Mark Stronq | |
---|---|
ing. Mark Strong | |
| |
Doğum adı | Marco Giuseppe Salussolia |
Doğum tarixi | |
Doğum yeri | London, İngiltərə, Böyük Britaniya |
Vətəndaşlığı | Böyük Britaniya |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1983–hal-hazırda |
İstiqamət | komediya |
Mükafatları | Lorens Olivye mükafatı 2015-ci il |
IMDb | ID 0835016 |
markstrong.co.uk | |
Vikianbarda əlaqəli mediafayllar |
Mark Stronq (ing. Mark Strong, doğulanda Marko Cüzeppe Salussolia, İslinqton, London, 5 avqust 1963) — İtalyan əsilli İngilis aktyoru, BAFTA TV (2004) və Toni (2016) mükafatları üçün namizəd göstərilib. "Şerlok Holms", "Kick-ass", "Yalanların cəmi", "Rock and Roll", "Stardust", "Robin Hood", "Casus, Get Out!", "İmitasiya oyunu", "Kinqsman: Məxfi xidmət" və "Kinqsman: Qızıl dairə" filmlərindəki rolları ilə məşhurdur.
Mark Stronq (doğulanda Marko Cüzeppe Salussolia) 5 avqust 1963-cü ildə Londonun İslinqton səmtində italyan-avstriyalı ailədə anadan olmuşdur.[1] Anası oğlunun həmyaşıdları ilə ünsiyyətini asanlaşdırmaq üçün adını rəsmi olaraq dəyişdirmişdir.[2]
Əvvəlcə London Royal Holloway Universitetində, daha sonra Bristol Old Vic teatr məktəbində oxumuşdur.[3][4]
İlk rolunu məşhur aktrisa Helen Mirrenlə "Əsas şübhəli" serialında oynamışdır.[5]
Son diqqət çəkən rolları arasında "Şerlok Holms"da Lord Blakvud, "Yaşıl fanar"da Taal Sinestro, "Kick-ass"da Frank De Amiqo, "Robin Qud"da, Ser Qodfri, "Xəfiyyə rədd ol!"da Jim Prido, Merlin "Kinqsman: Məxfi xidmət"də, "İmitasiya oyunu"da Mİ-6 rəhbəri Stüart Mezisdi.
Əksər filmlərdə Stronq praktik olaraq tanınmazdır, çünki hər rol üçün görünüşünü dəyişdirir: Stardust "Tristan və İzolda" da uzun saçlı, "Robin "Qud"da və "Kinqsman dilogiyası"nda keçəl, "Rok and Roll", "Şerlok Holms" filmlərində saçlıdır.
"Warhammer 40,000: Space Marine" video oyununda Ultramarine Order Titusun kapitanı, "Eisenhorn"da İnkivizitor Qreqor Eisenorn, "Total War: Rome II"-də proloqun qəhrəmanı General Silanı səsləndirmişdir.
2014-cü ildə Mark "Körpüdən mənzərə" tamaşasındakı roluna görə "Laurence Olivye" ən yaxşı aktyor mükafatını almışdır.
