Mankala

Bao oyunçuları Mozambikdə

Mankala (ərəb. منقلةmanqalah) — kiçik daşlar, paxlalılar və ya toxumlarla, torpaqda qazılmış çuxurların, taxta lövhənin və ya digər oyun səthinin üzərində oynanılan iki nəfərlik strategiya oyunları ailəsidir. Oyunçunun əsas məqsədi rəqibin daşlarını müəyyən qaydalara uyğun olaraq ələ keçirməkdir.[1] Mankalanın müxtəlif versiyaları eramızın III əsrindən əvvələ aiddir və sübutlar göstərir ki, bu oyun qədim Misirdə mövcud olub. Bu günə qədər geniş şəkildə oynanılan ən qədim oyunlardan biri hesab edilir.[2]

Bəzi mütəxəssislərə görə, ən qədim mankala lövhələri İordaniyanın Ayn Qxasal bölgəsində, eramızdan əvvəl 5870-ci ilə aid edilən Neolit dövrünə aid bir yaşayış yerinin döşəməsində aşkar edilib. Lakin bu iddia bəzi alimlər tərəfindən mübahisələndirilir. Daha yeni və şübhə doğurmayan tapıntılar isə müasir İsrailin Qedera şəhərində qazıntılar zamanı aşkar edilib. Burada eramızın II-III əsrlərinə aid Roma hamamında saxsıdan hazırlanmış oyun lövhələri və qayalarda oyulmuş çuxurlar tapılıb.[3]

Bundan əlavə, oyunun izlərinə EfiopiyaEritreyanın Aksumit bölgələrində — Matara və Yeha kimi şəhərlərdə rast gəlinib. Burada aşkar edilən saxsı oyun lövhələri və qayalarda oyulmuş çuxurlar eramızın VI-VII əsrlərinə aid edilir.[4] Mankala oyununun ən qədim yazılı qeydləri X əsrə aid olan və Əbu əl-Fərəc əl-İsfahaninin yazdığı "Kitab əl-Əğani" (Mahnılar kitabı) əsərində mövcuddur. XIV əsrdə isə qiyorqis adlı bir müəllif "Səma və yerin sirləri" adlı Qeez dilində əsərində qarqis adlı bir oyundan bəhs edir ki, bu termin həm Qebetə (mankalanın bir növü), həm də Santaraz (müasir Efiopiya şahmatı) üçün istifadə olunurdu.[5]

Oyun Şərqi Avropada da geniş yayılıb. Estoniyada bir vaxtlar məşhur olmuş (Bohnenspiel adlanırdı) və Bosniyada hələ də oynanılan Ban-Ban adlı oyun bu ailəyə aiddir.[6]SerbiyaYunanıstanın Kiklad adalarında Mandoli adlı versiyalar oynanılır. Almaniyanın Vaykershaym qalasında XVIII əsrə aid iki mankala masası saxlanılır. Qərbi Avropada oyun geniş yayılmasa da, Oksford Universitetinin şərqşünas alimi Tomas Hayd onu sənədləşdirib.

ABŞ-da XX əsrin əvvəllərində Luizianada Varra adlı ənənəvi mankala oyunu oynanılırdı. 1940-cı illərdə isə Kalah adlı kommersiya versiyası populyarlıq qazandı. Kabo-Verde adalarında oyun Ouril adlanır və buradan ABŞ-ın Yeni İngiltərə bölgəsinə Kabo-Verde immiqrantları tərəfindən gətirilib.[7]

Tarixi araşdırmalara əsasən, Mankala Afrikadan Amerikaya kölə ticarəti dövründə gətirilib. Oyun kölə cəmiyyətlərində sosial bacarıqların inkişafı və birlik hissinin gücləndirilməsi üçün istifadə olunurdu. Mankala oyununun izləri Tennessi ştatındakı Ermitaj plantasiyasındakı arxeoloji qazıntılar zamanı da aşkarlanıb.[8]

Mankala qaydaları üzərində aparılan son araşdırmalar onun yayılmasının miqrasiya yolları ilə əlaqəli olduğunu göstərir. Bu miqrasiya yollarının yüz illər əvvələ gedib çıxdığı ehtimal edilir.[9]

Ümumi oyun qaydaları

[redaktə | vikimətni redaktə et]

