Mandela effekti — yalnız bir və ya bir neçə nəfər deyil, dünyadakı bir çox insanın mövcud məlumatları tamamilə səhv xatırlamasıdır.
2009-cu ildə Fiona Brum keçmiş CAR prezidenti Nelson Mandelanın 1980-ci illərdə həbsxanadakı ölümünü necə xatırlaması haqqında bir konfransda danışırdı. Ancaq Mandela 1980-ci illərdə deyil, 2013-cü ildə vəfat etmişdir. Brum xatirələri haqqında başqalarıyla danışanda məlum oldu ki, Brum tək deyil. Digərlərinin iddialarına görə, Mandelanın 1980-ci illərdə ölüm xəbərini və dul arvadının ölümlə bağlı nitqini xatırlayırlar.
Brum belə əhəmiyyətli bir hadisənin bu qədər geniş auditoriya tərəfindən səhv xatırlanması və olmamış bir hadisə haqqında təfərrüatları ilə danışılmasından şok oldu. Sonralar "Mandela effekti" adını verdiyi bu fenomeni və buna oxşar hadisələri müzakirə etmək və araşdırmaq üçün bir sayt qurdu.
Bu məqalə qaralama halındadır. |