa Çempionatına, martda isə Finlandiyada baş tutacaq Dünya Çempionatına vəsiqə qazandı.
24–30 yanvarda Çexiyanın Praqa şəhərində baş tutan Avropa Çempionatında mübarizə aparan Totmyanina və Marinin cütlüyü, qısa proqramda yeddinci, sərbəst proqramda isə dördüncü pillələrin sahibi oldu. Ümumi nəticəyə əsasən isə Totmyanina və Marinin cütlüyü, 7.5 balla Avropa Çempionatını beşinci pillədə başa vurdu.[7][8][9] Çempionatın qalibi isə Rusiya təmsilçiləri Petrova və Tixonov cütlüyü oldu.[9]
1998–1999-cu illər mövsümünün əsas yarışı — 20–28 martda Finlandiyanın ev sahibliyində baş tutan Dünya Çempionatı oldu.[10] Dünya Çempionatlarında debüt edən Totmyanina və Marinin cütlüyü, qısa və sərbəst proqramda yeddinci pillələrin sahibi oldu.[11][12] Bu minvallada onlar ümumi nəticədə 10.5 balla Dünya Çempionatını yeddinci pillədə başa vurdu.[10]
Totmyanina və Marinin cütlüyü 1999–2000-ci illər mövsümündə ABŞ, Fransa və Rusiya Qran-Prilərində mübarizə apardı. Totmyanina və Marinin cütlüyü əvvəlcə Birləşmiş Ştatların Kolorado ştatının Kolorado Sprinqs şəhərinin ev sahibliyində baş tutan ISU ABŞ Qran-Prisində mübarizə apardı.[13] Qısa proqramda 8-ci, sərbəst proqramda isə yeddinci pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 11.5 balla ABŞ Qran-Prisini yeddinci pillədə başa vurdu.[13][14][15]
Daha sonra Totmyanina və Marinin cütlüyü 18–20 noyabrda Fransanın Paris şəhərinin ev sahibliyində baş tutan ISU Fransa Qran-Prisində mübarizə apardı.[16] Qısa proqramda 3-cü, sərbəst proqramda isə 2-ci pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 3.5 balla Fransa Qran-Prisinin gümüş medalına sahib oldu.[16][17][18]
24–28 noyabrda isə Rusiyanın ev sahibliyində ISU Rusiya Qran-Prisi baş tutdu.[19] Qısa proqramda dördüncü, sərbəst proqramda isə üçüncü pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 5.0 balla Rusiya Qran-Prisinin bürünc medalına sahib oldu.[19][20][21] Mövsüm ərzində Fransa və Rusiya Qran-Prilərində gümüş və bürünc medallara sahib olan Totmyanina və Marinin cütlüyü, ISU Qran-Pri Finalına vəsiqə qazana bilmədi.
Totmyanina və Marinin cütlüyü 1999-cu ilin sonlarında baş tutan Rusiya Çempionatında mübarizə apardı. Qısa proqramda birinci, sərbəst proqramda isə üçüncü pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 3.5 balla növbəti dəfə Rusiya Çempionatını bürünc medalla başa vurdu. Həmin nəticəyə əsasən Totmyanina və Marinin cütlüyü, fevralda Avstriyada baş tutacaq Avropa Çempionatına, martda isə Fransada baş tutacaq Dünya Çempionatına vəsiqə qazandı.