Mankala oyunlarının ümumi bir oyun mexanikası var. Oyunçular əvvəlcədən müəyyən edilmiş sayda toxumları (və ya daşları) oyun lövhəsindəki çuxurlara yerləşdirirlər. Oyunda əsas məqsəd lövhədə mümkün qədər çox toxum toplamaqdır. Oyun prosesi belədir:[10]

  1. Bir oyunçu seçdiyi çuxurdan bütün toxumları götürür və ardıcıl olaraq bir-bir çuxurlara səpələyir (bu proses səpmə adlanır).[11]
  2. Əgər son toxum boş çuxura düşərsə və qarşısında rəqibin toxumları varsa, oyunçu rəqibin toxumlarını ələ keçirə bilər.
  3. Əldə olunan toxumlar oyunçunun bankına (xüsusi çuxura) yerləşdirilir.

Bəzi oyunlarda oyunçu öz son toxumunu müəyyən çuxura atarsa, əlavə gediş haqqı qazana bilər.

Əsir götürmə qaydaları:[12][13][14]

  1. Oyunun bəzi versiyalarında əsir götürmək üçün toxumun müəyyən sayda olması tələb olunur.
  2. Digər versiyalarda isə oyunçu son toxumu boş çuxura atarsa və qarşısında rəqibin toxumları olarsa, onları əsir götürə bilər.
  3. Bəzi oyunlarda müəyyən çuxurlar oyunun sonuna qədər bir oyunçunun nəzarətinə keçir və burada toplanan toxumlar ona aid olur.

Oyun lövhəsi və avadanlıqlar

[redaktə | vikimətni redaktə et]
Mankala taxtası və gil oyun parçaları

Mankala adətən iki və ya dörd sətirdən ibarət bir lövhədə oynanılır. Lövhələr müxtəlif materiallardan hazırlanır, məsələn, ağac və ya saxsı — ənənəvi oyun lövhələri üçün istifadə olunur, torpaq və ya daş — bəzi AfrikaAsiya ölkələrində oyunçular çuxurları torpaqda qazaraq oynayırlar.

Oyun daşları isə müxtəlif materiallardan ola bilər:

  • Toxumlar
  • Kiçik daşlar
  • Paxlalılar
  • Dəniz qabıqları

Oyun lövhəsinin quruluşu da fərqlənə bilər:

  • Endodoi oyunu 2×6 ilə 2×10 çuxur arasında dəyişən lövhədə oynanılır.
  • Tçouba (Mozambik) 4×40 çuxur (160 çuxur) və 320 toxumla oynanılır.
  • En Qehe (Tanzaniya) isə 2×50 çuxurluq (cəmi 100 çuxur) lövhədə və 400 toxumla oynanır.
  • Nano-Vari və Micro-Vari adlı minimalistik variantlar Assia Popova tərəfindən yaradılıb. Nano-Vari oyunu cəmi iki çuxur və 8 toxumdan, Micro-Vari isə dörd çuxur və 4 toxumdan ibarətdir.

Turnirlər və yarışlar

[redaktə | vikimətni redaktə et]

Bəzi mankala oyunlarının rəsmi turnirləri təşkil olunur. Məntiqi Oyunlar Olimpiadasında (ing. Mind Sports Olympiad) mankala turnirləri keçirilir. Bu oyun həm canlı tədbirlərdə, həm də onlayn Qran Pri (ing. Grand Prix) yarışlarında yer alır.[15]

