Mariya Muzıçuk | |
---|---|
ukr. Марія Музичук | |
| |
Ölkə | Ukrayna |
Doğum tarixi | |
Doğum yeri | Lvov, Ukrayna |
Titulu | qrosmeyster (2015) |
Son reytinqi |
|
Maksimal reytinqi | 2.563 (mart 2016) |
FİDE nömrəsi | 14114550 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Mariya Oleqovna Muzıçuk (ukr. Музичук Марія Олегівна; 21 sentyabr 1992[2][3][…], Lvov) — Ukrayna şahmatçısı, qadın şahmatı tarixində 15-ci, ukraynalı qadın şahmatçıları arasında isə ikinci (Anna Uşeninadan sonra) dünya çempionu (6.4.2015–14.3.2016). İkiqat Ukrayna çempionu (2012, 2013). Ukraynanın qadınlardan ibarət yığmasının heyətində komandalar arası dünya (2013) və Avropa çempionatının (2013) qalibi. Qadınlar arasında qrosmeyster (2007), beynəlxalq usta (2008), qrosmeyster (2015).[4]
Mariya 2010-cu ilin noyabrında dünyanın beşinci ən yüksək əmsallı qadını oldu. O, 2010-cu il qadınlar arasında dünya çempionatında 16-cı oldu, amma əsas matç taybreykindən sonra Harika Dronavalliyə məğlub oldu.
2015-ci il qadınlar arasında dünya çempionatının ilk raundunda əsas oyunlarda Yuanlinq Yuan ilə heç-heçə etdi, sonra isə taybreykdə onu məğlub etdi. İkinci raundda Polşalı rəqibi Monika Sotsko ilə görüşdə də eyni mənzərə müşahidə olundu, əsas oyun heç-heçə bitdi, taybreyklərdə isə Mariya qələbə qazandı. Üçüncü raundda qadınlar arasında keçmiş dünya çempionu Antoaneta Stefanovanı klassik oyunlarda 1½–½ hesabı ilə məğlub etdi. Dörddə-bir finalda bir nömrəli Kampi Koneru, sonra isə yarımfinalda Harika Dronavalli üzərində qələbə qazandı. Finalda isə 2½–1½ hesabı ilə Nataliya Poqonina üzərində qələbə əldə etdi. Bu qələbənin nəticəsi olaraq o, qrosmeyster titulunu aldı və 2015-ci il Bakıda keçiriləcək Dünya Kubokuna vəsiqə qazandı. Gələcək dünya çempionunu turnirin gedişində beynəlxalq qrosmeyster Aleksandr Belyavski çalışdırıb.[5]
Mariya dünya çempionatında qələbəyə görə, 2015-ci il aprelin 8-də III dərəcəli "Xidmətlərinə görə" ordeni ilə təltif edilib.[6]
Mariya Ukrayna şahmatçısı Anna Muzıçukun kiçik bacısıdır. Hər iki bacı şahmatdan başqa stolüstü tennis də oynayır.[7]
İl | Şəhər | Turnir | + | − | = | Nəticə | Yer |
---|---|---|---|---|---|---|---|
2013 | Kiyev | Ukrayna çempionatı | 6 | 0 | 3 | 9-dan 7½ | |
2015 | Soçi | Dünya çempionatı | 10 | 3 | 11 | 24-dən 15½ |
İl | Şəhər | Turnir | + | − | = | Nəticə | Yer (komanda) | Yer (şəxsi) |
---|---|---|---|---|---|---|---|---|
2010 | Xantı-Mansi | 24-cü Olimpiyada | 5 | 1 | 3 | 9-dan 6½ | 9 | |
2012 | İstanbul | 25-ci Olimpiyada | 3 | 0 | 6 | 9-dan 6 | ||
2014 | Tromse | 26-cı Olimpiyada | 3 | 1 | 6 | 10-dan 6 | 8 |
İl | Şəhər | Turnir | + | − | = | Nəticə | Yer (komanda) | Yer (şəxsi) |
---|---|---|---|---|---|---|---|---|
2009 | Ninbo | 2-ci dünya çempionatı | TBD | TBD | TBD | TBD | TBD | |
2011 | Mardin | 3-cü dünya çempionatı | TBD | TBD | TBD | TBD | TBD | TBD |
2013 | Astana | 4-cü dünya çempionatı | TBD | TBD | TBD | TBD | TBD | |
2015 | Çendu | 5-ci dünya çempionatı | 3 | 0 | 5 | 8-dən 5½ | 5 |
İl | Şəhər | Turnir | + | − | = | Nəticə | Yer (komanda) | Yer (şəxsi) |
---|---|---|---|---|---|---|---|---|
2011 | Porto Karras | 9-cu Avropa çempionatı | 4 | 1 | 3 | 8-dən 5½ | 4 | 5 |
2013 | Varşava | 10-cu Avropa çempionatı | 6 | 1 | 1 | 8-dən 6½ | ||
2015 | Reykyavik | 11-ci Avropa çempionatı | 6 | 2 | 0 | 8-dən 7 |