Mara Dəspinə Xatun | |
---|---|
Mara Brankoviç | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Serbiya despotluğu |
Vəfat tarixi | |
Fəaliyyəti | əsilzadə |
Atası | Corc Brankoviç |
Həyat yoldaşı | II Murad |
Mara Brankoviç və ya Mara Dəspinə Xatun (d. 1416 — ö. 14 sentyabr 1487) — Serbiya despotu Corc Brankoviçin qızı və 6. Osmanlı padşahı II Muradın hərəmlərindən biridir.
1435-ci ildə saraya gələn Mara Xatunun II Muradla olan evliliyindən övladı olmadı.[1] Ancaq Şahzadə Mehmedin anası Hüma Xatunun gənc yaşda vəfat etməsinin ardından kiçik şahzadənin tərbiyəsilə Mara Xatun maraqlandı. Evlənməsinə baxmayaraq dinini dəyişməyən Mara Xatun 1451-ci ildə II Muradın vəfatı ilə dul qaldı və xüsusi icazəylə ömrünün sonuna qədər Serbiyadakı bir monastıra çəkildi.[1] Ancaq ögey oğlu II Mehmedlə əlaqələrini heç vaxt kəsmədi. Ögey oğlunun səltənətinin ilk illərində Bizans imperatoru XI Konstantin ilə evlənmə məsələsi ortaya çıxsa da, Konstantinopolun fəthindən sonra bu təklif aradan qalxdı. 1463–1479 Osmanlı-Venesiya müharibəsi əsnasında vasitəçilik etdi. Hətta bu funksiyanı ögey nəvəsi olan II Bəyazid dönəmində də davam etdirdi.