Bu məqalə Azərbaycan dilinə düzgün tərcümə edilməyib. |
Mancanaq dəzgahı — yerdən neft çıxarmaq üçün istifadə edilən nasoslu qurğu.[1]
Mancanaq dəzgahı dərinlik nasoslarını işlətmək üçün tətbiq olunan aqreqatdır. Nasosun porşeni dəzgahın →balansiri ilə əlaqələndirilir. Mancanaq dəzgahının rəqs edən qolu-balansir yuxarı-aşağı hərəkət etməklə nasosla mayeni yuxarıya sormağa imkan verir. Dəzgahın mexanizmlərini işə salmaq üçün reduktorun valı ilə əlaqəli olan elektrik mühərrikinə cərəyan verilir. Reduktor öz növbəsində çarxqollu sürüngəc mexanizminin köməyi ilə balansiri yuxarı-aşağı hərəkət etdirir.