6–14 fevralda Avstriyanın Vyana şəhərində baş tutan Avropa Çempionatında mübarizə aparan Totmyanina və Marinin cütlüyü, qısa və sərbəst proqramlarda altıncı pillələrin sahibi oldu.[22][23][24] Ümumi nəticəyə əsasən isə Totmyanina və Marinin cütlüyü, 9.0 balla Avropa Çempionatını beşinci pillədə başa vurdu. Çempionatın qalibi isə növbəti dəfə Rusiya təmsilçiləri Petrova və Tixonov cütlüyü oldu.[24]
1999–2000-ci illər mövsümünün əsas yarışı — 22 mart-4 apreldə Fransanın Nitsa şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatı oldu.[25] Ötən il Dünya Çempionatını yeddinci pillədə başa vuran Totmyanina və Marinin cütlüyü, qısa proqramda 8-ci, sərbəst proqramda isə altıncı pillələrin sahibi oldu.[26][27] Bu minvallada onlar ümumi nəticədə 10.0 balla Dünya Çempionatını altıncı pillədə başa vurdu.[25]
Totmyanina və Marinin cütlüyü 2000–2001-ci illər mövsümündə ABŞ, Almaniya və Rusiya Qran-Prilərində mübarizə apardı. Totmyanina və Marinin cütlüyü əvvəlcə Birləşmiş Ştatların Kolorado ştatının Kolorado Sprinqs şəhərinin ev sahibliyində baş tutan ISU ABŞ Qran-Prisində mübarizə apardı.[28] Qısa və sərbəst proqramlarda üçüncü pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 4.5 balla ABŞ Qran-Prisinin bürünc medalına sahib oldu.[28][29][30]
8–12 noyabrda Almaniyanın ev sahibliyində ISU Almaniya Qran-Prisi baş tutdu.[31] Qısa və sərbəst proqramlarda üçüncü pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 4.5 balla Almaniya Qran-Prisinin bürünc medalına sahib oldu.[31][32][33]
Daha sonra isə 16–20 noyabrda Rusiyanın ev sahibliyində ISU Rusiya Qran-Prisi baş tutdu.[34] Qısa proqramda 8-ci, sərbəst proqramda isə beşinci pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 9.0 balla Rusiya Qran-Prisini altıncı pillədə başa vurdu.[34][35][36] Mövsüm ərzində ABŞ və Almaniya Qran-Prilərində bürünc medallara sahib olan Totmyanina və Marinin cütlüyü, ISU Qran-Pri Finalına vəsiqə qazana bilmədi.
Totmyanina və Marinin cütlüyü 2000-ci ilin sonlarında baş tutan Rusiya Çempionatında mübarizə apardı. Qısa proqramda 2-ci, sərbəst proqramda isə üçüncü pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 5.0 balla üçüncü dəfə Rusiya Çempionatını bürünc medalla başa vurdu. Həmin nəticəyə əsasən Totmyanina və Marinin cütlüyü, yanvarda Bratislava şəhərində baş tutacaq Avropa Çempionatına, martda isə Kanadada baş tutacaq Dünya Çempionatına vəsiqə qazandı.
20–28 yanvarda Bratislava şəhərində baş tutan Avropa Çempionatında mübarizə aparan Totmyanina və Marinin cütlüyü, qısa proqramda üçüncü, sərbəst proqramda isə 2-ci pillələrin sahibi oldu.[37][38] Ümumi nəticəyə əsasən isə Totmyanina və Marinin cütlüyü, 3.5 balla Avropa Çempionatını gümüş medalla başa vurdu.[39] Çempionatın qalibi isə Rusiya təmsilçiləri Yelena Berejnaya və Anton Sixarulidze cütlüyü oldu.[39]
2000–2001-ci illər mövsümünün əsas yarışı — 16–25 martda Kanadanın ev sahibliyində baş tutan Dünya Çempionatı oldu. Ötən il Dünya Çempionatını altıncı pillədə başa vuran Totmyanina və Marinin cütlüyü, qısa proqramda 8-ci, sərbəst proqramda isə dördüncü pillələrin sahibi oldu. Bu minvallada onlar ümumi nəticədə 8.0 balla Dünya Çempionatını beşinci pillədə başa vurdu.
