Mariana Vasileva | |
---|---|
bolq. Мариана Василева | |
![]() | |
29 noyabr 2021 – 16 yanvar 2025 | |
Nazir | Fərid Qayıbov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 iyul 1974 (50 yaş) |
Doğum yeri |
|
Milliyyəti | bolqar |
Fəaliyyəti | Azərbaycan Bədii Gimnastika üzrə millisinin baş məşqçisi |
|
|
Təltifləri |
![]() ![]() |
![]() |
Mariana Vasileva-Toteva (bolq. Мариана Василева-Тотева; 6 iyul 1974, Tarqovişte[d]) — bədii gimnastika üzrə məşqçi, Azərbaycan Gimnastika Federasiyasının baş məşqçisi, Azərbaycan Respublikası Gənclər və idman nazirinin müavini (2021–2025).[1]
Mariana Vasileva keçmiş bolqar bədii gimnast olub və Bolqarıstanın Sofiya şəhərindəki Levski klubunda məşqçi kimi işləyib. 2007-ci ildə o, Azərbaycan Gimnastika Federasiyasından məşqçi kimi işləmək üçün dəvət alıb. Qısa müddət sonra; o, ən yaxın qohumları (ər və iki uşağı) ilə birlikdə Bakıya, Azərbaycana köçüb.[2]
2009-cu ildən Vasileva Azərbaycan Bədii Gimnastika Federasiyasının baş məşqçisi təyin edilib.[3]
2013-cü ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi adını almışdır.
2015-ci ildə 1-ci Avropa Oyunlarında milli komandanın uğurlu çıxışından sonra Azərbaycan Prezidentinin Fəxri Diplomu ilə təltif edilmişdir. Mariana Vasilevanın çalışdırdığı dövrdə Azərbaycan millisi 2009, 2011, 2013, 2014, 2018 və 2020-ci illərdə Avropa çempionatlarında mükafatlar qazana bilib.
2021-ci il noyabrın 29-da Prezident İlham Əliyevin sərəncamı ilə Mariana Vasileva-Toteva Gənclər və İdman nazirinin müavini təyin olunub.[1] Bundan əvvəl o, Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü idi.
16 yanvar 2025-ci ildə Vasileva-Toteva Gənclər və İdman nazirinin müavini vəzifəsindən azad edilib.[4]
Vasileva Azərbaycanın Bədii Gimnastika üzrə baş məşqçisi təyin edildikdən sonra Azərbaycan, xüsusilə yeni nəsil gimnastlar arasında həm fərdi, həm də qrup yarışlarında beynəlxalq uğur qazanmağa başlayıb. Onun fərqlənən yetirmələri: