Mark Esper | |
---|---|
ing. Mark Thomas Esper | |
| |
22 iyul 2019 – 9 noyabr 2020 | |
Əvvəlki | Ceyms Mettis |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 aprel 1964[1][2] (60 yaş) |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | zabit |
Hərbi xidmət | |
Qoşun növü | Amerika Birləşmiş Ştatları Quru Qoşunları |
Döyüşlər | |
Rütbəsi | polkovnik-leytenant[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Mark Tomas Esper (26 aprel 1964[1][2]), 23 iyul 2019 tarixində vəzifəsinə başlamış və aktiv olaraq vəzifəsini yerinə yetirən 27-ci Birləşmiş Ştatların müdafiə naziridir. Mark Esper, Birləşmiş Ştatların Müdafiə Nazirliyinin katibi vəzifəsinə gəlməzdən əvvəl, Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin nəzdində 2017-ci ildən 2019-cu ilə qədər 23-cü Birləşmiş Ştatların ordu katibi idi.
18 iyun 2019-cu ildə prezident Donald Trumpın açıqlaması ilə ABŞ-nin müdafiə nazirinin müavini oldu. Müdafiə naziri olacağı gözlənilən Patrick M. Shanahan haqqında danışılan xəbərlər və senatda onun təklifinin rədd olunmasından sonra müdafiə nazirliyində Esper haqqında danışılmağa başlanıldı. Şanahan namizədlikdən çəkildikdən və vəzifəsindən istefa verdikdən sonra 23 iyul 2019-cu ildə Birləşmiş Ştatlar Senatı tərəfindən 90 səs lehinə, 8-i əleyhinə olmaq ilə müdafiə naziri seçildi və Birləşmiş Ştatların 27-ci müdafiə naziri oldu. 1986-2007 arasında polkovnik-leytenant rütbəsində ABŞ Silahlı Qüvvələrində 101-ci Hava-Desant Diviziyasında xidmət etmişdir.