Totmyanina və Marinin cütlüyü 2001–2002-ci illər mövsümündə ABŞ, Kanada və Fransa Qran-Prilərində mübarizə apardı. Totmyanina və Marinin cütlüyü əvvəlcə Birləşmiş Ştatların Kolorado ştatının Kolorado Sprinqs şəhərinin ev sahibliyində baş tutan ISU ABŞ Qran-Prisində mübarizə apardı.[40] Qısa və sərbəst proqramlarda üçüncü pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 4.5 balla ABŞ Qran-Prisinin bürünc medalına sahib oldu.[40][41][42]
1–4 noyabrda Kanadanın ev sahibliyində ISU Kanada Qran-Prisi baş tutdu.[43] Qısa və sərbəst proqramlarda 2-ci pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 3.0 balla Kanada Qran-Prisinin gümüş medalına sahib oldu.[43][44][45]
Daha sonra isə 15–18 noyabrda Fransanın Paris şəhərinin ev sahibliyində ISU Fransa Qran-Prisi baş tutdu.[46] Qısa proqramda üçüncü, sərbəst proqramda isə dördüncü pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 5.5 balla Fransa Qran-Prisini dördüncü pillədə başa vurdu.[46][47][48] Mövsüm ərzində ABŞ və Kanada Qran-Prilərində bürünc və gümüş medallara sahib olan Totmyanina və Marinin cütlüyü, ISU Qran-Pri Finalına vəsiqə qazana bilmədi.
Totmyanina və Marinin cütlüyü 2001-ci ilin sonlarında baş tutan Rusiya Çempionatında mübarizə apardı. Qısa və sərbəst proqramlarda 2-ci pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 3.0 balla Rusiya Çempionatını gümüş medalla başa vurdu. Həmin nəticəyə əsasən Totmyanina və Marinin cütlüyü, yanvarda İsveçrədə baş tutacaq Avropa Çempionatına, fevralda Kanadada baş tutacaq Olimpiya Oyunlarına, martda isə Yaponiyada baş tutacaq Dünya Çempionatına vəsiqə qazandı.
14–20 yanvarda İsveçrənin Lozanna şəhərində baş tutan Avropa Çempionatında mübarizə aparan Totmyanina və Marinin cütlüyü, qısa və sərbəst proqralarmda birinci pillələrin sahibi oldu.[49][50] Ümumi nəticəyə əsasən isə Totmyanina və Marinin cütlüyü, 1.5 balla Avropa Çempionatını qızıl medalla başa vurdu.[51]
2002-ci ilin 8–24 fevralında Birləşmiş Ştatların Yuta ştatının Solt-Le-Siti şəhərinin ev sahibliyində XIX Qış Olimpiya Oyunları baş tutdu.[52] Olimpiya Oyunlarında debüt edən Totmyanina və Marinin cütlüyü, qısa və sərbəst proqramlarda dördüncü pillələrin sahibi oldu və ümumi nəticədə 6.0 balla Olimpiadanı 20 idmançı sırasında dördüncü pillədə başa vurdu.[52][53][54]
2001–2002-ci illər mövsümünün Olimpiadadan sonra əsas yarışı — 16–24 martda Yaponiyanın Naqano şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatı oldu.[55] Ötən il Dünya Çempionatını beşinci pillədə başa vuran Totmyanina və Marinin cütlüyü, qısa və sərbəst proqramlarda 2-ci pillələrin sahibi oldu.[56][57] Bu minvallada onlar ümumi nəticədə 3.0 balla Dünya Çempionatını gümüş medalla başa vurdu.[55]
Totmyanina və Marinin cütlüyü 2002–2003-cü illər mövsümündə ABŞ, Kanada və Fransa Qran-Prilərində mübarizə apardı. Totmyanina və Marinin cütlüyü əvvəlcə Birləşmiş Ştatların ev sahibliyində baş tutan ISU ABŞ Qran-Prisində mübarizə apardı.[58] Qısa və sərbəst proqramlarda birinci pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 1.5 balla ABŞ Qran-Prisinin qızıl medalına sahib oldu.[58][59][60]
1–4 noyabrda Kanadanın ev sahibliyində ISU Kanada Qran-Prisi baş tutdu.[61] Qısa və sərbəst proqramlarda birinci pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 1.5 balla Kanada Qran-Prisinin qızıl medalına sahib oldu.[61][62][63]
Daha sonra isə 14–18 noyabrda Fransanın Paris şəhərinin ev sahibliyində ISU Fransa Qran-Prisi baş tutdu.[64] Qısa və sərbəst proqramlarda birinci pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 1.5 balla Fransa Qran-Prisinin qalibi oldu.[64][65][66] Mövsüm ərzində ABŞ, Kanada və Fransa Qran-Prilərində qızıl medallara sahib olan Totmyanina və Marinin cütlüyü, birinci dəfə ISU Qran-Pri Finalına vəsiqə qazana bildi.
