Maksimilyan Mariya Sforza | |
---|---|
16 iyun 1512 – 11 oktyabr 1515 | |
Əvvəlki | XII Lüdovik |
Sonrakı | I Fransisk |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 yanvar 1493 |
Doğum yeri | |
Vəfat tarixi | 4 iyun 1530 (37 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | Lüdoviko Mariya Sforza (Milan hersoqu)[2] |
Anası | Beatriçe d'Este[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Maksimilyan Mariya Sforza (it. Massimiliano Maria Sforza; 25 yanvar 1493, Milan[1] – 4 iyun 1530, Paris[1]) — IX Milan hersoqu.
Atası Lüdoviko Sforzanın fransızlarla döyüşdə məğlub olaraq əsir düşməsinin ardından, Maksimilyan və kiçik qardaşı Françesko Milandan qaçırılaraq Müqəddəs Roma imperatorunun İnsbrukdakı sarayına təhvil verildi. Uzun illər burada yaşadıqdan sonra İtaliyadakı fransız hakimiyyətindən narazı olan alman əyanlarının dəstəyi ilə Maksimilyan Sforza 1512-ci ildə özünü Milan hersoqu elan etdi.
Fransa kralı I Fransiskin 1515-ci ildə İtaliyaya səfərə çıxmasına qədər davam edən 3 illik hakimiyyəti ərzində mühüm siyasi fəaliyyəti olmadı. 13 sentyabr 1515-ci ildə baş tutan döyüşdə məğlub edilən Maksimilyan Sforza illik 36 min düka təqaüd alma şərtiylə, Milan taxt-tacı üzərindəki bütün haqlarını fransızlara satdı. Qalan ömrünü Fransada göz həbsində yaşadı.