Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Marina Mnişek | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1588[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 24 dekabr 1614 |
Vəfat yeri |
|
Fəaliyyəti | Regent |
Dini | katolisizm |
Vikianbarda əlaqəli mediafayllar |
Marina Mnişek (pol. Maryna Mniszech,[3] rus. Марина Мнишек; 1588[1][2], Murovanoye[d], Lvov vilayəti – 24 dekabr 1614, Kolomen Kremli[d], Kolomna), rus folklorunda Cadugər Marinka olaraq tanınır[4] — siyasi avanturist.
XVII əsrin əvvəllərində Polşanın Rusiyaya qarşı hərbi müdaxiləsinin təşkilatçılarından biri olan Yeji Mnişekin qızı. Əvvəlcə I Yalançı Dmirti, sonra isə II Yalançı Dmitri ilə nikahlanmışdır. II Yalançı Dmitri 1610-cu ilin dekabrında vəfat etdikdən sonra Mnişek ataman İvan Zarutskinin simasında özünə himayədar tapmışdır. Lakin Zarutskinin Mnişekin II Dmitridən olan oğlu İvanı Rusiya taxt-tacına sahib etmək cəhdləri boşa çıxmışdır. 1614-cü ildə kazaklar Həştərxanda Mnişeki, oğlunu və Zarutskini taparaq Rusiya hökumətinə vermişdir. Zarutski və Mnişekin oğlu Moskvada edam edilmiş, Mnişek özü ilə zindanda vəfat etmişdir.[5]