Totmyanina və Marinin cütlüyü 2002-ci ilin sonlarında baş tutan Rusiya Çempionatında mübarizə apardı. Qısa və sərbəst proqramlarda birinci pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 1.5 balla Rusiya Çempionatını qızıl medalla başa vurdu. Həmin nəticəyə əsasən Totmyanina və Marinin cütlüyü, yanvarda İsveçdə baş tutacaq Avropa Çempionatına, martda isə Birləşmiş Ştatlarda baş tutacaq Dünya Çempionatına vəsiqə qazandı.
14–20 yanvarda İsveçin Malmö şəhərində baş tutan Avropa Çempionatında mübarizə aparan Totmyanina və Marinin cütlüyü, qısa proqramda 2-ci, sərbəst proqramda isə birinci pillələrin sahibi oldu. Ümumi nəticəyə əsasən isə Totmyanina və Marinin cütlüyü, 2.0 balla növbəti dəfə Avropa Çempionatını qızıl medalla başa vurdu.
28 fevral-2 mart tarixlərində isə Rusiyanı St. Peterburq şəhərinin ev sahibliyində ISU Qran-Pri Finalı baş tutdu. Qısa və sərbəst proqramlarda birinci pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 2.0 balla ISU Qran-Pri Finalının qalibi oldu.
2002–2003-cü illər mövsümünün əsas yarışı — 24–30 martda Birləşmiş Ştatların Vaşinqton şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatı oldu. Ötən il Dünya Çempionatını gümüş medalla başa vuran Totmyanina və Marinin cütlüyü, qısa proqramda birinci, sərbəst proqramda isə 2-ci pillələrin sahibi oldu. Bu minvallada onlar ümumi nəticədə 2.5 balla növbəti dəfə Dünya Çempionatını gümüş medalla başa vurdu.
Totmyanina və Marinin cütlüyü 2003–2004-cü illər mövsümündə Kanada, Fransa və Rusiya Qran-Prilərində mübarizə apardı. Totmyanina və Marinin cütlüyü əvvəlcə Kanadanın Ontario əyalətinin Mississoqa şəhərinin ev sahibliyində baş tutan ISU Kanada Qran-Prisində mübarizə apardı. Qısa proqramda 68.24 balla, sərbəst proqramda isə 126.78 balla birinci pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 195.02 balla Kanada Qran-Prisinin qızıl medalına sahib oldu.
12–16 noyabrda Fransanın Paris şəhərinin ev sahibliyində ISU Fransa Qran-Prisi baş tutdu. Qısa proqramda 64.88 balla birinci pillənin sahibi olan Totmyanina və Marinin cütlüyü, sərbəst proqramda uğursuz mübarizə apardı və 101.32 balla dördüncü pillənin sahibi oldu. Ümumi nəticədə isə Totmyanina və Marinin cütlüyü, 166.20 balla Fransa Qran-Prisinin gümüş medalına sahib oldu.
Daha sonra isə 20–24 noyabrda Rusiyanın ev sahibliyində ISU Rusiya Qran-Prisi baş tutdu. Qısa proqramda 68.64 balla, sərbəst proqramda isə 122.02 balla birinci pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 190.66 balla Rusiya Qran-Prisinin qalibi oldu. Mövsüm ərzində Kanada və Rusiya Qran-Prilərində qızıl medallara, Fransa Qran-Prisində isə gümüş medala sahib olan Totmyanina və Marinin cütlüyü, növbəti dəfə ISU Qran-Pri Finalına vəsiqə qazana bildi.
ISU Qran-Pri Finalı Birləşmiş Ştatların Kolorado ştatının Kolorado Sprinqs şəhərinin ev sahibliyində baş tutdu. Qısa proqramda 62.96 balla, sərbəst proqramda isə 114.34 balla 2-ci pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 177.30 balla ISU Qran-Pri Finalının gümüş medalına sahib oldu.
