Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Mariya Ohisalo | |
---|---|
fin Maria Ohisalo | |
6 iyun 2019 – hal-hazırda | |
Baş nazir | Antti Rinne Sanna Marin |
17 aprel 2019 – hal-hazırda | |
15 iyun 2019 – hal-hazırda | |
Şəxsi məlumatlar | |
Doğum adı | Maria Karoliina Ohisalo |
Doğum tarixi | |
Doğum yeri | Helsinki, Finlandiya |
Vətəndaşlığı | Finlandiya |
Partiya | "Yaşıl İttifaq" |
Təhsili | Helsinki Universiteti |
Fəaliyyəti | siyasətçi, sosioloq |
Dini | lüteranlıq |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | Ph.D |
mariaohisalo.fi | |
Vikianbarda əlaqəli mediafayllar |
Mariya Ohisalo (8 mart 1985[1][2], Helsinki[1]) — finlandiyalı dövlət və siyasi xadim, "Yaşıl İttifaq" Partiyasının sədri, Finlandiya Parlamentinin deputatı və Finlandiyanın daxili işlər naziri.
Mariya Ohisalo 1985-ci il martın 8-də Helsinki şəhərində anadan olub. Onun atası alcohol audəçisi idi. Buna görə də o və anası bir il sığınacağda yaşayıblar. Daha sonra onun valideynləri boşandı, anası isə yenidən evləndi.
2004-cü ildə orta təhsilini başa vuran Mariya Ohisalo, universitetə daxil olub. O, 2004–2009-cu illərdə Helsinki Universitetində sosial elmlər üzrə ali, 2009–2011-ci illərdə Helsinki Universitetində sosial elmlər üzrə magistr dərəcəsi alıb. 2017-ci ildə isə Mariya Ohisalo Şərqi Finlandiya Universitetində sosiologiya üzrə Ph.D dərəcəsi alıb.
Mariya Ohisalo 2008-ci ildə "Yaşıl İttifaq" Partiyasının sıralarında üzv seçildi. 2015-ci ilin iyununda isə o, partiyanın sədr müavini seçildi. 2017-ci ildə Ohisalo partiya sədri vəzifəsinə namizəd oldu. Səsvermə nəticəsində Touho Aalto qalib gəldi, Ohisalo isə sədr müavini seçildi. 2018-ci ildə Touho Aaltonun uzun sürən depressiyadan səbəbindən sədr vəzifəsindən istefa verdi, Ohisalo isə 2018-ci ilin noyabr ayına qədər sədr vəzifəsini icra elədi. 2019-cu il iyunun 15-də Mariya Ohisalo "Yaşıl İttifaq" Partiyasının sədri vəzifəsinə seçildi.
Mariya Ohisalo 2014-cü ilin may ayında baş tutan Finlandiya üzrə Avropa Parlamentinə seçimlərdə namizə oldu və 3.090 səs topladı.
2015-ci il aprelin 19-da baş tutan Parlament seçimlərində namizəd olsa da, 4.048 səs topladı və seçilə bilmədi. 2019-cu il aprelin 14-də baş tutan Parlament seçilərində isə 11.798 səs topladı və Finlandiya Parlamentinin deputatı seçildi.
2019-cu il iyunun 6-dan Finlandiyanın daxili işlər naziridir.