Maksimillian Robespyer

Maksimilian Robespyer
fr. Maximilien François Marie Isidore de Robespierre
Doğum tarixi 6 may 1758(1758-05-06)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 28 iyul 1794(1794-07-28)[1][2][…] (36 yaşında)
Vəfat yeri
Vəfat səbəbi başın kəsilməsi
Dəfn yeri
  • Paris katakombı[d]
Təhsili
  • Böyük Lüdovik Liseyi[d] (17691781)
Fəaliyyəti siyasətçi, vəkil, jurnalist, inqilabçı
Partiyası
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maksimilian Robespyer (6 may 1758[1][2][…], Arras28 iyul 1794[1][2][…], Paris) — Fransız inqilabının liderlərindən olan İrlandiya əsilli vəkil.

Maksimilian Robespyer 1758-ci il 6 may tarixində Fransanın şimalında olan Arras şəhərində anadan olub. Robespyer 1769-cu ildə, Parisdə Böyük Lüdovuq Kollecində daxil olur. Burada təhsil aldığı dövrdə çalışqanlığı ilə yoldaşlarından fərqlənib. 1781-ci ildə məktəbi bitirdikdən sonra, atasının yolunu davam etdirərək vəkil peşəsini seçir və bu sahədə fəaliyyət göstərir. O tezliklə müvəffəqiyyətli vəkil olur və Yepiskop Tribunalında hakim vəzifəsinə də yiyələnir. Məhkəmə dinləmələri ərzində, o maarifçi ideayları ilə tanınır və kasıb insanların lehinə hər zaman dəlil gətirə bilməsi ilə şöhrət qazanır. [mənbə göstərin] O, geniş mütaliələrlə məşğul olur, həmçinin cəmiyyətdə baş verən hadisələrlə dərindən maraqlanır. 1782-ci ildə o cinayət hakimi təyin edilir. Robespyerin siyasi ideyalarına ən böyük təsir göstərən Jan Jak Russonun fikirləri olub.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Robespier 1788-ci ildə Baş Ştatların seçilmesi ve toplanmasıyla əlaqəli yığıncaqlara qatılır. O, bu məclisə daxil olmaq üçün Artuadan deputat seçilir. Deputat olduğu ilk dövrlərdə çıxış etməyən Robespyer yaxın insanlarına etirafında tribuna qorxusu olduğunu bildirmişdi. Həmçinin, bunu da qeyd etmək yerinə düşər ki, onun ilk çıxışları zamanı həmkarları onun nitqlərini dinləmir və onu demoqogiyada ittiham edirdi. Bastiliyanın alınmasından sonra o, çıxışlarında demokratik hakimiyyət və xalqın tərəfdarı olduğunu dilə gətirirdi. Açıqlama üçün bildirək ki, Robespyer qanunlara hər zaman itaət edilməsinin vacibliyini dəfələrlə vurğulamışdı. Bütün bu fəaliyyətlərinə görə xalq onu "satın alınmaz" adlandırırdı. ("Satın alınmaz" epiteti ilk əvvəllər onun həmkarı Fransa İnqilabının digər mühüm xadimi Redererə şamil edilsə də, sonrakı zamanlar bu ad Robespyerə aid olunmuşdu). Maksimillian Robespyer Baş Ştatların Müəssislər Məclisinə çevrilməsindən sonra orada yaranmış dörd fraksiyanın ən kiçik hissəsi olan demokratlar fraksiyasına qoşulmuşdu. (Bu fraksiyanın digər üzvləri arasında onun sonradan qatı düşməninə çevriləcək Petion de Vilnev və yuxarıda adı çəkilən həmin Rederer var idi). Digər fraksiyalar, mütləqiyyətçilər, konstitutsiyalı monarxiya tərəfdarları və triumvirat idi. Robespyer siyasətin, hiylələrlə xalqı hakim təbəqəyə tabe etdirilmək üçün vasitə olduğuna inanırdı. Onun fikirlərinə görə, qanunlar da, sadəcə onların bu əməlini rəsmiləşdirməyə xidmət edir.

Onun həyatında ən maraqlı məqamlardan biri isə dövlətin təhlükə qarşısında qaldığı zaman baş verir. Belə ki, 1792-inci ilin dekabr ayında, münaqişələr xalqı sınaq qarşısında qoyur. Belə olduğu təqdirdə, ya Kral edam edilməli idi, Əks halda dövlətin taleyi təhlükə qarşısında qalacaqdı. Robespierə görə əgər bir adamın həyatı İnqilabı xilas etmək üçün qurban verilməli idisə, deməli, burada daha düşünmək belə geciydi.. Onun 3 dekabr,1792-ci ildə söylədiyi və nitqində Robespyer israrla bildirir ki, kralın adamlara qarşı satqınlıq etməsi və ölkədən qaçmaq cəhdindən sonra o, artıq insanların gözündən düşür. Onun artıq kral kimi heç bir nüfuzu qalmayıb. Buna görə də, Robespierin də dəstəklədiyi təklifə görə kral edam edilir.

Maksmilian Robespyerin liderliyi altında fevralın 4-ü, 1794-cü ildə Konvent köləliyin aradan qaldırması üçün səs verir. Robespier Parisin kasıbları arasında böyük dəstəyə malik idi və ona bu gün də Haitinin kasıbları tərəfindən təzim edilir".

Termidor çevrilişi

[redaktə | mənbəni redaktə et]

Robespier 28 iyul 1794-cü ildə gilyotinada edam edildi. Ancaq o, bu gün də mübahisəli insan olaraq xatırlanır. Hazırda Fransada onun adını daşıyan heç bir memorial və ya abidə yoxdur.

Robespyerin nitqləri xüsusi idi və onun danışıq texnikaları olduqca nüfuzedici təssürat doğururdu. Buna görə də o istənilən auditoriyada, demək olar ki, təsəvvürləri dəyişmək gücünə malik idi.