Daha sonra Totmyanina və Marinin cütlüyü 2004-cü ilin 5–8 yanvarında St. Peterburq şəhərində baş tutan Rusiya Çempionatında mübarizə apardı. Qısa və sərbəst proqramlarda birinci pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 1.5 balla Rusiya Çempionatını qızıl medalla başa vurdu. Həmin nəticəyə əsasən Totmyanina və Marinin cütlüyü, fevralda Macarıstandə baş tutacaq Avropa Çempionatına, martda isə Almaniyada baş tutacaq Dünya Çempionatına vəsiqə qazandı.
2–8 fevralda Macarıstanın Budapeşt şəhərində baş tutan Avropa Çempionatında mübarizə aparan Totmyanina və Marinin cütlüyü, qısa və sərbəst proqramlarda birinci pillələrin sahibi oldu. Ümumi nəticəyə əsasən isə Totmyanina və Marinin cütlüyü, 1.5 balla üçüncü dəfə Avropa Çempionatını qızıl medalla başa vurdu.
2003–2004-cü illər mövsümünün əsas yarışı — 22–28 martda Almaniyanın Dortmund şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatı oldu. Ötən 2 il ərzində baş tutan Dünya Çempionatlarını gümüş medallarla başa vuran Totmyanina və Marinin cütlüyü, qısa proqramda birinci, sərbəst proqramda isə 2-ci pillələrin sahibi oldu. Bu minvallada onlar ümumi nəticədə 2.5 balla birinci dəfə Dünya Çempionatını qızıl medalla başa vurdu.
Totmyanina və Marinin cütlüyü 2004–2005-ci illər mövsümündə əvvəlcə Birləşmiş Ştatların Pensilvaniya ştatının Pittsburq şəhərinin ev sahibliyində baş tutan ISU ABŞ Qran-Prisində mübarizə apardı. Totmyanina və Marinin cütlüyü qısa proqramda 64.38 balla birinci pillənin sahibi oldu. Sərbəst proqramda isə Tatyana Totmyanina ciddi zədə aldı. Marininin uğursuz dəstəyindən sonra Tatyana Totmyanina yıxıldı və başı buzun üstünə dəydi. Nəticədə 20 dəqiqədən çox huşsuz vəziyyətdə olan Tatyana Totmyaninanın 2-ci dərəcəli beyin sarsıntısı və çoxsaylı hematomlar aldığı məlum oldu. Tatyana Totmyanina 20 gündən sonra məşqlərini bərpa etdi.
Zədədən sonra Totmyanina və Marinin cütlüyü 2005-ci ilin 5–8 yanvarında St. Peterburq şəhərində baş tutan Rusiya Çempionatında mübarizə apardı. Qısa və sərbəst proqramlarda birinci pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 1.5 balla Rusiya Çempionatını qızıl medalla başa vurdu. Həmin nəticəyə əsasən Totmyanina və Marinin cütlüyü, yanvarda İtaliyadə baş tutacaq Avropa Çempionatına, martda isə Rusiyada baş tutacaq Dünya Çempionatına vəsiqə qazandı.
25–30 yanvarda İtaliyanın Turin şəhərində baş tutan Avropa Çempionatında mübarizə aparan Totmyanina və Marinin cütlüyü, qısa proqramda 72.70 balla, sərbəst proqramda isə 126.58 balla birinci pillələrin sahibi oldu. Ümumi nəticəyə əsasən isə Totmyanina və Marinin cütlüyü, 199.28 balla dördüncü dəfə Avropa Çempionatını qızıl medalla başa vurdu.
2004–2005-ci illər mövsümünün əsas yarışı — 14–20 martda Rusiyanın ev sahibliyində baş tutan Dünya Çempionatı oldu. Ötən il baş tutan Dünya Çempionatını qızıl medalla başa vuran Totmyanina və Marinin cütlüyü, qısa proqramda 70.12 balla, sərbəst proqramda isə 128.38 balla birinci pillələrin sahibi oldu. Bu minvallada onlar ümumi nəticədə 198.50 balla növbəti dəfə Dünya Çempionatını qızıl medalla başa vurdu.
