Maqdalena Kojena

Maqdalena Kojena
çex. Magdalena Kožená
Doğum tarixi 26 may 1973(1973-05-26)[1][2][…] (51 yaş)
Doğum yeri
Təhsili
  • Bratislava Ali İncəsənət Məktəbi[d][3]
Fəaliyyəti opera müğənnisi, concert singer
Fəaliyyət illəri 1994-cü ildən
kozena.cz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maqdalena Kojena (çex. Magdalena Kožená 26 may 1973[1][2][…], Brno[4][3]) — Çex əsilli müğənnisi (Mezzo-soprano)

Ziyalı alim ailəsində anadan olub (atası riyaziyyatçı, anası bioloqdur). Valideynlərinin hər ikisi Boxemiyadan idi. Atası on bir yaşında ikən dünyasını dəyişir. Əvvəlcə fortepianodan təhsil alır, lakin altı yaşında bir qolu sındıqdan sonra Brno Filarmoniya Orkestrinin uşaq xoruna daxil olaraq müğənnilik etməyə başlayır[5]. Daha sonra Kojena Neva Meqova və Yirji Peşa ilə Brno Konservatoriyasında, Eva Blaxova ilə Bratislava Ali Musiqi Məktəbində (1995-ci ildə bitirmişdir) oxuyur. Elə həmin il Zalsburq festivalının laureatı seçilir. 1996-1997-ci illərdə Vyana Xalq Opera evinin solisti olur. "Adi" klassik-romantik repertuardan əlavə Kojena barokko ("orijinal") tərzdə də işləyir. Con Eliot Qardiner ilə Bax cantatalarının yubileyi dövründə (2000) fəal əməkdaşlıq etmişdir. M. Minkovskinin Handel və Qlyuk musiqilərini (1996-2003), Musica antique orkestri (Köln) R. Qoebel ilə - Bax ailəsinin nadir kantataları (2000-2003) əsərlərini ifa etmişdir

2003-cü ildə Kojena Fransız Ədəbiyyat və İncəsənət Ordeninin Kavalieri adına layiq görülür. O, Saymon Rettl ilə evlidir. Bu evlilikdən Yonaş (2005), Miloş (2008) adlı oğlanları və Aneyka (2014) adlı qızları dünyaya gəlmişdir.

  • 2001 Gramophone Awardı - Solo vokal
  • 2001 Czech Crystal Award, Golden Prague International Television Festival - Konsert performansının ən yaxşı səs yazısı (opera, operetta, balet, rəqs, musiqilik), Maqdalena Kojena və Teri Qrequar, Çex Televiziyası, Brno Televiziya Studiyası[6].
  • 2003-cü il Fransa hökuməti tərəfindən mükafatlandırılan Ədəbiyyat və İncəsənət Ordeninin Kavalieri.
  • 2004 Gramophone Award - İlin rəssamı

Səs yazıları

[redaktə | vikimətni redaktə et]
  1. 1 2 Magdalena Kozena // FemBio database (alm.).
  2. 1 2 Magdalena Kožena // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 3 4 Vědecká knihovna v Olomouci Magdalena Kožená // REGO (çeş.).
  4. 1 2 The Fine Art Archive.
  5. Claire Prentice. "The voice that goes straight to the heart". The Times. 7 августа 2005. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-11-22. (#apostrophe_markup)
  6. "Czech Television Yearbook 2001". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-20.