Mali i Lopes (İnək dağı) | |
---|---|
Mali i Lopës | |
![]() Mali i Lopes dağının Bulqize şəhərindən görünüşü | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2021 m |
Nisbi hündürlüyü | 65 m |
Yerləşməsi | |
41°27′ şm. e. 20°14′ ş. u.HGYO | |
Ölkə |
![]() |
|
|
![]() |
Mali i Lopes (İnək dağı), Mali i Lopës (alb) — Albaniyanın mərəkəzi, qismən də şərq hissəsində yerləşən dağ massivi. Mali i Lopes dağı Diber və Mat bələdiyyələrinin sərhəddində yerləşir. Ən yüksək zirvəsi Maja e Dhoksit olub, hündürlüyü dəniz səviyyəsindən 2021 metrdir. Mali i Lopes dağı şimaldan Zalli və Bulkizes, şərqdən Zalli və Okştunit, cənubdan Kaptina və Martaneşit, qərbdən isə Mat vadiləri ilə həmsərhəddir.[1][2]
Dağ silsiləsi qərbdən şərqə doğru təxminən 7,5 km məsafədə uzanır. Şimal-qərb hissəsində hündürlük 1200 metr, cənubda isə hündürlük 700 metrə qədər enir. Şimal ərazisində bir neçə kar relyef forması mövcuddur. Dağlar qərbdən şərqə doğru tədricən enir, kəskin meyillik çox azdır.[3] Dağlıq ərazinin cənubunda Martaneş dağlıq rayonu yerləşir və ərazinin ən yüksək nöqtəsi olan Maja e Dhoksit zirvəsi bu bölgədədir.
Geoloji baxımdan ərazi əsasən ultraəsas maqmatik süxurlardan təşkil olunub. Az miqdarda mezozoyun əhəngdaşları yayılıb. Bulqize yaxınlığında xromit yataqları mövcuddur. Bu yataqlar dünyada ən önəmli xromit yataqlarından biridir.[4]
Bölgədə bir çox dağ gölləri mövcuddur. Göllərin bir çoxu buzlaq mənşəlidir. Əksər göllər 1650–1710 metr yüksəklikdə yerləşir.[4] Ərazidəki ən böyük buzlaq mənşəli göl — Sopa gölüdür. Əksər göllərdə bəndlər inşa edilmiş və axımına nəzarət olunur. Ərazidəki digər göllər aşağıdakılardı: Bardhe, Sopotit, Zi, Kocesit. Silsilənin şimal və şərq yamaclarının suları Qara Drin çayının hövzəsinə aiddir.
Bitki örtüyü meşə və alp çəmənlik bitkilərindən ibarətdir. Meşələrində daha çox palıd və fıstıq ağacları üstünlük təşkil edir.