Manuk Abeqyan | |
---|---|
erm. Մանուկ Աբեղյան | |
![]() | |
Doğum tarixi | 17 (29) mart 1865 |
Doğum yeri | |
Vəfat tarixi | 25 sentyabr 1944[1][2] (79 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Uşaqları | |
Elm sahələri | ədəbiyyatşünaslıq, dilçilik |
Elmi dərəcələri |
|
Elmi adı |
|
İş yerləri |
|
Təhsili |
|
Üzvlüyü |
|
Mükafatları |
![]() |
![]() |
Manuk Xaçaturoviç Abeqyan (erm. Մանուկ Աբեղյան, rus. Ману́к Хачату́рович Абегя́н; 17 (29) mart 1865, Təzəkənd, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya – 25 sentyabr 1944[1][2], İrəvan) — Ermənistan-sovet ədəbiyyatşünası, dilçisi.
Manuk Xaçaturoviç Abeqyan 17 mart 1865-ci ildə İrəvan quberniyasının Təzəkənd kəndində anadan olmuşdur. "Erməni xalq eposu" (1908), "Yeni erməni ədəbi dilinin sintaksisi" (1912), "Qədim qusan xalq mahnıları" (1931), 2 cildlik "Qədim erməni ədəbiyyatı tarixi" (1944–1946) və s. əsərlərin müəllifidir. "Sasunlu David" dastanını nəşr etdirmişdir. O, 1943-cü ildən Ermənistan SSR Elmlər Akademiyasının üzvüdür. Ermənistan SSR Elmlər Akademiyası Ədəbiyyat İnstitutu Abeqyanın adınadır. O, 25 sentyabr 1944-cü ildə SSRİ respublikalarından olan Ermənistan SSR-nin paytaxtı İrəvan şəhərində vəfat etmişdir.[3]
Manuk Abeqyan // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.