Maqda

kənd
Maqda
40°21′00″ şm. e. 44°07′00″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Karbi mahalı
Rayon Əştərək rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.725 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 308 nəf. (2011)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 0228
Xəritəni göstər/gizlə
Maqda xəritədə
Maqda
Maqda

Maqda — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd.[2][3]

"İrəvan əyalətinin icmal dəftəri"ndə[4], Qafqazın 5 verstlik xəritəsində[5] qeyd edilmişdir. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı kimi qеyd olunmuşdur[6][7]

Toponim muq etnoniminin fars dilində işlənən forması olan maq etnonimindən[8] və -da topoformantı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1949-cu ildə kənd ermənicə Lernarot adlandırılmışdır. 1590-cı ilə aid mənbədə Maqta[9][10]. 1728-ci ilə aid mənbədə isə Makta kimidir[11][12] Naxçıvanda Maxta kəndinin adı ilə mənşəcə eynidir. Naxçıvanda Maqqız (maq və türk dillərində giz "dayaz dərə" [143.II,2,1389], sözlərindən) Qazax r-nunda Maqi (dağ adı) toponimləri ilə səslənir. Ermənistan SSR AS RH-nin I. XII.1949-cu il fərmanı ilə adı dəyişdirilib Lernarot qoyulmuşdur.

Kənddə 1831-ci ildə 38 nəfər, 1873-cü ildə 195 nəfər, 1886-cı ildə 226 nəfər, 1897-ci ildə 296 nəfər, 1908-ci ildə 268 nəfər, 1914-cü ildə 284 nəfər, 1916-cı ildə 399 nəfər yalnız azərbaycanlı yaşamışdır[13]. 1918-ci ildə kəndin əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş, kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.[14]

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  4. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.90
  5. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.163
  6. Джалиле Джалил. Курды Османской империи. М., 1968
  7. İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996,
  8. Мирзазаде Ч.Х. Топонимы Азербайджана в средневековых арабских географических источниках, Баку, "Элм", 1988. s.91–92
  9. Гарипова Ф.Г. Исследования по гидроними Татарстана. М., 1991.
  10. Iravan eyaletinin mufessel defteri. Istanbul. Basbakanlik Arsivi, № 633
  11. Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri.
  12. Алияров С.С. Об этногенезе азербайджанского народа. "К проблеме этногенеза азербайджанского народа". Баку, 1984.
  13. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.22–23, 106–107
  14. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Магда // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.