Totmyanina və Marinin cütlüyü 2005–2006-cı illər mövsümündə Fransa və Rusiya Qran-Prilərində mübarizə apardı. Totmyanina və Marinin cütlüyü əvvəlcə 16–20 noyabrda Fransanın Paris şəhərinin ev sahibliyində baş tutan ISU Fransa Qran-Prisində mübarizə apardı. Qısa proqramda 66.50 balla, sərbəst proqramda isə 120.40 balla birinci pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 186.90 balla Fransa Qran-Prisinin qızıl medalına sahib oldu.
24–28 noyabrda Rusiyanın ev sahibliyində ISU Rusiya Qran-Prisi baş tutdu. Qısa proqramda 64.62 balla birinci pillənin sahibi olan Totmyanina və Marinin cütlüyü, sərbəst proqramda da 134.80 balla birinci pillənin sahibi oldu. Bu minvallada ümumi nəticədə Totmyanina və Marinin cütlüyü, 198.92 balla Rusiya Qran-Prisinin qızıl medalına sahib oldu. Mövsüm ərzində Fransa və Rusiya Qran-Prilərində qızıl medallara sahib olan Totmyanina və Marinin cütlüyü, üçüncü dəfə ISU Qran-Pri Finalına vəsiqə qazana bildi.
ISU Qran-Pri Finalı Yaponiyanın ev sahibliyində baş tutdu. Qısa proqramda 68.92 balla, sərbəst proqramda isə 126.68 balla birinci pillələrin sahibi olan Totmyanina və Marinin cütlüyü, ümumi nəticədə 195.60 balla ISU Qran-Pri Finalının qalibi oldu.
2005-ci ilin sonlarında Kazan şəhərinin ev sahibliyində Rusiya Çempionatı baş tutdu. Totmyanina və Marinin cütlüyünün əvvəlcə Rusiya Çempionatında mübarizə aparması nəzərdə tutlsa da, sonradan onlar çempionatda mübarizə aparmayacağını bildirdilər.
16–22 yanvarda Fransanın Lion şəhərində baş tutan Avropa Çempionatında mübarizə aparan Totmyanina və Marinin cütlüyü, qısa proqramda 68.04 balla, sərbəst proqramda isə 128.84 balla birinci pillələrin sahibi oldu. Ümumi nəticəyə əsasən isə Totmyanina və Marinin cütlüyü, 19688 balla beşinci dəfə Avropa Çempionatını qızıl medalla başa vurdu.
2006-cı ilin 10–26 fevralında İtaliyanın Turin şəhərinin ev sahibliyində XX Qış Olimpiya Oyunları baş tutdu. Fevralın 11-də baş tutan qısa proqramda Totmyanina və Marinin cütlüyü 86.64 balla birinci pillənin sahibi oldu. Bir gün sonra baş tutan sərbəst proqramda da Totmyanina və Marinin cütlüyü uğurla mübarizə apardı və 135.84 balla birinci pillənin sahibi oldu. Bu minvalla da Totmyanina və Marinin cütlüyü ümumi nəticədə 204.48 balla XX Qış Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Turin Olimpiadasından sonra Totmyanina və Marinin idmanla vidalaşdı.
|
| ||
|
| ||
|
| ||
|
| ||
|
| ||
|
| ||
|
| ||
|
|
Karyerası ərzində 10 mövsümdə mübarizə aparan Totmyanina və Marinin cütlüyü, 20 qızıl, 8 gümüş və 7 bürünc medala sahib olub.
Olimpiya Oyunları | ||||||||||
Dünya Çempionatı | ||||||||||
Avropa Çempionatı | ||||||||||
Qran-Pri: Final | ||||||||||
Qran-Pri: Almaniya | ||||||||||
Qran-Pri: ABŞ | ||||||||||
Qran-Pri: Fransa | ||||||||||
Qran-Pri: Kanada | ||||||||||
Qran-Pri: Rusiya | ||||||||||
Rusiya Çempionatı | ||||||||||