Mamure qalası

Mamure qalası
türk. Mamure kalesi
Xəritə
36°04′51″ şm. e. 32°53′40″ ş. u.HGYO
Ölkə Türkiyə Türkiyə
Şəhər Mersin
Yerləşir Anamur
Aidiyyatı Qədim Roma
Mamure qalası (Türkiyə)
Mamure qalası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mamure qalasıTürkiyənin cənubunda, Mersin şəhərinin Anamur ilçəsində, Bozdoğan məhəlləsi yaxınlığında sahil boyu uzanan orta əsrlərə aid qala.

Aralıq dənizi sahil zolağında yerləşib, günümüzə qədər yaxşı vəziyyətdə çatmış Türk qalalarından biridir. Anamurun 6 km şərqində, Bozdoğan kəndi sərhədləri daxilindədir. Hündür qayalıqlar və düzənliklər üzərində qurulmuş Mamure qalası bir çox Anadolu qalaları kimi antik təməllər üzərində inşa edilmişdir. Böyük kəsmə daşlardan tikilmiş olan antik əsasların, hansı tarixdə və kimlər tərəfindən inşa edildiyi tam müəyyən edilməmişdir.

Qala üç hissədən ibarətdir. Hündür divarlarla ayrılmış şərqdəki iç həyətli, qərbdəki kənar qala və bunların cənubunda qayalıqlar üzərində inşa edilmiş iç qaladan ibarətdir. 39 qülləsi, su kəhrizləri və məscidi, xarici hissəsində hamamı olan qalanın ətrafı 10 mt enində müdafiə məqsədli xəndəklə əhatə olunmuşdur.

Qala və ətrafında III və IV əsrlərdə çox əhəmiyyəti olmayan Roma yaşayışı olduğu təxmin edilir. Qala xaricində və şimalında hamam qalığı vardır. 1988-ci ildə Anamur muzeyi rəhbərliyi tərəfindən aparılan qazıntılar nəticəsində çınqıl daşdan, aşağı hissəsi mozaika otaqlı, hamam və mənzil olduğu güman edilən məkanlar ortaya çıxarılmışdır. Hamamının giriş hissəsi dağıdılmış, zəif qızma və istilik hissələri olduqca sağlam vəziyyətdə vaxtımıza gəlib çatdmışdır. Hamam və ətrafında yerləşən bəzi təməl izləri buranın Mamure qalası ilə bütövlük təşkil edən bir yaşayış mərkəzi olduğunu göstərir. Bu qalıqların "Rigmonai" antik şəhərinə aid olduğu güman edilir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]