2016-cı ildə eyni rola görə, bir tamaşanın ən yaxşı aktyoru nominasiyasında "Toni" mükafatına namizəd göstərilmişdir.[6]
Mark Stronq həyat yoldaşı Liza Marşall və iki oğlu Qabriel (mart 2005-ci il təvəllüdlü) və Roman (5 oktyabr 2007-ci il təvəllüdlü) ilə Londonun şimal-qərbində yaşayır.[7]
Stronq kiçik oğlu Romanın xaç atası olan aktyor Deniel Kreyqin yaxın dostudur.[7]
Year | Title | Role | Notes |
---|---|---|---|
1993 | Yüzillik | Polis | |
1994 | Tələ | Kenni | |
1997 | Futbol xəstəliyi | Stiv | |
1997 | Aludəçi | Con MakHol | Daniyel Creyk üçün alman dublyajı |
1998 | Yağışlı ayaqqabıda adam | Deyv Summers | |
1999 | Fil suyu şirəsi | Frenk | |
1999 | Günəş işığı | İstván Sors | |
2001 | Bütün müharibələri bitirmək üçün | Desti Miller | |
2001 | Otel | Ferdinand | |
2001 | Martins | Douq | |
2001 | Xurafat | Antonio Gabrieli | |
2002 | Qızıl yataqları | Dr Tolkin | |
2002 | Heartlands | İan | |
2003 | Bəzi yerlər təhlükəsizdir | Dad | Qısa metrajlı film |
2003 | Hər şey sevgi ilə bağlıdır | Artur | |
2005 | Revolver | Sorter | |
2005 | Oliver Tvist | Tobi Krakit | |
2005 | Suriyalı | Mussavi | |
2006 | Tristan & İzolda | Lord Viktred | |
2006 | Cinsi mənzərə | Luis | |
2007 | Günəşin işığı | Pinbeker | |
2007 | Ulduz tozu | Şahzadə Septimus | |
2008 | Miss Pettiqrevin bir günlük ömrü | Nik Salderelli | |
2008 | Axmaq haqında xatirələr | Manni Mişel | |
2008 | Eramızın Babili | Finn | |
2008 | Rokin Rol | Arçi | |
2008 | Yalanların cəmi | Hani Salaam | |
2008 | Yaxşı | Filipp Bouler | |
2009 | Qanqster və azğın həmyaşıd | Narrator (səsləndirmə) | Sənədli film |
2009 | Oyunun sonu | Neil Bernard | |
2009 | Gənc Viktoriya]] | Ser Con Konroy | |
2009 | Şerlok Holms | Lord Henri Blekvud | |
2010 | Kick-Ass | Frenk De Amiqo | |
2010 | Robin Qud | Ser Qodfrey | |
2010 | Geri yol | Andrey Xabarov | |
2011 | Qvardiya | Kliv Kornell | |
2011 | Qartal | Guern / Luis Klaus Metellus | |
2011 | Yaşıl fənər | Taal Sinestro | |
2011 | Liliputlar diyarından Arietti | Pud (səsləndirmə) | |
2011 | Tinker Tailor əsgər xəfiyyə | Cim Prido | |
2011 | Qara qızıl | Sultan Amar | |
2012 | Con Karter | Matay Şanq | |
2012 | Sıfır Qaranlıq Otuz | Corc | |
2013 | Punşa xoş gəlmisiniz | Yakob Sternvud | |
2013 | Şahin günü | Sultan Amar | |
2013 | Castin və şücaət cəngavərləri | Heraklio (səsləndirmə) | |
2013 | Qan | Robert Seymur | |
2014 | İttifaq | Narratur (səsləndirmə) | Sənədli film |
2014 | Aya daha yaxın | Maks Rosental | |
2014 | Yuxuya getməmişdən əvvəl] | Dr Naş | |
2014 | Görmə mənzərəsi | Con Vaşinqton | |
2014 | İmitasiya oyunu | Stevart Menzies | |
2014 | Kinqsman: Məxfi xidmət | Merlin | |
2016 | Qrimizbi | Sebastian Qraves[8] | |
2016 | Naməluma yaxınlaşmaq | Kapitan Viliyam Stenfort | |
2016 | Jadovillin mühasirəsi | Konor Kruz O'Brayen | |
2016 | Miss Soloano | Rodolfo Şmit[9] | |
2017 | 6 Gün | Maks Vernon | |
2017 | Kinqsman: Qızıl dairə | Merlin | |
2018 | O, casus idi | Verner Helsenberq | |
2018 | Stokholm | Qunnar Sorensson[10] | |
2019 | Şazam! | Doktor Sivana[11][12] | |
2019 | 1917 | Kapitan Smit[13] | |
2021 | Kruella | Con | |
TBA | Nokebo |