Yarışlar Qızıl Gümüş Bürünc
London 2015
Cənubi Koreya Yun-Ci Be (KOR) Cənubi Koreya Yon-U Çoy (KOR) Cənubi Koreya Hyo-Sok Li (KOR)
Onlayn Qran Pri 2023
Çexiya Pavel Noqa (CZE) İtaliya Mauritsio De Leo (ITA) Meksika Devid Alatorre Lopez (MEX)
  1. "Mancala". Savannah African Art Museum. İstifadə tarixi: 3 May 2023.
  2. Depaulis, Thierry. "Board Games Before Ur?". Board Game Studies Journal (ingilis). 14 (1). 2020-10-01: 127–144. doi:10.2478/bgs-2020-0007. ISSN 2183-3311.
  3. Natsoulas. "The Game of Mancala with Reference to Commonalities among the Peoples of Ethiopia and in Comparison to Other African Peoples: Rules and Strategies". Northeast African Studies. 2 (2). 1995: 7–24. doi:10.1353/nas.1995.0018. JSTOR 41931202. İstifadə tarixi: 3 May 2023.
  4. Pierre Lombard. "Archéologie du "mancala": un jeu traditionnel aux origines controversées" (French). February 17, 2017. doi:10.58079/bcvu. İstifadə tarixi: October 1, 2024..
  5. Pankhurst, Richard. Gäbäṭa // Uhlig, Siegbert von (redaktor). Encyclopaedia Aethiopica: D–Ha. Wiesbaden: Harrassowitz Verlag. 2005. səh. 598. ISBN 3-447-05238-4.
  6. Pankhurst, Richard. Gäbäṭa // Uhlig, Siegbert von (redaktor). Encyclopaedia Aethiopica: D–Ha. Wiesbaden: Harrassowitz Verlag. 2005. səh. 598. ISBN 3-447-05238-4.
  7. Cummings, Mike. "A local tip helps reveal an ancient 'arcade' in Kenya's highlands". YaleNews (ingilis). 2024-02-01. İstifadə tarixi: 2024-02-05.
  8. "Afrostyle Magazine". afrostylemag.com. İstifadə tarixi: 2018-01-17.
  9. Thomas Hyde, De ludis orientalibus [Of Eastern Games, 2 vols.] (Oxford University Press, 1694). https://www.worldcat.org/title/de-ludis-orientalibus-libri-duo-quorum-prior-est-duabus-partibus-viz-1-historia-shahiludii-latine-deinde-2-historia-shahiludii-heb-lat-per-tres-judaeos-liber-posterior-continet-historiam-reliquorum-ludorum-orientis/oclc/174276156?referer=di&ht=edition Reference to Hyde's discussion of mancala and other games in Vesna Bikić and Jasna Vuković, "Board Games Reconsidered: Mancala in the Balkans", International Journal of the History of Sport 27/5 (Mar. 2010): 798–819. Download citation https://doi.org/10.1080/09523361003625857
  10. Christiano. "Gaming among Enslaved Africans in the Americas, and its Uses in Navigating Social Interactions". Dissertations, Theses, and Masters Projects /College of William & Mary - Arts & Sciences. 2010: 8–12. İstifadə tarixi: 3 May 2023.
  11. Peek, Philip M.; Yankah, Kwesi. African Folklore: An Encyclopedia. Routledge. March 7, 2004. ISBN 9781135948733 – Google Books vasitəsilə.
  12. "English words from Arabic". zompist. İstifadə tarixi: 2015-12-03.
  13. "Mancala". Lexbook. 2015-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-03.
  14. Cannon, Garland; Kaye, Alan S. The Arabic contributions to the English language : an historical dictionary. Wiesbaden: Harrassowitz. 1994. 81. ISBN 3-447-03491-2. İstifadə tarixi: 2015-12-03.
  15. "Results for Mancala". Mind Sports Olympiad. İstifadə tarixi: 2023-10-14.
  • Culin, Stewart. Mancala, the National Game of Africa. Washington: Government Printing Office. 1896.
  • Erickson, Jeff. Sowing Games // Games of No Chance. Cambridge University Press. 1998.
  • Laurence Russ. Mancala Games. Reference Publications. 1984. ISBN 978-0-917256-19-6.
  • Russ, Larry. The Complete Mancala Games Book. New York: Marlowe. 2000.
  • Townshend, Philip. "African Mankala in Anthropological Perspective". Current Anthropology. 20 (4). 1979: 794–796. doi:10.1086/202380. JSTOR 2741688.
  • Deledicq, A. & A. Popova (1977). Wari et solo. Le jeu de calcul Africain. Paris: Cedic.
  • Murray, H.J.R. (1952). A History of Board-Games other than Chess. Oxford at the Clarendon Press.
  • Townshend, P. "Bao (mankala): the Swahili ethic in African idiom". Paideuma. 28. 1982: 75–191. JSTOR 41409882.
  • Voogt, A.J. de (1997). Mancala Board Games. British Museum Press: London.