Mark Rotko | |
---|---|
latış. Markuss Rotkovičs | |
Doğum adı | Маркус Янкелевич Роткович |
Doğum tarixi | 25 sentyabr 1903[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 25 fevral 1970[1][2][…] (66 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, universitet müəllimi[d], boyakar[d] |
Təhsili |
|
Janr | abstraksionizm[4] |
Stil | abstrakt ekspressionizm[4] |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Mark Rotko (rus. Ма́ркус Я́ковлевич Ротко́вич, lit. Markuss Rotkovičs; 25 sentyabr 1903[1][2][…], Dauqavpils, Vitebsk quberniyası[d], Rusiya imperiyası[4][5] – 25 fevral 1970[1][2][…], Manhetten, Nyu-York ştatı[4][5]) — amerikan rəssamı və abstrakt ekspressionizm cərəyanının görkəmli nümayəndəsi.
Mark Rotko adı ilə daha çox tanıdığımız Markus Yakobleviç Rotkoviç 1903-cü ilin 25 sentyabrında Rusiya İmperiyasının Vitebsk əyalətinin Dvinsk şəhərində anadan olub. Hal-hazırda Dvinsk şəhəri Dauqavplis adını daşıyır və Latviyanın ən böyük ikinci şəhəridir. Mark yəhudi ailəsində doğulmuşdu atası Yakob əczaçılıqla məşğul olurdu. Yakob əzcazıçılıqla məşğul olmasına və az məvacib almasına baxmayaraq, həmişə övladlarının təhsilinə böyük önəm göstərirdi. Markın qardaşı uşaqlıq dövrünü xatırlayaraq qeyd edir: "Biz oxuyan ailə idik. Markın özü də Rusiyada yaşayarkən artıq rus dili ilə yanaşı, ivrit və idiş dillərində də danışa bilirdi". Dövrün siyasi vəziyyətindən asılı olaraq bir çox yəhudi ailələri kimi Rotkolar da ABŞ-yə üz tuturlar. 1910-cu ildə ilk olaraq Yakob Rotko qızı Soniya və oğlu Markı həyat yoldaşı ilə birlikdə Rusiyada qoyaraq ABŞ-yə yollanır və bir neçə il sonra Rusiyada qalan övladları və həyat yoldaşlarını da yanına gətirir. ABŞ-yə ilk gəldikləri günlərdəki çətinlikləri yavaş-yavaş öhdəsindən gəlməyə çalışsalar da, yenə bəxt Mark Rotkodan üz döndərir. Belə ki, 1913-cü ilin qışında Yakob Rotko vəfat edir. Ailənin maddi çətinliklərini nəzərə alaraq Mark da işləməyə başlayır və əsasən qəzət paylamaq və təsadüfi qısamüddətli işlərlə məşğul olur. Təbii ki, işlərdən əlavə Mark təhsilinə də biganə qalmır . 1913-cü ildə Linkoln liseyində oxumağa başlayır və 17 yaşında fəqlənmə ilə məktəbi bitirir. 1921-ci ildə Mark "Yel" universitetinə daxil olur, lakin buradakı mühit tamamilə Marka yad idi və o, universiteti yarıda saxlamalı olur və həyatında yeni bir səhifə açmağa başlayır . 1923-cü ildə o, Nyu-Yorka gəlir və buradakı incəsənət məktəblərinin birinə yazılır. Həmçinin Nyu-Yorkdakı Yəhudi mərkəzlərinin birində uşaqlara dərs verməyə başlayır.