Maralbuynuz sumaq

Maralbuynuz sumaq
Elmi təsnifat
Beynəlxalq elmi adı

Maralbuynuz sumaq (lat. Rhus typhina) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin anakardiumkimilər fəsiləsinin sumaq cinsinə aid bitki növü.

Şimali Amerikanın şərq hissəsində quru və daşlı torpaqlarda bitən ağac bitkisidir.

Botaniki xarakteristikası

[redaktə | vikimətni redaktə et]

Hündürlüyü 10-12 m-ə çatır. Gözəl, dekorativ çətirli, qalın, tüklü, açıq-qonur zoğları vardır. Çoxillik zoğların qabığı qonur rəngdədir, çatlayandır. Yarpaqlar tək lələkvaridir, uzunluğu 50 sm-ə qədərdir, 11-31 yarpaqcıqdan ibarətdir. Yarpaqcıqların üst səthi tünd-yaşıl, alt səthi ağ-göyümtül rəngdə olub, ucu bizdir. Payızda yarpaqların rəngi açıq-qırmızıdan tünd-qırmızıya qədər dəyişir. Bitki ikievlidir. Çiçəkləri xırdadır, uzunluğu 20 sm-ə qədər olan piramidal süpürgələrə yığılmışdır. Erkəkcikli çiçəkləri sarımtıl-yaşıl, dişicikli çiçəkləri qırmızıdır. Meyvəsi şarşəkilli çəyirdəkmeyvədir, yetişəndə tüklərlə örtülür. 2 dekorativ forması vardır: neştərvari (f.laciniata) - dərin dişli, neştərvari yarpaqlıdır; bölünmüş forması (f.dessecta) - lələkvari bölünmüş yarpaqlıdır.

Torpaq yaxşı drajenalı, orta miqdarda nəmişli olmalıdır.

Azərbaycanda yayılması

[redaktə | vikimətni redaktə et]

Mərdəkan dendrarisində 1978-ci ildə introduksiya edilmişdir. Abşeronda bağ və parklarda rast gəlinir.

Dekorativ görünüşə malikdir. Oduncağının belə gözəl rəngdə olmasına baxmayaraq yerli əhali tərəfindən demək olar ki, istifadə olunmur. Yarpaqlarından tanin alınır ki, ondan şərabçılıqda və toxumçuluqda geniş istifadə olunur.

Homotipik sinonimləri

[redaktə | vikimətni redaktə et]
  • Rhus hirta f. typhina (L.) Reveal
  • Rhus hirta var. typhina (L.) Farw.
  • Toxicodendron typhinum (L.) Kuntze

Heterotipik sinonimləri

[redaktə | vikimətni redaktə et]
  • Rhus americana Dippel
  • Rhus canadensis Mill.
  • Rhus filicifolia Demcker
  • Rhus frutescens G.Nicholson
  • Rhus gracilis Engl.
  • Rhus hirta (L.) Sudw.
  • Rhus hirta f. dissecta (Rehder) Reveal
  • Rhus hirta var. dissecta (Rehder) Nash
  • Rhus hirta var. laciniata C.K.Schneid.
  • Rhus hypselodendrum Moench
  • Rhus typhia Crantz
  • Rhus typhina var. arborescens Willd.
  • Rhus typhina f. dissecta Rehder
  • Rhus typhina var. filicifolia Demcker
  • Rhus typhina var. filicina Sprenger
  • Rhus typhina var. frutescens Willd.
  • Rhus typhina var. laciniata Alph.Wood
  • Rhus typhina f. laciniata (Alph.Wood) Rehder
  • Rhus typhina var. viridiflora Engl.
  • Rhus virginiana Garsault
  • Rhus viridiflora Duhamel
  • Rhus viridiflora var. canadensis (Mill.) Poir.
  • Schmaltzia hirta (L.) Small
  • Datisca hirta L.