Maraq – fərdin xüsusi cəhd göstərmədən öz istəyi ilə, zövq alaraq bir işə yönəlməsidir. Maraqlar insanın idrak təlabatlarının emosional təzahürləridir.Onların təmin olunması biliklərdəki çatışmamazlıqları aradan qaldırmağa, onları anlamağa, onlarla tanış olmağa kömək edir. Marağı bir insanın özü və çevrəsi tərəfindən təsdiq olunan davranışları kimi də qəbul etmək olar. Yəni maraq daxili və xarici təsirlə formalaşır. Bir işə sevgi ilə müəyyən müddət bağlanma da maraqdır. Kitab, futbol, musiqi və s. də bu maraqlara daxildir. Maraqlar bir çox səbəbdən asılı olaraq fərddən fərdə dəyişir. Şəxsin içində olduğu dairə, cinsiyyət, yaş, zəka, fiziki imkanlar, başqa bir çox qabiliyyətlər, sosial mühit, ailə mühiti və mədəni faktorlar və s. bu səbəblərə daxildir.
Maraqlar subyektiv olaraq – insanın özü üçün – idrak prosesinin kəsb etdiyi müsbət, emosional tonda, onun haqqında daha çox bilmək, onu başa düşmək arzusunda təzahür edir. Başqa sözlə desək, maraq şəxsiyyətin, gerçək həyatının müəyyən bir sahəsinə, müəyyən bir fəaliyyətə, bu və ya digər biliyi əldə etməyə az və ya çox yönəlməsində ifadə olunan fərdi psixi xüsusiyyətdir. Şəxsiyyətin istiqaməti onun maraqlarında ifadə olunur.
Maraq hər hansı bir obyekti daha dərindən və dəqiq dərketmə meylindən doğur. Maraqların fizioloji əsasını bələdləşmə – tədqiqat refleksləri təşkil edir. Gerşək aləmdə baş verən hər bir yeni, gözlənilməz dəyişiklik zamanı bələdləşmə refleksi baş verir və qıcıqlandırıcının daha tam və aydın inikasını təmin edir. Ətraf mühitdə ən kiçik bir dəyişiklik, yenilik baş verdiyi zaman insanda müvafiq reseptor aparatı bu dəyişikliyi törədən qıcığa doğru yönəlir. Maraqlar idrakın daimi təhrikedici mexanizmi kimi meydana çıxır.
K.İzard marağın anadangəlmə emosiya olmasını qeyd etməklə yanaşı onun inkişafında sosializasiyanın rolundan, insan şəxsiyyətinin formalaşmasında marağın kəsb etdiyi əhəmiyyətdən danışır. Maraq hər bir şeyə istiqamətlənə bilər, lakin insanlığa daha çox fayda vеrən intellektual, estetik və başqa yaradıcı fəaliyyət növləridir.
Fəaliyyət proseslərində maraqların rolu müstəsna dərəcədə böyükdür. Maraqlar şəxsiyyəti onda əmələ gəlmiş bilmək və başa düşmək cəhdini təmin etdiyi üçün fəal surətdə yollar və vasitələr axtarmağa məcbur edir. Sabit əhəmiyyətə malik obyektə marağın təmin olması adətən, marağın sönməsi ilə nəticələnmir, əksinə onu daxilən yenidən qurmaq, zənginləşdirmək və dərinləşdirmək yolu ilə idrak fəaliyyətinin daha yüksək səviyyəsinə cavab verən yeni maraqların əmələ gəlməsinə səbəb olur. Maraqlar – idrakın daimi təhrikedici mexanizmi kimi meydana çıxır. Maraqlar şəxsiyyətin fəaliyyətinin motivləşməsinin mühüm, lakin yeganə olmayan cəhətidir.[1]
Maraq – fərdin xüsusi cəhd göstərmədən öz istəyi ilə, zövq alaraq bir işə yönəlməsidir. Marağı bir insanın özü və çevrəsi tərəfindən təsdiq olunan davranışları kimi də qəbul etmək olar. Yəni maraq daxili və xarici təsirlə formalaşır. Bir işə sevgi ilə müəyyən müddət bağlanma da maraqdır. Kitab, futbol, musiqi və s. də bu maraqlara daxildir. Maraqlar bir çox səbəbdən asılı olaraq fərddən fərdə dəyişir. Şəxsin içində olduğu dairə, cinsiyyət, yaş, zəka, fiziki imkanlar, başqa bir çox qabiliyyətlər, sosial mühit, ailə mühiti və mədəni faktorlar və s. bu səbəblərə daxildir. İnsanın maraq dairəsi müntəzəm olaraq dəyişir. Ən çox dəyişkənlik yeniyetməlik illərində olur. Yeniyetməlik dövründə gəncin vücudu və yaşı ilə birlikdə qərarları da dəyişir. Bu gün bəyəndiyi bir müğənnini üç gündən sonra bəyənmir. Yeniyetməlik yetkinliyin astanası oloduğu üçün zehni yönlü də inkişaf edir. Vəzifə və məsuliyyət daşımaq istəyi artır. Məktəblərin birində aparılan bir araşdırma zamanı ibtidai siniflərin 95%-nin məktəbə oynamaq üçün gəldiyi halda, yuxarı sinif şagirdlərinin 93%-i yaxşı bir universitetə daxil olmaq məqsədilə məktəbə gəldiyi müəyyən edilmişdir. Maraq-məqsədlər müxtəlif zamanlarda fərqli ola bilər. Qızların maraqları oğlanlara nisbətən hər yaşda daha fərqli olur. Səbəbi odur ki, qızlar bioloji cəhətdən oğlanlardan fərqlənməklə yanaşı, ruhi-psixoloji cəhətdən onlardan daha tez yetkinləşirlər. Qızların maraq dairəsinin formalaşmasında mədəni faktorlarla birgə milli-mənəvi, ictimai dəyərlərin də böyük rolu vardır. Həmçinin maraq valideynlərin nümunəvi davranışları ilə də yaxından bağlıdır. Qız anasını nümunə götürərək ev işləri ilə maraqlanır. Oğlanlar isə atalarının tərəfdar olduğu futbol komandasına azarkeşlik edirlər. Ailənin iqtisadi vəziyyəti, ata-ananın hədəfləri gənclərin marağına təsir edə bilir. Bir musiqiçi ailəsində yetişən yetiyetmənin maraqlarında təbii ki, musiqinin çəkisi ağır gələr.
Maraq növlərini üç başlıq altında analiz etmək olar: