Bu məqaləni vikiləşdirmək lazımdır. |
Marqarit Mid | |
---|---|
ing. Margaret Mead | |
Doğum tarixi | 16 dekabr 1901[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 15 noyabr 1978[1][2][…] (76 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | mədəaltı vəzin xərçəngi |
Partnyoru | |
Təhsili |
|
Fəaliyyəti | antropoloq, yazıçı, kinorejissor, kurator[d], şair |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Marqarit Mid (16 dekabr 1901[1][2][…], Filadelfiya, Pensilvaniya – 15 noyabr 1978[1][2][…], Nyu-York, Nyu-York ştatı[5]) ABŞ-lı antropoloq idi. 1960–70-ci illərdə kütləvi informasiya vasitələrində müəllif və aparıcı olmaqla mədəni antropologiya ilə bağlı verilişlər hazırlamışdır. Nyu-Yorkda Bernard Kollecində (Universitetində) bakalavr təhsili almış, magistr və doktorluq dərəcəsini isə Kolumbiya Universitetində almışdır.
Marqarit Mid beş uşaqdan birincisi idi. ABŞ-da, Filadelfiyada doğulub. Ancaq Pensilvaniya ştatının Doylstoun şəhəri yaxınlığında böyüyüb. Atası Edvard Şervurd Mid Pensilvaniya Universiteti Varton məktəbində maliyyə professoru idi. Anası Emili Mid isə italyan köçkünləri araşdıran sosioloq idi. Bacısı Katarin (1906–1907) 9 aylığında ölmüşdü. Bu hadisə Mid üçün böyük zərbə olmuşdu. Məktəbə qədər ilk təhsilini nənəsindən almışdı. 11 yaşında ailəsi onu Pensilvaniyada, Lahaskada Bukinqhem Dostlar Məktəbinə yazdırdı. Onun ailəsi 1912-ci ildən 1926-cı ilə qədər Lonqlənddə öz şəxsi təsərrüfatlarında çalışıblar. O, müxtəlif dini baxışların olduğu ailədə doğulmuşdu, bir neçə dini araşdırdıqdan sonra rəsmi xristianlıqla tanış olmuşdu. Bunu edərkən o, kilsə yepiskoplarının dini ayinlərinin ifadəsinin dinlə uyğunluğunu araşdırdı. Marqarit 1919-cu ildə De Pao Universitetində bir il təhsil aldı, sonra 1923-cü ildə bakalavr dərəcəsi aldığı Bernard Kollecinə köçürüldü.
1924-cü ildə magistr dərəcəsi alandan öncə Kolumbiya Universitetində professor Frans Boas və Rut Benediktdən təhsil almışdı. Mid 1925-ci ildə Samoada çöl araşdırmaları aparmaq qərarına gəldi. 1926-cı ildə kurator yardımçısı kimi Nyu-Yorkda Amerika Təbiəti Tarixi Muzeyinə qoşuldu. Mid Samoaya hazırlaşanda müəllimi Rut Bnediktin yaxın dostu dilçi Edvard Sapirlə qısa sürə işlədi. Ancaq Sapirin evlilik və qadının rolu haqqında mühafizəkar fikri Midə lənət kimi görünürdü. Beləliklə Mid Samoda işləmək üçün daimi olaraq ayrılır. Mid Samoada olarkən Sapirin evləndiyini eşidir, o, sonra məktublaşmağı dayandırır.
Mid üç dəfə evlənib. Birinci əri (1923–28) arxeoloq Lüter Kresman idi ki, bunun nəticəsində bir ilahiyyat tələbəsi antropoloq oldu.