Mariyana Mateus | |
---|---|
Doğum tarixi | 27 sentyabr 1971 (53 yaş) |
Həyat yoldaşları |
|
Fəaliyyəti | avtobioqraf[d], sosial fiqur[d], model[d], dəb dizayneri |
Mariyana Mateus (serb. Marijana Mateus / Маријана Матеус, Qızlıq soyadı Mariyana Çoliç, serb. Marijana Čolić; 27 sentyabr 1971) — Serbiyalı iş adamı, model, moda dizayneri, The Marijana Matthaeus Collection və Lux Uniforma markalarının təsisçisi və yaradıcı direktorudur.
Uşaq vaxtı Mariyana və anası dəfələrlə Belqradda moda nümayişlərini ziyarət etmişdi. 1990-cı ildə "Obuća Metro" şirkətini açaraq ayaqqabı satışına başladı və 1996-cı ilə qədər bura rəhbərlik etmişdi.[1] 1999-cu ildə Nyu-Yorkda Labin Biznes Məktəbini bitirmişdir və həmçinin sertifikatlaşdırılmış müəllimdir (bakalavr). 2003-cü ildə ilk moda mağazasını Budapeştdə, 2007-ci ildə Salzburqda açdı. 2006-cı ildə, model olaraq, Dünya Kuboku ərəfəsində Samsung reklam kampaniyasının üzü oldu.[2] 2009-cu ildə Mariyana, Mariyana Class (indi Mariyana Matteus Koleksiyası) moda etiketini təsis etdi və eyni il Belqrad Moda Həftəsi zamanı moda nümayişi etdi. 1 iyun 2010-cu ildə çimərlik paltarları kolleksiyasını təqdim etdi , Serbiya milli gözəllik yarışlarının ulduzları şouda iştirak etmişdi. [3] 2010-cu ildən bəri Mariyana, Lux Uniforms, biznes kostyum markası və üst geyim markası olan Andaj şirkətinin sahibidir. 17 Mart 2011-ci ildə Mariyana Belqradda Moskva otelində "I Am Mariana" adı altında moda nümayişi təşkil etdi.[4] Həmin ilin sentyabr ayında isə Black & White World kolleksiyası nümayiş olundu.[5] 2012-ci ilin may və dekabr aylarında Novi Sad, Serbiya Xalq Teatr binasında, Flora Moda Kolleksiyası nümayiş olundu , sonra Belqradda Moskva otelində Allure Barok adı altında təqdimat baş tutdu.[6]
İki dəfə ailə həyatı qurmuş, ilk evliliyindən 3 uşağı var. O, London, Budapeşt və Belqradda mənzillərə malikdir. Serb, ingilis, italyan, macar və alman dilində sərbəstdir. Ehtiyacı olan qadın və uşaqları dəstəkləmək üçün çoxsaylı xeyriyyə təşəbbüsləri ilə tanınır.[7]