Manuel Robles Pesuela | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 may 1817 |
Doğum yeri |
|
Vəfat tarixi | 23 mart 1862 (44 yaşında) |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu, nazir |
Vikianbarda əlaqəli mediafayllar |
Manuel Robles Pesuela (isp. Manuel Robles Pezuela; 23 may 1817, Quanaxuato[d], İspaniya imperiyası – 23 mart 1862) — Meksika siyasətçisi və hərbi xadimi . O, 24 dekabr 1858-ci ildən 21 yanvar 1859-cu ilə qədər Meksikanın prezidenti olmuşdur.
Amerika–Meksika müharibəsində iştirak etmiş,[1] İslahat müharibəsində Mühafizəkarlar tərəfində vuruşmuşdur.[2] O, sələfi Feliks Mariya Suloaqanın hökumətini devirdikdən sonra hakimiyyətə gəlmişdir.[3] Buna baxmayaraq, onun hökuməti kifayət qədər dəstək almamışdır. Onu tezliklə Migel Miramon əvəz etmişdir.[3]
Fransa işğalından sonra işğalçılarla əməkdaşlıqda şübhəli bilindiyi üçün həbs olunmuşdur. O, qaçmağı bacarmış və Fransa ordusuna qoşulmağa cəhd etmişdir, lakin öldürülmüşdür.